Məhkəmə qərarları › İş №e-2(034)-407/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-407/2022

08.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-407/2022 08.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə 3074 qeydiyyat nömrəsi ilə bağlanmış nikahın pozulması, X2 cavabdehdən alınaraq ona verilməsi, X3, X4 və X1 iddiaçının yanında qalmasının müəyyən edilməsi və cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat aliment pulu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası xx.xx.2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsirnə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştrak edən Cavabdeh mülki işin baxılmamış saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar