Məhkəmə qərarları › İş №e-2(036)-827/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-827/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-827/2024 18.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə 1527.44 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 35.67 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC-nin “İmişli” filialı arasında bağlanmış 13 mart 2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən Bank tərəfindən ona istifadə etmək üçün plastik kart (hesab: ********************) verilmişdir. Sistemdə yaranmış texniki problem səbəbi ilə filialın müştərisi olan Cavabdeh hesabında vəsait olmadığı halda 23 may 2023-cü il tarixdə online əməliyyat aparmış, 1529.61 manat vəsaiti artıq məxaric etmişdir. Həmin vəsaitin 2.17 manat hissəsinin bərpa edilməsi mümkün olsa da, 1527.44 manat vəsait ödənilməmiş qalmışdır. Cavabdeh pul vəsaitini geri qaytarması barədə məktub göndərilsə də məsələnin həllinə nail olmaq mümkün olmadığından hazırkı tələb barədə iddia qaldırılmışdır. İşdə olan "xxxx" ASC-nin Hesabdan çıxarışına əsasən xx.xx.2023-xx.xx.2023 dövrü müddətində Cavabdeh verilmiş Tam kartın mövcud balansı -1527.44 manat olmuşdur. İşdən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Tam kartı ilə xx.xx.2023-xx.xx.2023 dövrü müddətində aparılan əməliyyatlar üzrə artıq 1527.44 manat əldə etmiş və qaytarmamışdır. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1527.44 manat borc və ödənilmiş dövlət rüsumuna görə 35.67 manat tutulmalıdır . Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 1527.44 (bir min beş yüz iyirmi yeddi manat qırx dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 35.67 (otuz beş manat altmış yeddi qəpik) manat tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar