Məhkəmə qərarları › İş №e-2(036)-1645/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-1645/2021

08.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-1645/2021 08.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu kreditor “ Optimal Elektronika ” MMC-nin borclu Həsənova Bahar Allahverdi qızından nisyə satış müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri verilməsi haqqında ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ : Kreditor “ Kreditor ” MMC borclu Həsənova Bahar Allahverdi qızından nisyə satış müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edib cəmiyyətin xeyrinə 25.02.2021-ci il tarixli SATK03043 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 3498,00 manat əsas borc , 300,0 manat cərimə, cəmi 4798,0 manat və 20,0 manat dövlət rüsumu tutulmasına dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 25.02.2021-ci il tarixli SATK03043 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavənin surətinə əsasən Həsənova Bahar Allahverdi qızı 3.998,0 manat məbləği hər ay 1.166,0 manat ödəməklə 3 ay müddətində ödəyib qurtarmalıdır. Ərizəyə əlavə edilmiş 25.02.2021-ci il tarixli Təhvil-təslim aktının surətinə əsasən 25.02.2021-ci il tarixli SATK03043 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “ Kreditor ” MMC tərəfindən Həsənova Bahar Allahverdi qızına 1.999,0 manat dəyərində 1 ədəd Samsung markalı televizor və 1.999,0 manat dəyərindı 1 ədəd BOSH markalı qabyuyan təhvil verilmişdir. AR MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.4-cü maddəsinə əsasən ərizədə kreditorun tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Həmin Məcəllənin 278.2.5-ci maddəsinə əsasən ərizəyə tələbin əsaslı olduğunu təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, ərizəyə 25.02.2021-ci il tarixli SATK03043 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə mal satışını təsdiq edən qaimə fakturalar əlavə edilmədiyindən və faizin hansı qaydada hesablanması göstərilmədiyindən “ Kreditor ” MMC-nin borclu Həsənova Bahar Allahverdi qızından nisyə satış müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264və 266-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Kreditor “ Kreditor ” MMC-nin borclu Həsənova Bahar Allahverdi qızından nisyə satış müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar