Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-101/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X12 oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağının yanında saxlanılması və aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 29 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 25 noyabr 2011-ci il tarixdə İsmayıllı rayonu Qeydiyyat Şöbəsində 309 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması, birgə nikahdan 30 aprel 2015-ci il tarixdə doğulmuş X3 yanında saxlanılması və uşağın maddi təminatı üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 30 aprel 2015-ci il tarixdə X6, 07 fevral 2019-cu il tarixdə X7 və 08 dekabr 2020-ci il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. Cavabdehin tanımadığı şəxslərlə mobil telefon və sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamaqla ona xəyanət etməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. Bundan başqa birgə yaşadıqları müddətdə cavabdeh ona bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt ailənin dağılmaması naminə o şikayət etməmişdir. Ayrılarkən övladı Əsma onun, Səma ilə Zəhra ananın yanında qalsalar da cavabdeh ondan xəbərsiz gəlib Əsma adlı uşağını da aparmışdır. Hazırda üç uşağı cavabdehin yanında olsa da böyük övladı Əsma onun yanında qalmaq istəyir. Cavabdeh isə Əsmaya onunla əlaqə saxlamağa, görüşməyə imkan vermir. Cavabdeh özü işlədiyindən uşaqlara onun ailə üzvüləri baxırlar. Əsma onu çox istədiyindən cavabdehin ailə üzvüləri Əsmaya qarşı kobud rəftar edirlər. Cavabdehin üç uşağı saxlamaq, onlara tərbiyə və təhsil verməyə imkanı yoxdur. Ümumiyyətlə Əsma adla uşağının bu cür həyat tərzi keçirən ananın yanında qalmasını istəmir. Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səma və Zəhra adlı uşaqların saxlanması üçün aliment təyin olunmuşdur. Onun rəsmi iş yeri yoxdur. Dam ustası işləməklə gəlir əldə edir. Cavabdeh ona uşaqları ilə ünsiyyət saxlamağa, görüşməyə imkan vermir. Odur ki, nikahın pozulması, uşağı Əsmanın yanında saxlanılması və uşağın maddi təminatı üçün 220 manat aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi /vəkil/ Vəkil iddia tələbini müdafiə etdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflərin birgə nikahdan doğulmuş övladı Əsma atanın yanında qalmaq istəyir. Digər övladları Səma və Zəhra azyaşlı olduğundan ananın yanında qalmalıdırlar. Cavabdehin əxlaqi keyfiyyətləri aşağı olduğundan Əsma adlı uşağın ananın yanında qalması qəbul edilməzdir. Əsma iddiaçını çox istədiyindən cavabdeh və ailə üzvüləri Əsmaya qarşı kobud rəftar edirlər. Cavabdehin üç uşağı saxlamaq, onlara tərbiyə və təhsil verməyə imkanı yoxdur. Bundan başqa birgə yaşadıqları müddətdə cavabdeh iddiaçıya bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt ailənin dağılmaması naminə iddiaçı şikayət etməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səma və Zəhra adlı uşaqların saxlanması üçün aliment təyin olunmuşdur. İddiaçı fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. O, imkanı daxilində alimenti ödəsə də cavabdeh ona uşaqları ilə ünsiyyət saxlamağa, görüşməyə imkan vermir. Qeyd etdikləri nəzərə alınaraq nikahın pozulması, Əsma adlı uşağın yanında saxlanılması və uşağın maddi təminatı üçün 220 manat aliment təyin edilməsi barədə qətnamə çıxaırlmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, bundan sonra ailənin saxlanması mümkün olmadığından o da nikahın pozulmasına razıdır. İddiaçı ilə ayrılarkən uşaqlar onun yanında qalmışlar. 2023-cü ilin yay aylarında iddiaçı uşaqları ilə görüşdükdən sonra ona bildirdi ki, İsmayıllı şəhərində yaşayan nənə-babası da Əsma adlı uşağı görmək istədiyindən uşağı aparmaq istəyir. O, uşağın iddiaçı ilə İsmayıllı şəhərinə getməsinə və yay tətili dövründə Əsmanın nənə-baba yanında qalmasına razılıq vermişdir. Lakin sentyabr ayında dərs başlayan zaman iddiaçıdan Əsmanı geri qaytarmasını tələb etdikdə iddiaçı uşağı ona qaytarmamışdır. O, iddiaçının uşağı qaytarmadığını, onu təhsildən yayındırdığını görüb uşağı iddiaçıdan xəbərsiz gəlib aparmağa məcbur olmuşdur. Hazırda uşaqların hər üçü onun yanında qalır. İddiaçı uşağı ondan almaq üçün onu haqda həqiqətə uyğun olmayan xəbərlər yayır. Uşaqların tərbiyə və təhsilləri ilə özü məşğul olur. O, Əsma adlı uşağın atanın yanında qalmasına razı deyildir. Çünki Əsma qız uşağıdır. Ata isə usta işləməklə gün ərzində, bəzən isə günlərlə evdə olmur. Bundan başqa uşaqlar bir-birini çox istəyirlər və bir-birinə bağlılıqları var. Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səma və Zəhra adlı uşaqların saxlanması üçün hər uşağa 220 manat aliment təyin olunmuşdur. İddiaçı təyin olunmuş alimenti vaxtında ödəmədiyindən onun böyük məbləğd aliment borcu yaranmışdır. İddiaçı alimentdən yayınmaq məqsədi ilə uşağı öz yanında saxlamaq istəyir. Ona görə də boşanmadan sonra uşaqların yanında saxlanmasını, uşaqların maddi təminatı üçün hər uşağa 235 manat olmaqla aliment təyin edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. X1 iştirakı ilə dindirilmiş 30 aprel 2015-ci il tarixdə doğulmuş X6 izahat verərək göstərdi ki, hazırda anasının yanında yaşayır. Valideynlərinin ayrılmağını istəmədiyindən hər iki valideyninin yanında qalmaq istəyir. Bundan başqa Əsma Məmmədzadə izahatında bir dəfə ana-babasının onu vurarkən əlinin gözünə dəydiyini, nəticədə gözünün qızardığını və ağladığını, bu barədə anasına demədiyini qeyd etdərək, valideynlərinin hansının yanında qalmaq istəməsi barədə verilən sualı cavabkandırmamış, valideynlərinin ayrılmaması istəmədiyini bildirmişdir. Məhkəmə iddiaçının, nümayəndəsi (vəkilin) və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 03-16-5/7-M-27xx-xx/2023 nömrəli arayışından müəyyən edilir ki, tərəflər nikahlarını 25 noyabr 2011-ci il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində 309 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İş materiallarında olan AZ-İİİ 546035 saylı xx.xx.2015-ci il tarixli, AZ-İV 248153 saylı, xx.xx.2019-cu il tarixli və AZ-İV 368868 saylı xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 30 aprel 2015-ci il tarixdə X6, 07 fevral 2019-cu il tarixdə X7 və 08 dekabr 2020-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, 07 fevral 2019-cu il tarixdə doğulmuş X7 və 08 dekabr 2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞŞ/MT018/2023-02271 nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli 14 nömrəli rəydə boşanmadan sonra 30 aprel 2015-ci il tarixdə doğulmuş X6, 07 fevral 2019-cu il tarixdə doğulmuş X7 və 08 dekabr 2020-ci il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında qalması uşaqların mənafeyinə uyğun hesab edilmişdir. Beləliklə, məhkəmədə tərəflərin izahatlarından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 25 noyabr 2011-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 30 aprel 2015-ci il tarixdə X6, 07 fevral 2019-cu il tarixdə X7 və 08 dekabr 2020-ci il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulduğundan aralarında ər-arvad münasibətlərinə son qoyulmuşdur, hazırda ümumi təsərrüfat aparmırlar. İddiaçı nikahın pozulmasını tələb edir. Cavabdeh nikahın pozulmasına razıdır. Bundan sonra ailənin saxlanması mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər faktiki olaraq ayrı yaşadıqlarına, bundan sonra da onların barışıb ailəni bərpa edəcəkləri ehtimalı olmadığına, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə aralarında 25 noyabr 2011-ci il tarixdə İsmayıllı rayon qeydiyyat şöbəsində 309 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə boşanmadan sonra uşaqların valideynlərdən hansının yanında qalmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin əxlaqi keyfiyyətinin aşağı olduğunu qeyd edərək boşanmadan sonra övladı Əsma Məmmədzadənin yanında qalmasını tələb etdiyini bildirir. Cavabdeh uşaqlarının hər üçünün yanında olduğunu, uşaqların bir-birinə bağlı olduqlarını, iddiaçının iki uşağa təyin olunmuş alimenti vaxtında ödəmədiyini, Əsma adlı uşağın atanın yanında qalmasına razı olmadığını qeyd edərək uşaqlarının yanında saxlanmasını tələb edir. Məhkəmə iclasında dindirilmiş Əsma Məmmədzadə hazırda ananın yanında qaldığını, valideynlərinin ayrılmağını istəmədiyindən konkret olaraq hansı valideyinin yanında qalmasına münasibət bildirməmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası 30 aprel 2015-ci il tarixdə doğulmuş Əsma Məmmədzadə, 07 fevral 2019-cu il tarixdə doğulmuş Səma Məmmədzadə və 08 dekabr 2020-ci il tarixdə doğulmuş Zəhra Məmmədzadənin anasının yanında qalmasını uşaqların mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə cavabdehin boşanmadan sonra uşaqların onun yanında saxlanmasını tələb etdiyini, Əsma adlı və digər iki qız uşaqlarının analarına daha çox bağlılıqlarının olması barədə qəyyumluğun rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının boşanmadan sonra Əsma adlı uşağın onun yanında qalmasını istəməsinə baxmayaraq uşaqların azyaşlı olmaqla ana qayğısına daha çox ehtiyacı olduğu, qız uşaqları olmaqla onların gələcək təlim-tərbiyəsi, məişət qayğıları, yaşları nəzərə alınmaqla təmizlik və baxımları, ana qayğısı ilə böyüməsi uşaqların mənafeyinə daha uyğun olması nəzərə alınmaqla, uşaqların maraqlarının və mənafeylərinin daha yaxşı təmin edilməsi nəzərə alaraq hesab edir ki, uşaqların maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə 30 aprel 2015-ci il tarixdə doğulmuş Əsma adlı uşaq anasının yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdeh iddiaçının dam ustası işləməklə gəlir əldə etdiyini, Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səma və Zəhra adlı uşaqların saxlanması üçün hər uşağa 220 manat olmaqla cəmi 440 manat aliment təyin olunduğunu qeyd edərək uşaqların saxlanması üçün hər ay hər uşağa 235 manat aliment təyin olunmasını tələb edir. Məhkəmə boşanmadan sonra ananın yanında qalan uşaqların saxlanması üçün alimentin təyin edilməsinə münasibət bildirərək qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(102)-3974 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 07 fevral 2019-cu il tarixdə doğulmuş Səma Məmmədzadə və 08 dekabr 2020-ci il tarixdə doğulmuş Zəhra Məmmədzadənin yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin olunuduğundan və Cavabdeh təyin olunmuş alimentin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən aliment hazırda ananın yanında qalan Əsma Məmmədzadənin saxlanması üçün təyin edilməlidir. Uşaqlar cavabdehin yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. İşin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, uşaqlar üçün yaşayış minimumunu, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səma və Zəhra adlı uşaqların saxlanması üçün aliment təyin olunuduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıdan hər ay 180 (bir yüz altmış beş) manat olmaqla cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 23 fevral 2008-ci il tarixdə doğulmuş Gülbahar Məmmədzadə və 01 iyul 2015-ci il tarixdə doğulmuş Xədicə Məmmədzadənin yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını, cavabdehin sabit pul məbləği ilə aliment tələbini, iddiaçının aliment tələbinə münasibətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, uşaqların təminat səviyyəsini mümkün qədər maksimal saxlanılması məqsədi ilə iddiaçıdan hər ay hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 30 aprel 2015-ci il tarixdə doğulmuş Əsma Məmmədzadənin yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də alimentin tutulması cavabdehin məhkəməyə müraciət etdiyi vaxtdan – 09 aprel 2024-cü il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı 46 manat 40 qəpik dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 25 noyabr 2011-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 309 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulsun. 30 aprel 2015-ci il tarixdə doğulmuş X6, 07 fevral 2019-cu il tarixdə doğulmuş X7 və 08 dekabr 2020-ci il tarixdə doğulmuş X5 (anası) Cavabdeh yanında saxlanılsın. 09 aprel 2024-cü il tarixdən başlayaraq İddiaçı hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 30 aprel 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə ödənilsin. İddiaçı 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-101/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-101/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver