Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1134/2021 24.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Tağıyeva Rəhı̇ mə İsmail qızının Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki işə 24 dekabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tağıyeva Rəhı̇ mə İsmail qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 iyul 2006-cı il tarixli rəsmi dövlət nikahının pozulması, 26 mart 2005-ci il tarixdə doğulmuş X3 və 27 dekabr 2006-cı il tarixdə doğulmuş X1 onun himayəsinə verilməsi və iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tağıyeva Rəhı̇ mə İsmail qızı məhkəmə iclasına gəlməmiş, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər 17 iyul 2006-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. 26 mart 2005-ci il tarixdə X3 və 27 dekabr 2006-cı il tarixdə X2 adlı iki övladı doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da sonralar xasiyyətlərinin düz gəlməməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. Uzun müddətdir ki, tərəflər ayrı yaşayırlar. Aralarında olan nikah formal xarakter daşıyır və bundan sonra ailə münasibətlərinin bərpası mümkün deyildir. Ayrı yaşadıqları vaxtdan uşaqlar iddiaçının yanında yaşayır. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşamaqla nikahın pozulmasına razıdır. Ona görə də tərəflər arasında bağlanmış nikahın pozulması, X3 və X2 adlı uşaqların iddiaçının yanında saxlanılması və iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə prosesinə gəlməmiş, ərizə ünvanlayaraq, nikahın pozulmasına razı olduğunu, işə iştirakı olmadan baxılaraq nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ T № 000923 nömrəli, 10 aprel 2018-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər nikahlarını 17 iyul 2006-cı il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsində 14 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş AZ İ № 604238 nömrəli, 16 may 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 26 mart 2005-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı RPŞ tərəfindən verilmiş 04 sentyabr 2018-ci il tarixli, AZE № 19010268 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 27 dekabr 2006-cı il tarixdə X2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Səbinə Tağıyeva və Baba Tağıyevin teleqramlarından görünür ki, onlar anası Tağıyeva Rəhı̇ mə İsmail qızının yanında qalmaq istəyirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər faktiki olaraq ayrı yaşadıqlarına, bundan sonra ailənin saxlanılması qeyri-mümkün olduğuna, iddiaçı boşanmanı tələb etdiyinə, cavabdeh nikahın pozulmasına razı olduğuna görə tərəflər arasında 17 iyul 2006-cı il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 14 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Məhkəmə Baba və Səbinə adlı uşaqların müəyyən müddət ananın yanında yaşadıqlarını, boşanmadan sonra da uşaqların ananın yanında qalmaq barədə fikirlərini, uşaqların yetkinlik yaşına çatmayan olmaqla ana qayğısına ehtiyacı olmasını, iddiaçının boşanmadan sonra da uşaqların yanında saxlanmasını tələb etməsini nəzərə alaraq hesab edir ki, uşaqların maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə 26 mart 2005ci il tarixdə doğulmuş X3 və 27 dekabr 2006-cı il tarixdə doğulmuş X1 boşanmadan sonra anasının yanında qalmaları məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, uşaqlar ananın yanında qalır. İddiaçı uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 175 manat aliment təyin olunmasını tələb edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. İşin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 26 mart 2005-ci il tarixdə doğulmuş X3 və 27 dekabr 2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, yəni, 18 oktyabr 2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 62 (altmış iki) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Tağıyeva Rəhı̇ mə İsmail qızı ilə Cavabdeh arasında 17 iyul 2006-cı il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 14 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 26 mart 2005-ci il tarixdə doğulmuş X3 və 27 dekabr 2006-cı il tarixdə doğulmuş X2 (anası) Tağıyeva Rəhı̇ mə İsmail qızının yanında saxlanılsın. 18 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 26 mart 2005-ci il tarixdə doğulmuş X3 və 27 dekabr 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tağıyeva Rəhı̇ mə İsmail qızının xeyrinə ödənilsin. Cavabdeh 62 (altmış iki) manat məbləğində dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1134/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1134/2021
24.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver