Məhkəmə qərarları › İş №e-2(035)-576/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-576/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-576/2024 13.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: nikahın pozulması və aliment tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil-Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən azyaşlı övladı xx.xx.2024-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat alimentin və Uğurun üç yaşınadək baxılması üçün hər ay 150 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından bir uşaqları xx.xx.2024-cü il təvəllüdlü X6 doğulmuşdur. Təhsili ilə əlaqədar hazırda anası və uşağı ilə birlikdə Lənkaran şəhərində yaşamaq məcburiyyətində qalmışdır. Cvabdeh nə ona ər oldu, nə də uşağına ata. Bir sözlə onlara baxmamışdır. Bütün xərclərini ilk gündən valideynləri çəkir. Cavabdehin xəyanəti səbəbindən ailələrində dərin uçurum yarandı. Cavabdehin qonşu qızla onu aldatmasını bağışlaya bilmədi. Bundan sonra cavabdehlə münasibətləri heç cür alınmayacaqdır. Cavabdeh dəyişən deyil. Cavabdeh uşaq anadan olandan onun saxlanmasında iştirak etməyib. Uşaq özünün yanında qalır. Uşağın tərbiyə edilməsi və saxlanması ilə hər zamanki kimi özü məşğul olur. Bu işdə ona valideynləri maddi və mənəvi köməklik edir. Lakin yenə də uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh övladına ehtiyaclarını ödəmək üçün aliment verməlidir. ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində Qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil-Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Əvvəllər tərəflərin münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Cavabdeh ailə ilə maraqlanmamış, ailəyə məsuliyyətsiz yanaşmış, maddi dəstək göstərməmişdir. Tərəflər hazırda ayrı yaşayır, Zərdab Rayon Məhkəməsinin icraatında iddiaçının cavabdehə qarşı nikahlarının pozulmasına dair iddia ərizəsi üzrə mülki iş var. Uşaq iddiaçının (ananın) yanında qalır, iddiaçı heç bir yerdə işləmir, uşağın ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh isə uşağına könüllü olaraq maddi köməklik etmir. İddiaçı məsələ ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etsə də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı ilə hazırda ayrı yaşayırlar, məhkəmənin icraatında iddiaçının ona qarşı nikahlarının pozulmasına dair iddia ərizəsi üzrə mülki iş var. Hazırda iddiaçı uşaqla birlikdə valideynlərinin yanında qalır. İddiaçının təhsili ilə əlaqədar 8000 manat kredit götürmüş, təhsil haqqını və kirayə tutduğu evin pulunu ödəmişdir. Hazırda iddiaçının ondan tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur, Zərdab rayon Suvarma Sistemləri idarəsində fəhlə işləməklə 300 manat əmək haqqı alır, ayda kredit borcuna görə 210 manat ödəyir, uşağın saxlanılması üçün 150 manat aliment ödəməyə etiraz etmir. Məhkəmədən iddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 26.05. 2023-cü il tarixdə nikah akt qeydləri kitabında 452 saylı № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2024-01021 nömrəli “ilkin mediasiya sesiyasından sonrqa prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 85.1 və 85.1.1-ci maddələrinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkmə qaydasında zəruri vəsaitə malik keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları-xx.xx.2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. İddiaçı uşaqla birlikdə valideynlərinin yanında qalır. Tərəflərin arasında olan nikahın pozulmasına dair Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş var. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, həm də, Uğurun 3 yaşına çatanadək iddiaçının (ananın) özünə Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 235 manat aliment tutulmasını və uşağın 3 yaşına çatanadək 150 manat pul tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.Həmçinin cavabdeh məhkəmə iclasında uşağın saxlanılması üçün 150 manat aliment ödəməyə etiraz etmədiyini, iddiaçının təhsilinəgörə 800 manat kredit götürməsini, kirayə qaldığı evə görə pul ödəməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın və azyaşlı uşağı təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay =2160 manat, 40 manat x 12 ay 480 manat, 2160 manat + 480 manat =2640 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 46.40 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat məbləğində aliment, habelə xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının (ananın) özünə görə 40 (otuz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 46.40 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar