Məhkəmə qərarları › İş №e-2(036)-1092/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1092/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1092/2024 12.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5514.60 manat pulun və ödənilmiş 75.55 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri ərazisində İddiaçı ASC-də “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “MERCEDES BENZ G63 MİNİK” markalı, ** BN *** dövlt qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh tərəfindən idarə olunan «QAZ 310200” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ G63 MİNİK” markalı, ** BN *** dövlt qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 9500 manat məbləğində sığorta ödənişi cəmiyyət tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Bakı şəhəri DYPİ-nin tərtib etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə” arayışa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP3842360 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinir. Bununla bağlı Cavabdeh sözügedən sığorta hadisəsi zamanı mülki məsuliyyətinin icbari sığortasına sığorta təminatı vermiş "xxxx" ASC tərəfindən 3985.40 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir.

3. İşdə olan xx.xx.2020-ci il tarixli “sığorta aktı” ilə müəyyən olunur ki, «MERCEDES BENZ G63 MİNİK” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9500 manatdır.

4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP3842360 nömrəli, xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir.

5. Cavabdeh yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilindiyinə görə, onun sözügedən sığorta hadisəsi zamanı mülki məsuliyyətinin icbari sığortasına sığorta təminatı vermiş "xxxx" ASC tərəfindən 3985.40 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı ASC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

12. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

21. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

22. Belə ki, iş materialları ilə müəyyən olur ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri ərazisində İddiaçı ASC-də “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “MERCEDES BENZ G63 MİNİK” markalı, ** BN *** dövlt qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh tərəfindən idarə olunan «QAZ 310200” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşaraq, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ G63 MİNİK” markalı, ** BN *** dövlt qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 9500 manat məbləğində sığorta ödənişi cəmiyyət tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Bakı şəhəri DYPİ-nin tərtib etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə” arayışa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP3842360 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinir. Bununla bağlı Cavabdeh sözügedən sığorta hadisəsi zamanı mülki məsuliyyətinin icbari sığortasına sığorta təminatı vermiş "xxxx" ASC tərəfindən 3985.40 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir.

23. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

26. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

27. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5514.60 manat pul vəsaiti və ödənilmiş 75.55 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 5514.60 manat məbləğində pul vəsaiti və ödənilmiş 75.55 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar