Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3206/2025 19.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: maddi məsuliyyət barədə müqavilədən irəli gələn tələb, maddi ziyanın əvəzinin ödənilməsi tələbi) İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 116 İ-Q saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdən Cavabdeh İddiaçı MMC-də işləməyə başlamışdır.
3. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 383 V-d saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir.
4. X1 haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X1 haqqında müqavilə imzalanmışdır.
5. Cavabdeh ərizəsindən və İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli 61-x saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 b maddəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
6. 19.09.2024-cü il tarixli “İmtina aktı”ndan görünür ki, İddiaçı MMC-nin Oba – Oba- Həzi Aslanov mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixdə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (1479.31 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
7. "xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanın mütləq olduğu bildirilmiş, Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur.
8. "xxxx" MMC-nin Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 1479.32 (min dörd yüz yetmiş doqquz manat otuz iki qəpik) AZN və xx.xx.2025-ci il tarixdə 4087.28 (dörd min səksən yeddi manat iyirmi səkkiz qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 4194.36 (dörd min yüz doxsan dörd manat otuz üç qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixinə “OBA Market" MMC-ə olan ümumi borcu 4194.36 (dörd min yüz doxsan dörd manat otuz üç qəpik) AZN təşkil edir.
9. "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamnamədən görünür ki, komissiya üzvlərinə və yoxlama işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazıçılığı və iradı yoxdur.
10. "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli iltizamnamədən görünür ki, cavabdeh sayımda iştirak etmişdir, öhdəliyində olan bütün çeşid məhsullar sayıldı, sayılan miqdarlar yoxlanıldı, tapılmış səhvlər düzəliş olundu.
11. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2024-cü il tarixli yekun aktla müəyyən olunur ki, mağazanın müdiri-maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024cü il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, əskikgəlmə məbləğinin 1479.31 manat olması müəyyən edilmişdir.
12. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2025-ci il tarixli yekun aktla müəyyən olunur ki, mağazanın müdiri-maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2025ci il tarixli inventarizasiya siyahısı ilə planlı yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, əskikgəlmə məbləğinin 4087.28 manat olması müəyyən edilmişdir. İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) İddiaçının tələbi.
13. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 4194.36 (dörd min yüz doxsan dörd) manat borcun və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli 383 V-d saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 141x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində İddiaçı MMC-nin X2 18 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1479 (bir min dörd yüz yetmiş doqquz) manat 32 (otuz iki) qəpik, xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4087.28 (dörd min səksən yeddi manat 28 iyirmi səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi olaraq 4194.36 (dörd min bir yüz doxsan dörd) manat 36 (otuz altı) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 4194.36 (dörd min bir yüz doxsan dörd) manat otuz altı) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün xx.xx.2025-ci il tarixində Mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş iddia icraatına keçirilmişdir.
b) iddiaya etiraz
15. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. c) məhkəmə icraat iştiakçılarının izahatları
16. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş və bildirmişdir ki, həmin mağazada iş yükü çox olmuş, o hər şeyə nəzarət etməli olmuşdur. Dəfələrlə rəhbərliyə müraciət edərək bildirmişdir ki, yeni işçi versinlər. Lakin işçi verilməmişdir. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10 (“ç” bəndi). İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b)təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c)təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200.5. X1 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 202. İşəgötürənə dəymiş ziyan məbləği faktik itkilər üzrə müəyyən olunur. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
20. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmə baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir, xx.xx.2023-cü il tarixdə administrator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə Cavabdeh işlədiyi X2 18 mağazasında inventarizasiya yoxlamaları keçirilən zaman 1479.32 AZN və 4087.28 AZN kassa kəsiri olması müəyyən edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmış, Cavabdeh yekun olaraq "xxxx" MMC-yə 4194.36 manat borcu qalmışdır. Cavabdeh işə qəbul edilərkən onunla X1 haqqında müqavilə imzalanmışdır. "xxxx" MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş iltizamnamələrdən görünür ki, cavabdeh sayımda iştirak etmiş, sayılan miqdarla tanış olmuşdur. İsitnad olunan aktlardan da görünür ki, inventarizasiyanın aparılmasında cavabdeh iştirak etmiş, inventarizasiyanın nəticələrinə dair həmin sənəd cavabdehin iştirakı ilə tərtib edilmişdir.
23. Hazırda baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında X1 haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də iştirakı ilə tərtib olunmuş inventarizasiya aktlarına istinad edərək, cavabdehdən maddi zərərin tutulmasını xahiş etmiş, cavabdeh iddianı qəbul etməyərək iddiaçıya zərərin vurulmasına görə hər hansı təqsirinin olmadığını bildirmişdir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır.
24. İş materiallarından görünür ki, iddiaçı X2 18 mağazasında inventarizasiya yoxlamasının nəticəsində aşkar edilmiş kassa kəsirini, həmin vaxt həmin mağazada administrator vəzifəsində işləyən maddi məsul şəxs olan Cavabdeh tələb etmişdir.
25. Məhkəmə hesab edir ki, hazırkı halda Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir.
26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsində sadalanan hallarda, o cümlədən maddi məsuliyyət barədə müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).
27. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023- cü il tarixli qərarı).
28. Beləliklə, məhkəmə maddi məsulliyyətlə bağlı iddia irəli sürülərkən sübutetmə yükünün tərəflər arasında bölündüyünə dair Əmək Məcəlləsinin 192-ci maddəsinin İİ bəndinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdeh hazırda özünün təqsirli olmamasını sübut etməli olduğu halda, məhkəməyə cavabdehin təqsirsizliyi barədə heç bir sübut təqdim olunmamışdır. Belə ki, maddi ziyanın vurulmasında təqsirli olmadığını sübut etmək vəzifəsi bunun əksini iddia edən cavabdehin üzərinə düşür.
29. İddiaçının cavabdehin məsuliyyət daşıdığını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar-“Adminstratorun vəzifə təlimatı”, X1 haqqında müqavilə, maddi ziyanın məbləği ilə bağlı inventarizasiya aktları cavabdehə qarşı irəli sürülmüş iddianın əsaslılığını təsdiq edir. Belə ki, administratorun vəzifə təlimatının 1.1-ci bəndinə əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına nəzarət etmək, 1.14-cü bəndinə əsasən mağaza büdcəsi, sifariş, xərclər və qalıq hesabatlarını hazırlamaq, 1.18-ci bəndinə əsasən mağazanın sayılması üçün lazımi tədbirlərin görülməsini təşkil etmək administratorun vəzifə funkisayalarından olmuş, 3.2-ci bəndinə əsasən sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşımışdır.
30. Məhkəmə həmçinin nəzərə alır ki, Əmək Məcəlləsinin 191-ci maddəsində əmək münasibətlərində olan tərəflərin bir-biri qarşısında maddi ziyana görə məsuliyyətinin həm qəsd, həm də ehtiyatsızlığa görə yarandığı nəzərdə tutulduğundan maddi ziyanın işçinin yalnız qəsdən edilən hərəkətləri ilə deyil, eyni zamanda hərəkətsizliyi ilə (məsələn: işçinin vəzifə funksiyalarını lazımınca icra etməməsi və s) vurula biləcəyi də nəzərə alınmalıdır.
31. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərər, onun məbləği ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları qənaətbəxş və iddiaçıya vurulmuş 4194.36 (dörd min yüz doxsan dörd manat otuz altı qəpik) manat məbləğində maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir.
32. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.
33. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda-alınan məbləğlə təyin edilir. Hazırda iddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 61.95 manat təşkil edir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən hesab edir ki, 61.95 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4194.36 (dörd min yüz doxsan dörd manat otuz altı qəpik) manat məbləğində pul və 60 (altmış) manat mediasiya xərci tutulub İddiaçı MMC-yə ödənilsin. 61.95 (altmış bir manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.