Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-277/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş qız uşağının, yəni X1 atası olmasının müəyyən edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci ilin iyul ayında İmişli rayonunda el adəti ilə toyları olmuşdur. O, İmişli rayonu, Yuxarı Qaralar kəndinə ona məxsus evə gəlin köçmüşdür. Gəlin köçərkən bütün cehiz əşyalarını da, həmin evə aparmış, ər-arvad kimi orada yaşamışlar. Toyları olarkən nikahlarını rəsmiləşdirilməmişlər. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Hazırda ayrı yaşayırlar. xx.xx.2022-ci ildə övladı X4 dünyaya gəlmişdir. Cavabdeh X1 bioloji atasıdır. Cavabdehlə faktiki olaraq ayrıldığı müddətdən bu günə kimi övladı onun himayəsindədir. Uşaq doğulduqdan sonra Cavabdeh uşağın doğum şəhadətnaməsini almaq üçün Qeydiyyat şöbəsinə gəlməkdən yayınmışdır. Bu səbəbdən doğum haqqında şəhadətnamənin ata qrafasında olan qeyd onun sözləri əsasında qeyd edilmişdir. Eyni zamanda cavabdeh bir ata kimi övladına da heç bir qayğı göstərmir, uşağın maddi ehtiyaclarını ödəmir, bir sözlə, bir ata kimi öz vəzifələrini də yerinə yetirmir. Onun öz övladına qarşı olan laqeyd münasibəti, onu çox çətin vəziyyətə salmışdır. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün övladının ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh - Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbinə dair" dair mülki iş məhkəmənin icraatındadır. Nəzərə çatdırır ki, iddiaçının iddia tələbini qismən qəbul edir. Beləki, xx.xx.2022-ci ildə övladı X5 onun övladıdır və bir ata kimi hər zaman övladının yanındadır. Lakin bildirmək istəyir ki, iddianın digər hissəsi ilə razı deyildir, iddia tələbi əsassız və qanunsuzdur, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının ərizədə qeyd etdiyi sabit pul məbləğində aliment tələbi əsassızdır. Çünki onun 300 manat aliment ödəmək imkanı yoxdur. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, aylıq kredit ödənişləridə vardır. Ümumillikdə bütün xərclər nəzərə almaqla aliment miqdarını sabit pul məbləği olaraq 140 manat ödəyə bilər. İddiaçı ona qarşı atalığın müəyyən olunması hissəsinin qəbul olunmasını, digər hissədə isə ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə etiraz tələbinin qəbul olunmasını və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, onun vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İmişli rayon “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışının surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1611/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilmiş və cavabdeh İddiaçı məxsus cehiz əmlakları – şifoner, taxt, kamot, televizor, divan, stol, stul, paltaryuyan və digər xırda əşyalar iddiaçı X7 məxsus İmişli rayonu, Yuxarı Qaralar kəndində yerləşən yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.8.3-cü bəndinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.12-ci bəndinə əsasən, atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh etiraf etdiyi üçün cavabdehin xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın (bioloji) atası olması müəyyən edilməli və atası – Cavabdeh, anası – İddiaçı, doğum yeri Şirvan şəhəri, doğum tarixi xx.xx.2022-ci il göstərilməklə X1 doğum akt qeydində qeydiyyat aparılmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsi İmişli rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, bu zaman mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipini də rəhbər tutur. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iddiaçının iddia tələbinin “sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi, iddiaçının hər ay uşağa görə 300 manat məbləğində aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi və 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının miqdarı nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli miqdarında aliment tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 2024-cü il üzrə minimum əmək haqqı 345 manat və 2025-ci il üzrə isə minimum əmək haqqı 400 manat təşkil edir. Lakin iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, aliment ərizənin verildiyi 2024-cü il tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir (345 (2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqı) x 0,55 = 189.75 (yüz səksən doqquz manat yetmiş beş qəpik). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25 may 2022-ci il tarixdə İddiaçı tərəfindən doğulmuş X3 münasibətdə Cavabdeh atalığı müəyyən edilməli, atası – Cavabdeh, anası – İddiaçı, doğum yeri Şirvan şəhəri, doğum tarixi 25 may 2022-ci il göstərilməklə X1 doğum akt qeydində qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi İmişli rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, 25 may 2022ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay uşağa görə - sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli miqdarında aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 may 2022-ci il tarixdə İddiaçı tərəfindən doğulmuş X3 münasibətdə Cavabdeh atalığı müəyyən edilsin. Atası – Cavabdeh, anası – İddiaçı, doğum yeri Şirvan şəhəri, doğum tarixi 25 may 2022-ci il göstərilməklə X1 doğum akt qeydində qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi İmişli rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. xx.xx.2024-cü il tarixdən hesablanmaqla 25 may 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun, 31.62 (31 manat altmış iki qəpik) hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-277/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-277/2025
26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver