Məhkəmə qərarları › İş №e-2(034)-582/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №e-2(034)-582/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № e-2(034)-582/2024 23.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara çəkilmiş xərclərin dəyərinin bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara çəkilmiş xərclərin dəyərinin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edimiş ünvan 1da yerləşən 0.045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin, ünvan 1da yerləşən 0.02 ha torpaq sahəsinin (yardımçı tikililərlə birlikdə) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin (yardımçı tikililərlə birlikdə), ünvan 1da yerləşən 0.02 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin (yardımçı tikililərlə birlikdə) bu günkü bazar qiyməti ilə qiyməti ilə olan dəyərinin 2/3 hissəsinin (uşaqların onun himyəsində olmasını nəzərə alaraq), yəni 130.000 (yüz otuz min) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Taryel oğlu ilə ailə qurmuş, nikahlarını xx.xx.2006-cı il tarixində rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı üç uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədirlər. Cavabdehlə münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin ona və uşaqlara qarşı olan şiddətli münasibəti, qayğısızlığı nəticəsində faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qalmışdır. Şiddətli keçimsizlik səbəbindən 2018-ci ildə aralarında olan nikahın pozulması üçün Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və 08 yanvar 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklar almışlar ki, hazırda həmin əmlaklar cavabdehin istifadəsindədir. Həmin əşyalar-ünvan 1da yerləşən 0.045 torpaq sahəsi və onun üzərində tikdirdikləri yaşayış evi; ünvan 1da yerləşən 0.02 ha torpaq sahəsi; ünvan 1da yerləşən 0.02 ha torpaq sahəsindən ibarətdir. Həmin əmlakların əldə edilməsinə 180.000 manata qədər xərc çəkilmişdir. Lakin hazırda həmin torpaq sahələrinin və torpaq üzərində tikilmiş yaşayış evlərinin, yardımçı otaqların bazar qiymətləri 200.000 manat təşkil edir. Həmin əmlaklarla bağlı sərəncam verə bilmir, cavabdeh onu və uşaqlarını bu hüquqdan məhrum etmişdir. İşin məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara çəkilmiş xərclərin dəyərinin bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara çəkilmiş xərclərin dəyərinin bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar