Məhkəmə qərarları › İş №e-2(036)-2148/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-2148/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-2148/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon, Kamal Rəhimov küçəsi ev 15, mənzil 17 yaşayış sahəsinə dəymiş zərərə görə 149.90 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik komissiyanın Cavabdeh tutularaq İddiaçı Sığorta şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə İmişli Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar