Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2703/2023 31.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı «İcbari Sığorta Bürosu» X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 5000 manat kompensasiya ödənişi və 70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə saat 11:11 radələrində “Kia Optima” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda hərəkətdə olarkən onun təqsiri üzündən yolnəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 283/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra zərərçəkənə sağlamlığına dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində “Kia Optima” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixində saat 11:11 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 5000 manat məbləğində kompensasiya ödənişlərinin həyata keçirilməsi təmin edilmişdir.
3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32, 33-cü maddələrinə əsasən X1 haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-283/2017 saylı hökmünə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1 (004)-283/2017 saylı məktubuna, AR Səhiyyə Nazirliyi M7E və PA ETT Birliyinin Yasamal rayon şöbəsinin 47 saylı rəyinə və iş materiallarına əlavə olunmuş sənədlərə əsaslanaraq xx.xx.2017-ci il tarixdə, saat 11:11 -də Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşən “Üç Tac" kompleksinin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümü ilə əlaqədar X3 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-283/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı «İcbari Sığorta Bürosu» X4 nümayəndəsi ərizəsi ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədi.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.
12. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
13. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
14. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu
15. Maddə 32.1.3. Mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, Büro tərəfindən kompensasiya ödənişi verilir.
16. Maddə 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir.
17. Maddə 63.1. Bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
18. Maddə 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
25. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
26. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə saat 11:11 radələrində “Kia Optima” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda hərəkətdə olarkən onun təqsiri üzündən yolnəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 283/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32, 33-cü maddələrinə əsasən X1 haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-283/2017 saylı hökmünə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1 (004)-283/2017 saylı məktubuna, AR Səhiyyə Nazirliyi M7E və PA ETT Birliyinin Yasamal rayon şöbəsinin 47 saylı rəyinə və iş materiallarına əlavə olunmuş sənədlərə əsaslanaraq xx.xx.2017-ci il tarixdə, saat 11:11 -də Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşən “Üç Tac" kompleksinin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ölümü ilə əlaqədar X3 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilmişdir.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
30. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
31. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
32. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 5000 manat kompensasiya ödənişi və 70 manat dövlət rüsumu tutulub «İcbari Sığorta Bürosu» X4 xeyrinə ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 5000 manat kompensasiya ödənişi və 70 manat dövlət rüsumu tutulub «İcbari Sığorta Bürosu» X4 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev