Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-240/2023 08.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, iddiaçı cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı nikahın pozulması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı cavabdeh X9 qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 1582 saylı nikah akt qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər bir uşaq üçün 200 manat olmaqla, ayda 600 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X18 izahatında göstərmişdir ki, o, İddiaçı ilə 2017-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, onların xx.xx.2018-ci il təvəllüdlü X19, xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X13 adında uşaqları olmuşdur.Ötən il İddiaçı qardaşı Əsgər Həsənov narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulduqdan sonra onun həbsdən azad edilməsinə kömək etmədiyinə görə Aytacla olan ərarvad münasibətləri pozulmuşdur.Lakin o, aralarındakı ər-arvad münasibətlərinin bərpasını mümkün hesab edir və boşanmaq istəmir. İşdə olan AZ-İİ №213794 «nikah haqqında şəhadətnaməyə» əsasən X18 ilə İddiaçı xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. İşdə olan AZ-İV №124961 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2018ci il təvəllüdlü X3 Tural Namiq oğlundan törəmişdir. İşdə olan AZ-İV №576688 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2021ci il təvəllüdlü X1 Tural Namiq oğlundan törəmişdir. İşdə olan AZ-İV №576688 «doğum şəhadətnaməsi»nin surətinə əsasən İddiaçı doğulmuş xx.xx.2021ci il təvəllüdlü X2 Tural Namiq oğlundan törəmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında olan ər-arvad münasibətləri pozulmuş və onlara verilmiş 3 ay müddət ərzində aralarında barışıq əldə olunmamışdır.X14 ilə cavabdeh X25 arasında olan ər-arvad münasibətlərinin bundan sonra bərpa edilməsini mümkün deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında razılıq olmadıqda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh X15 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış rəsmi nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X20, xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X13 azyaşlı olduqlarından ana qayğısına daha çox ehtiyacları olduqu üçün İddiaçı yanında qalmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə cavabdeh X5 hər ay sabit pul məbləğində aliment tutulmalı və alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X15 arasında xx.xx.2017-ci il tarixdə 1582 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikah pozulsun. Birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X20, xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2021ci il təvəllüdlü X13 İddiaçı yanında saxlansın və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə cavabdeh X5 hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ayda 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 08 may 2023-cü il tarixdən hesablansın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(036)-240/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-240/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver