Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ İmişli rayonu İş № e-2(036)-1985/2021 26.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu, Kreditor MMC-nin Borclu nisyə satış müqaviləsi üzrə borcun tutulması haqqında məhkəmə əmri verilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə İmişli şəhərində baxaraq MÜƏYYƏN E T D İ M: Kreditor MMC Borclu nisyə satış müqaviləsi üzrə borcun tutulması haqqında məhkəmə əmri verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib onun xeyrinə Borclu 1007.96 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İşdə olan 10.02.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən Borclu Kreditor MMC-dən 1238.96 manat dəyərində 1 ədəd ASUS X543NA markalı notbuk almış və 0.00 manat ilkin ödəniş etdikdən sonra qalan məbləği on səkkiz ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Ərizə təmin olunsun. Borclu (İmişli rayonu, Məzrəli kəndi.Doğum tarixi:xx.xx.1986) 1007.96 (min yeddi manat doxsan altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulub tələbkar Kreditor MMC-nin (ünvan: Bakı şəhəri, Nəsimi r, Azadlıq prospekti 72/49) hesabına keçirilsin. Əmrdən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-1985/2021
İmişli Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(036)-1985/2021
26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver