Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-49/2025 06.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi və pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan aliment borcunun silinməsi və iddiaçı tərəfindən cavabdehə ödənilən 1000 manat məbləğində pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, şəxsin 2024-cü ilin mart ayının 18-də cəzaçəkmə müddəti bitmiş, bundan sonra Füzuli rayon İcra idarəsi şəxs azadlıqdan təzə çıxmasına baxmayaraq şəxsi axtarışa vermiş, həmin müddətdə şəxs polis vasitəsi ilə Füzuli rayonuna aparılmış, barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs bildirir ki, cəzaçəkmə müəssəsindən təzə çıxmasına və vərəm xəstəsi olmasına baxmayaraq, tutulacağını görüb borc xərc edib 1000 manat ödəmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə 2006-cı il tarixdə faktiki nikah münasibətlərində olmuş, həmin nikah münasibətlərindən onların xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X17 adlı iki övladları olmuşdur. Əvvəllər tərəflərin münasibətləri normal olsa da, sonradan ayrılmışlar. Bir müddət sonra 2013-cü il tarixdə cavabdeh Şirvan Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, Şirvan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, tərəflərin övladları xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət olunmuşdur. İddiaçı maddi vəziyyətinin pis olması səbəbindən qətnaməni icra edə bilməmişdir. Bu səbəbdən cavabdeh adiyyatı orqan olan Füzuli rayon İcra və probasiya şöbəsinə çoxsaylı şikayətlər etmiş, həmin şikayətlərdən sonra Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bir müddət sonra cavabdeh məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, ümumlikdə 300 manat sabit pul məbləğində alimentin ondan tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Füzuli rayon İcra İdarəsinə yönləndirilmişdir. İcra məmurunun təqdimatı əsasında Füzuli Rayon Məhkəməsinin 3(064)- 486/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa, iddiaçı üçün bir sıra icra tədbirləri görülmüş, daha sonra iddiaçının cavabdehə olan 9540 manat məbləğində aliment borcuna görə Füzuli Rayon Məhkəməsi tərəfindən 1(064)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü çıxarılmış, həmin hökmə əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Çıxarılmış hökmün icrası ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, 2017-ci il tarixdə həbsdə olarkən vərəm xəstəliyinə tutulmuşdur. 3 saylı təcridaxanada olduğu müddətdə də həmin xəstəliyi şiddətlənmiş, ona “keçirilmiş ağciyər vərəmi” diaqnozu qoyulmuşdur. Dəfələrlə səhhətində yaranan vəziyyətlə bağlı klinik, laborator və instrumental müayinələrə cəlb edilmişdir. Həmin müalicələrin nəticəsi olaraq keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərkocaqlar şəklində VM(-) neqativ diaqnozu müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh şikayətlərindən əl çəkməmiş, yenidən şikayətlər etmişdir. Göründüyü kimi mübahisəli məbləğlə əlaqdar olaraq, iddiaçı cəzasını çəkmiş, hal-hazırda rəsmi olaraq evlidir və himayəsində azyaşlı övladı var. Həmçinin özü də 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Həbsxanada olarkən tutulduğu xəstəlik ucbatından daimi olaraq ağır işlərdə işləyə bilməmişdir. Yaşadığı yerdə dövət tərəfindən müvəqqəti məskunlaşmışdır. Məhkəmə uşağın maddi təminatını düşündüyü halda iddiaçının sağlamlıq durumunu, digər ailəsini və övladını da nəzərdən qaçırtmamalıdır. Belə ki, iddiaçı cavabdehin şikayətləri ucbatında dəfələrlə cəzaçəkmə müəssisələrində yatmış, xəstəliyədə orada düçar olmuşdur. Həmin ödənilməli olan məbləğə görə qanun qarşında məsuliyyətə cəlb olunmuş, sonuncu inzibati qaydada təyin olunmuş məhkəmədə 1000 manat məbləğində pul cavabdehə ödənilmişdir. İddiaçının sağlamlığı cavabdehin şikayətləri nəticəsində həbsxana şəraitində məhdudlaşdırılmışdır. Hal-hazırda iddiaçı həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə qalır, ailəsinin maddi tələbatlarının ödənilməsində çətinlik çəkir. Uşağa görə ödənilən aliment valideynlərin biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə müəyyən edilir. Belə ki, həmin aliment uşaqların saxlanılması, onların maddi tələbatlarının ödənilməsi məqsədi ilə ödənilən pul vəsaitidir. Həmin maddi tələbata uşağın geyim, qida, məktəb üçün lazım olan ehtiyacları və s. aid edilir. Lakin, cavabdeh uşaqları internat tipli xüsusi təhsil müəsisəsinə yerləşdirmiş, uşaqlar təhsil aldıqları ilk gündən indiyənə kimi həmişə bu tipli məktəblərdə təhsil almışlar. Hal-hazırda da 11 nömrəli X12 məktəbin xüsusi təhsil sinfində təhsil alırlar. Bu da o deməkdir ki, uşaqların qida, geyim, yatmaq, təhsil ehtiyacları bu illər ərzində dövlət tərəfindən qarşılanmışdır. İşi təxirə saldırmaqlarının səbəbi arayışla bağlı olmuş, 9 saylı məktəbdən arayışı alıb məhkəməyə təqdim etmiş, amma 1 saylı məktəbdən hələ rəsmi cavab gəlməmişdir. Lətifə xanıma verilmiş arayış isə natamam arayışdır. Göründüyü kimi mübahisə ilə bağlı məsələyə Ailə Məcəlləsinin 107.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, qanunvericilikdə nəzərdə tutulan hallar işin faktiki halı ilə eynilik təşkil edir. İddaçı cavabdehin şikayətləri əsasında həbsxanaya yerləşdirilmiş, xəstəliyə də həbsxanada olarkən tutulmuşdur. Yığılmış aliment borcu cavabdehin iddiası üzrə yaranmış, həmin xəstəliyə görə aliment borcunu da ödəyə bilməmişdir. Şəxsə 23000 manat aliment borcu yazılmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan tutulmalı olan aliment borcunun silinməsi və iddiaçı tərəfindən cavabdehə ödənilən 1000 manat məbləğində pulun iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun iştirakı olmadan 2020-ci ildə Səkinə xanımın qərarı ilə iddiaçı ona 1000 manat pul atmış, indi də həmin 1000 manatı qaytarmaq üçün məhkəməyə müraciət etmişdir. Onun uşaqlarına 2013-cü ildən aliment kəsilmiş, əvvəl alimentin miqdarı 120 manat olmuş, sonradan məhkəməyə müraciət etmiş və alimentin məbləği 120 manatdan 150 manata qalxmışdır.Uşaqlar indi hal-hazırda məktəbə getmirlər və onunla qalırlar. Uşaqları xəstə olduqları üçün normal məktəbə gedə bilmirlər. Uşaqları məktəbə 1-ci gün aparır, cümə günü isə məktəbdən götürür. Uşaqlara məktəbdən geyim vermirlər, hər bir şeylərini özü edir. Uşaqlar məktəbdə qaldıqları müddətdə yeməklərini məktəb verir. İddiaçı 2013-cü ildən bu vaxta kimi aliment borcundan bir 1000 manat ödəniş etmişdir. Ata indiyə kimi bir dəfə də, olsun uşaqları ilə maraqlanmamışdır. O, özü də xəstədir və16 dəfə əməliyyat olmuş, işləmək qabiliyyəti yoxdur. Uşaqlar həftədə 5 gün məktəbdə təhsil alırlar və onlara hər ay 50 manat yol pulu verirlər. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(064)-09/2017 nömrəli hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Füzuli Rayon Məhkənməsinin xx.xx.2022-ci il tarixli, 1(064)- 45/2022 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verimiş xx.xx.2023-cü il tarixli, 3-16-20/2-200/2023 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuş və barəsində məhkəmə hökmü qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş, penitensiar müəssiələrə daxil olarkən əvvəli məhkumluğu dövründə 2017-ci ildə ixtisaslaşdırılmış müalicə müəssiəsində hər iki ağciyərin infiltrativ vərəmindən müalicə olunduğunu və “Sağalma” ilə yekunlaşdığını bildirmiş, müayinələr nəticəsində “Keçirilmiş ağciyər vərəmi” diaqnozu müəyyən edilmişdir. Cəza çəkdiyi dövrdə İddiaçı Tibb-sanitar hissəsinə “TSH” müraciəti olmamış, dövri müayinələr zamanı onda müalicə tələb edən patalogiya aşkar edilməmiş, əvvəllər vərəm xəstəliyi keçirdiyi üçün dispaner nəzarət məqsədi ilə xx.xx.2023-cü il tarixdə İMM-nə köçürülmüş, burada o, klinik, laborator və instrumental müayinələrə cəlb edilmiş, nəticədə vərəm xəstəliyinin kəskinləşmədiyi təsdiqlənmiş və “Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, fibroz və bərk ocaqlar şəklində VM(- ) neqativ” diaqnozu müəyyən edilmiş, stasionar müalicəyə zərurət olmadığı üçün o, xx.xx.2003cü il tarixdə cəza çəkdiyi müəssisəyə qaytarılmışdır. O, xx.xx.2023-cü il tarixdə TSH-nin həkimləri tərəfindən qəbul edilmiş, səhhəti ilə bağlı şikayətlənməmiş, ümumi vəziyyəti stabil qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbi tərəfindən X14 verilən xx.xx.2021-ci il tarixli, 326 nömrəli arayışdan aydın olur ki, o, həqiqətən PTPK-nın qərarına əsasən 11 nömrəli X12 məktəbinin xüsusi təhsil sinfinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbi tərəfindən X8 verilən xx.xx.2021-ci il tarixli, 325 nömrəli arayışdan aydın olur ki, o, həqiqətən PTPK-nın qərarına əsasən 11 nömrəli X12 məktəbinin xüsusi təhsil sinfinə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Psixoloji-tibbi Peqaoji Komissiyasının qərarından görünür ki, X8 Hiperknetik pozğunluqlar, aktivlik və diqqət pozğunluğu, çıxış iğtişaşlar, başqa yerdə təsnif olunmayan Dizartriya və anartriya, dil və nitq inkişafının spesifik pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozğunluqlar, yüngül koqnitiv pozğunluq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhər Psixoloji-tibbi Peqaoji Komissiyasının qərarından görünür ki, X14 Hiperknetik pozğunluqlar, aktivlik və diqqət pozğunluğu, çıxış iğtişaşlar, başqa yerdə təsnif olunmayan Dizartriya və anartriya, dil və nitq inkişafının spesifik pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozğunluqlar, yüngül koqnitiv pozğunluq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(064)- 486/2021 nömrəli qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 25 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X7 valideynləridir. İş materiallarında olan “X11 Center” tərəfindən Dərgahov Amil barəsində verilmiş xx.xx.2022-ci il tarixli DNT-İDENTİFİKASİYA analizdən görünür ki, ata Mirələm Dargahov, uşaq Amil Dərgahov və ana Cavabdeh götürülmüş qan nümunələri ilə edilən analiz nəticəsində istifadə olunan işlənmə üsulunun gücü daxilində baxılan 15 STR markerindən 15-indən məlumatlar əldə edilmiş, ata, ana və uşaqda 15 STR markerdə ximerik uyğunluğa rast gəlinmişdir. İş materiallarında olan “X11 Center” tərəfindən Dərgahov Ramil barəsində verilmiş xx.xx.2022-ci il tarixli DNT-İDENTİFİKASİYA analizdən görünür ki, ata Mirələm Dargahov, uşaq Ramil Dərgahov və ana Cavabdeh götürülmüş qan nümunələri ilə edilən analiz nəticəsində istifadə olunan işlənmə üsulunun gücü daxilində baxılan 15 STR markerindən 15-indən məlumatlar əldə edilmiş, ata, ana və uşaqda 15 STR markerdə ximerik uyğunluğa rast gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X9 E23.7 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi, ağırlaşma F91 davranış pozğunluğu, yanaşı xəstəliklər D53.9 qidalanma ilə bağlı olan dəqiqləşdirilməmiş anemiya, defisit anemiya, yanşı xəstəliklər K02 dişlərin kariyesi, yanaşı xəstəliklər B80 enterobioz, uanaşı xəstəliklər F70.0 davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə yüngül dərəcəli əqli gerilik,davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2007-cu il təvəllüdlü X5 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi, davranış pozğunluğu,davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, qidalanma ilə bağlı olan dəqiqləşdirilməmiş anemiya, defisit anemiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)- 717/2024 nömrəli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)- 440/2024 nömrəli qərarın surətindən görünür ki, tələbkar Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 3(064)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh bazilyar arteriyanın tıxanması və stenozu, beyin qan dövranının xroniki pozulması, ağırlaşma G40.5, xüsusi epileptik sindromlar, tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları (ayda4-5 dəfə), ağırlaşma F48.0, nevrasteniya, nevrasteniya, isterik nevroz, yanaşı xəstəliklər L50.0 allergik övrə, yanaşı xəstəliklər-D56 talassemiya, yanaşı xəstəliklər-D50 dəmir defisitli anemiya, yanaşı xəstəliklər İ83, aşağı ətraf venalarının vakrikoz genəlməsi, aşağı ətraf venalarının vakrikoz genəlməsi, yanaşı xəstəliklər F48, digər neqativ pozğunluqlar, NSD, kardial tip, yanaşı xəstəliklər H47.2, görmə sinirinin atrofiyası, OD-Epiretinal membran, OS-Görmə sinirinin hissəvi atrofiyası.VİSOD=0,0 (sıfır).VİSOS=0,08 (yüzdə səkkiz).OD-görmə siniri avazıyıb, damarlar daralıb. epiretinal membran qeyd olunur. OS-ön hissədə patologiya yoxdıır.g.s hissəvi avazıyıb, damarlar daralıb, yanaşı xəstəliklər, D25 uşaqlığın leyomioması, uşaqlığın amputasiyası, əməliyyat sonrakı vəziyyət, yanaşı xəstəliklər K81.1, xroniki xolesistit, yanaşı xəstəliklər B90.9, tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sağ ağ ciyər vərəmindən sonra qalıqfibvroz və kalsinat şəklində VMB (-)mənfi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2024-cü il tarixli, 4043 nömrəli Həkim Psixatr Komissiyasının rəyindən aydın olur ki, xx.xx.2007-ci il təvəllüdlü X8 akhivlik və diqqət pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2024-cü il tarixli, 4042 nömrəli Həkim Psixatr Komissiyasının rəyindən aydın olur ki, xx.xx.2009-cu il təvəllüdlü X14 akhivlik və diqqət pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)- 213/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş Həsənov Ramilin və xx.xx.2009-cu il tarixdə Şirvan şəhərində anadan olmuş Həsənov Amilin atası olması faktı müəyyən edilmiş və uşaqların saxlanması üçün İddiaçı hər uşağa 60 manat olmaqla, cəmi 120 manat alimentin tutulması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 89 nömrəli arayışdan görünür ki, X3 Tibbi-Pedaqoji komissiyanın qərarı ilə 2019-2020-ci tədris ilində E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin 5-ci sinfinə qəbul edilmiş, 2021-2022-ci il tədris ilində PTPKnın qərarı ilə 11 nömrəli inteqrasiya tipli internat məktəbinə keçirilmişdir.Şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar və tətil günlərini anası evə tərəfindən aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi internat məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 88 nömrəli arayışdan görünür ki, X2 Tibbi-Pedaqoji komissiyanın qərarı ilə 2019-2020-ci tədris ilində E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin 5-ci sinfinə qəbul edilmiş, 2021-2022-ci il tədris ilində PTPKnın qərarı ilə 11 nömrəli inteqrasiya tipli internat məktəbinə keçirilmişdir.Şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar və tətil günlərini anası evə tərəfindən aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbinin Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 222 nömrəli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X17 2021-2022-ci tədris ilində valideynləri (ana) Cavabdeh tərəfindən 9 nömrəli xüsusi internat məktəbindən 11 nömrəli X12 məktəbin xüsusi təhsil siniflərinə qəbul edilmişlər, Dərgahov Ramil 2022-2023-cü tədris ilində İX sinfi bitirib şagird kontingentindən çıxarılmış, anasına təhvil verilmiş, Dərgahov Amil 2022-2023-cü tədris ilində İX sinfi bitirib, X sinifə keçmiş, hal-hazırda X sinifdə təhsilini davam etdirir. Şagirdlər oxudquqları müddət ərzində internat məktəbində yaşamışlar, həftənin şənbə, bazar, bayram və tətil günlərini anaları tərəfindən evə aparılmışdır. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi 6 saylı uşaq klinik xəstəxansı tərəfindən verilmiş stasionar xətənin tibbi kartasından 1053 nömrəli çıxarışdan görünür ki, X14 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi E23.7, davranış pozğunluğu F91, enterobioz B80 kliniki diaqnozu qoyulmuşdur. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi 6 saylı uşaq klinik xəstəxansı tərəfindən verilmiş stasionar xətənin tibbi kartasından 1054 nömrəli çıxarışdan görünür ki, X8 hipofizin dəqiqləşdirilməmiş xəstəliyi E23.7, davranış pozğunluğu F91, enterobioz B80 kliniki diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gələcəyin Şagirdlərinin Təhvili və Təslimi Jurnalından görünür ki, X17 və X16, xx.xx.2019,xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020,xx.xx.2020,xx.xx.2020 və xx.xx.2020-ci illərdə anaları Cavabdeh tərəfindən təhvil alınmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X16 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X12 məktəbinin xüsusi təhsil Vİİİ sinfinə qəbul edilmiş, 2022-2023-cü tədris ilində İX sinfi bitirib şagird kontingentindən çıxarılmış, anasına təhvil verilmiş, şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X16 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X12 məktəbinin xüsusi təhsil Vİİİ sinfinə qəbul edilmiş, 2022-2023-cü tədris ilində İX sinfi bitirib şagird kontingentindən çıxarılmış, anasına təhvil verilmiş, şagird oxuduğu müddət ərzində internat məktəbində yaşamış, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 11 nömrəli X12 məktəbinin 011 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2009ce il təvəllüdlü X17 həqiqətən 2020-2021-ci tədris ilində 11 nömrəli X12 məktəbinin xüsusi təhsil Vİİ sinfinə qəbul edilmiş, hal-hazırda X sinfində təhsilini davam etdirir və internat məktəbində yaşayır, həftənin şənbə, bazar, bayram və tətil (3 ay yay tətili) günlərini anası ilə keçirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci madəsinin tələbinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcələlnin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2006-cı il tarixdə faktiki nikah münasibətlərində olmuş, onların bu nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X17 adlı iki övladları doğulmuşdur. Tərəflər arasında olan ailə münasibətləri əvəllər normal olsa da, sonradan ailə münasibətləri dağılmış və onlar ayrılmalı olmuşlar. Cavabdeh ailə münasibətləri pozulduqdan sonra iddiaçıya qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair Şirvan Şəhər Məhkəməsinə iddia ilə müraciət etmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-213/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş Həsənov Ramilin və xx.xx.2009-cu il tarixdə Şirvan şəhərində anadan olmuş Həsənov Amilin atası olması faktı müəyyən edilmiş, uşaqların saxlanması üçün İddiaçı hər uşağa 60 manat olmaqla, cəmi 120 manat alimentin tutulması müəyyən edilmiş, qətnaməyə əsasən verilmiş icra sənədi icra olunması üçün Füzuli rayon icra şöbəsinə göndərilmişdir. İddiaçı maddi vəziyyəti pis olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında icra edə bilməmiş, nəticədə cavabdehin icra şöbəsinə ünvanladığı çoxsaylı şikayətləri əsasında o, Füzuli Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və onun bu tələbi əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti icra etmədiyi üçün icra məmurunun təqdimatı əsasında Füzuli Rayon Məhkəməsinin 3(064)-486/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı 25 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin iddiaçı ona tətbiq edilmiş bu inzibati tənbeh tədbirindən özünə heç bir nəticə çıxarmamış, cavabdehə olan 9540 manat məbləğində aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(064)-45/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı həbsdə olduğu müddət ərzində vərəm xəstəliyinə tutulmasını, ödənilməmiş alimentlə bağlı artıq cəza çəkməsini, evli olmasını, himayəsində azyaşlı övladının olmasını, xəstəliyi nəticəsində ağır işlərdə işləyə bilməməsini, sonuncu məhkəmə zamanı isə cavabdehə 1000 manat məbləğində pul ödəməsini, cavabdehin uşaqları 11 saylı internat tipli xüsusi təhsil müəsisəsinə yerləşdirməsini, uşaqların ilk gündən indiyə kimi həmin təhsil müəssisəində təhsil almalarını, onların bütün təlabatlarının bu illər ərzində dövlət tərəfindən qarşılanmasını nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin silinməsini və cavabdehə ödədəyi 1000 manat pulun ona geri qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı cavabdeh uşaqların geyim əşyalarını təhsil aldıqları məktəb deyil, onun özu tərəfindən qarşılanmasını, uşaqlar xəstə olduqlarından bütün müalicə və müayinə xərclərini özü ödədiyini, yalnız məktəbdə qaldıqları müddət ərzində yeməklərinin dövlət tərəfindən verilməsini, uşaqların həftədə 5 gün məktəbdə təhsil almalarını, qalan vaxtlar istirahət, bayram və tətil günləri özünün yanında olduğlarını, cavabdehin 2013-cü ildən bu bu vaxta kimi aliment borcundan cəmi 1000 manat ödəniş etməsini, həmçinin uşaqların xəstə olmasını, eyni ilədə özünün xəstə olmasını, xəstəliyi nəticəsində 16 dəfə əməliyyat olmasını və bunun nəticəsində də işləmək qabiliyyətinin olmamasını bildirmişdir. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, tərəflərin birgə nikahlarında olan xx.xx.2007ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 inteqrasiya tipli internat məktəbində təhsil almaları, yəni təhsil aldıqları ilk gündən başlayaraq bu günə kimi onların bəzi maddi təlabatlarının dövlət tərəfindən qarşılanması iddiaçının aliment borcundan azad edilməsi üçün əsas deyildir. İddiaçı elə aliment təyin olunan vaxtdan başlayaraq alimenti vaxtlı-vaxtında ödəmədiyi üçün o, dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunmuş, hətta məhkəmə hökmu ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə belə baxmayaraq, aliment borcu ödənilməmiş qalmaqdadır. Eyni zamanda, iddiaçı vərəm xəstəliyindən əziyyət çəkməsi və maddi vəziyyətinin ağır olması ilə bağlı alimenti ödəməyə imkanının olmamasını bildirsə də, xəstəliyi və maddi imkanının olmaması ilə bağı möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, qeyd olunanları və qanunvericiliyinin qeyd edilən tələblərini nəzərə alıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi və pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-49/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-49/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver