Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1034/2025 28.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) iddiaçı tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş 3612,3 manat pulun və 56,13 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X28 arasında bağlanmış 28 noyabr 2023-cü il tarixli MAS-5876 saylı “Öhdəlilərin ötürülməsi” müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə “Khazar LD” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair, lizinq alan X16 xahişi əsasında iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmişdir. Lizinq obyekti olan avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası DİN BDYPİ və BNA tərəfindən EQ20435010 saylı protokola görə 480 manat, EQ20435018 saylı protokola görə 480 manat, AYN0490623 saylı protokola görə 10,30 manat, EQ20049900 saylı protokola görə 480 manat, EQ20054933 saylı protokola görə 480 manat, EQ20049414 saylı protokola görə 320 manat, EQ19950262 saylı protokola görə 16 manat, EQ19903766 saylı protokola görə 16 manat, EQ19762061 saylı protokola görə 16 manat, EQ19726473 saylı protokola görə 64 manat, EQ19726474 saylı protokola görə 16 manat, EQ19687943 saylı protokola görə 16 manat, EQ19608577 saylı protokola görə 9 manat, EQ19575164 saylı protokola görə 9 manat, İXP6032241 saylı protokola görə 128 manat, EQ19268618 saylı protokola görə 16 manat, EQ19233104 saylı protokola görə 16 manat, EQ19207003 saylı protokola görə 64 manat, EQ19207005 saylı protokola görə 80 manat, EQ19207707 saylı protokola görə 32 manat, EQ19207701 saylı protokola görə 16 manat, EQ19207700 saylı protokola görə 16 manat, EQ19207702 saylı protokola görə 80 manat, EQ19207699 saylı protokola görə 320 manat, EQ19207705 saylı protokola görə 16 manat, EQ19207698 saylı protokola görə 80 manat, EQ19207703 saylı protokola görə 320 manat, EQ19207704 saylı protokola görə 16 manat olmaqla cəmi 3612,3 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X32 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçı cavabdehdən inzibati xəta haqqında protokollara görə ödənilmiş 3612,3 manat pulun və 56,13 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 03 iyul 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27nin və müqaviləyə əlavənin surətindən görünür ki, 19100 manat dəyərində ağ rəngli “Khazar LD” markalı minik maşını iddiaçı tərəfindən lizinq alan X10 təhvil verilmişdir. - 20 aprel 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, 19100 manat dəyərində ağ rəngli “Khazar LD” markalı minik maşını iddiaçı tərəfindən lizinq alan X10 təhvil verilmişdir. - 09 avqust 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 X9 öhdəlikləri X17 ötürülmüşdür. - 09 avqust 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 Namik Nafik oğluna təhvil verilmişdir. - 31 avqust 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 X14 öhdəlikləri X6 ötürülmüşdür. - 31 avqust 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 Məhəmməd Elşən oğluna təhvil verilmişdir. - 16 sentyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 X4 öhdəlikləri X19 ötürülmüşdür. - 16 sentyabr 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 Samir İzzət oğluna təhvil verilmişdir. - 30 oktyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 X15 öhdəlikləri X22 ötürülmüşdür. - 30 oktyabr 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 Taleh Elşən oğluna təhvil verilmişdir. - 28 noyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 X20 öhdəlikləri X23 ötürülmüşdür. - 28 noyabr 2023-cü il tarixli təhvil təslim aktının surətindən görünür ki, iddiaçının mülkiyyətində olan “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili X7 Ülvin Sərraf oğluna təhvil verilmişdir. - 02 mart 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, iddiaçı ilə X28 arasında bağlanılmış 20 aprel 2023-cü il tarixli MAS-5876 saylı “X27” əsasında lizinqə verilmiş 1 ədəd “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. - 02 sentyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin tarixdə EQ20435010 saylı protokola görə 480 manat, EQ20435018 saylı protokola görə 480 manat, AYN0490623 saylı protokola görə 10,30 manat, EQ20049900 saylı protokola görə 480 manat, EQ20054933 saylı protokola görə 480 manat, EQ20049414 saylı protokola görə 320 manat, EQ19950262 saylı protokola görə 16 manat, EQ19903766 saylı protokola görə 16 manat, EQ19762061 saylı protokola görə 16 manat, EQ19726473 saylı protokola görə 64 manat, EQ19726474 saylı protokola görə 16 manat, EQ19687943 saylı protokola görə 16 manat, EQ19608577 saylı protokola görə 9 manat, EQ19575164 saylı protokola görə 9 manat, İXP6032241 saylı protokola görə 128 manat, EQ19268618 saylı protokola görə 16 manat, EQ19233104 saylı protokola görə 16 manat, EQ19207003 saylı protokola görə 64 manat, EQ19207005 saylı protokola görə 80 manat, EQ19207707 saylı protokola görə 32 manat, EQ19207701 saylı protokola görə 16 manat, EQ19207700 saylı protokola görə 16 manat, EQ19207702 saylı protokola görə 80 manat, EQ19207699 saylı protokola görə 320 manat, EQ19207705 saylı protokola görə 16 manat, EQ19207698 saylı protokola görə 80 manat, EQ19207703 saylı protokola görə 320 manat, EQ19207704 saylı protokola görə 16 manat olmaqla cəmi 3612,3 manat məbləğində ödəniş olunmuşdur. - 07 may 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən inzibati xəta haqqında protokollara görə İddiaçı tərəfindən 3612,3 manat ödənilmiş cərimə məbləğinin dərhal iddiaçının hesabına ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 01 iyul 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 56,13 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 20 aprel 2023cü il tarixli MAS-5876 nömrəli X27nə və həmin tarixli təhvil təslim aktına əsasən iddiaçının mülkiyyətində olan 19100 manat dəyərində ağ rəngli “Khazar LD” markalı minik maşını iddiaçı tərəfindən lizinq alan X10 təhvil verilmişdir. 09 avqust 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 20 aprel 2023-cü il tarixli MAS-5876 nömrəli X27 üzrə X9 öhdəlikləri X17, 31 avqust 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X14 öhdəlikləri X6, 16 sentyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X4 öhdəlikləri X19, 30 oktyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X15 öhdəlikləri X22, 28 noyabr 2023-cü il tarixli MAS-5876 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X20 öhdəlikləri X23 ötürülmüşdür. 02 mart 2024-cü il tarixli etibarnamə ilə iddiaçı ilə X28 arasında bağlanılmış 20 aprel 2023-cü il tarixli MAS- 5876 saylı “X27” əsasında lizinqə verilmiş 1 ədəd “Khazar LD” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı maşının Cavabdeh yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək səlahiyyəti verilmişdir. Cavabdeh həmin avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün EQ20435010 saylı protokola görə 480 manat, EQ20435018 saylı protokola görə 480 manat, AYN0490623 saylı protokola görə 10,30 manat, EQ20049900 saylı protokola görə 480 manat, EQ20054933 saylı protokola görə 480 manat, EQ20049414 saylı protokola görə 320 manat, EQ19950262 saylı protokola görə 16 manat, EQ19903766 saylı protokola görə 16 manat, EQ19762061 saylı protokola görə 16 manat, EQ19726473 saylı protokola görə 64 manat, EQ19726474 saylı protokola görə 16 manat, EQ19687943 saylı protokola görə 16 manat, EQ19608577 saylı protokola görə 9 manat, EQ19575164 saylı protokola görə 9 manat, İXP6032241 saylı protokola görə 128 manat, EQ19268618 saylı protokola görə 16 manat, EQ19233104 saylı protokola görə 16 manat, EQ19207003 saylı protokola görə 64 manat, EQ19207005 saylı protokola görə 80 manat, EQ19207707 saylı protokola görə 32 manat, EQ19207701 saylı protokola görə 16 manat, EQ19207700 saylı protokola görə 16 manat, EQ19207702 saylı protokola görə 80 manat, EQ19207699 saylı protokola görə 320 manat, EQ19207705 saylı protokola görə 16 manat, EQ19207698 saylı protokola görə 80 manat, EQ19207703 saylı protokola görə 320 manat, EQ19207704 saylı protokola görə 16 manat olmaqla cəmi 3612,3 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin cərimə məbləğləri iddiaçı tərəfindən 02 sentyabr 2024-cü il tarixdə ödənilmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da borc məbləğinin ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən inzibati xəta haqqında protokollara görə ödənilmiş 3612,3 manat pulun və 56,13 manat dövlət rüsumunun alınaraq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, cavabdehin törətdiyi əməllər nəticəsində yaranmış 3612,3 inzibati cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Həmin məbləğin İddiaçı MMC-nin hesabına ödənilməsi cavabdehdən tələb olunsa da borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı məhkəməyə müraciət etməli olmuş və bunun üçün 56,13 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 3612,3 manat pul və 56,13 manat dövlət rüsumu olmaqla cəmi 3668,43 alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş 3612,3 manat pul və 56,13 manat dövlət rüsumu olmaqla 3668 (üç min altı yüz altmış səkkiz) manat 43 (qırx üç) qəpik alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1034/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1034/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver