Məhkəmə qərarları › İş №e-2(037)-1136/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1136/2025

23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1136/2025 23.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızı sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi, İddiaçı Şərı̇ fova Hı̇ cran Nazı̇ m qızının iştirakı ilə İddiaçı Nazı̇ m qızının Cavabdeh qarşı nikahın pozulması və uşaqların yanında saxlanması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibatibinasında 23 yanvar 2026-cı il tarixdəaçıqməhkəməiclasındabaxaraq, m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı Şərı̇ fova Hı̇ cran Nazı̇ m qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2005-ci ildə İsmayıllı rayon İHB-nın Əhən İƏB-sı üzrə nümayəndəliyində AZ-İ № 169501 saylı sənədlə 08 nömrəli nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbini əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci iltarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. Cavabdeh ilə xasiyyətinin düz gəlməməsi aralarında narazılığın yaranmasına və münasibətlərinin pozulmasına səbəb olmuşdur. Müəyyən müddətdir faktiki olaraq ayrı yaşayırlar. Bundan sonra ailənin saxlanması mümkün deyildir. Ona görə də cavabdehlə aralarında xx.xx.2005-ci ildə İsmayıllı rayon İHB-nın Əhən İƏB-sı üzrə nümayəndəliyində AZ-İ № 169501 saylı sənədlə 08 nömrəli nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 nonun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə gəlmədiyinə və nikahın pozulmasına razılığını bildirmədiyinə görə məhkəmə tərəflərin barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə salmışdır. Tərəflərin izahatları İddiaçı Şərı̇ fova Hı̇ cran Nazı̇ m qızı məhkəmə baxış iclasında iddia tələbinə uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, Cavabdeh əvvəllər də onu təhdid etdiyini, ölümlə hədələdiyini, 22 dekabr 2025-ci il tarixdə ona 15 bıçaq zərbəsi ilə xəsarət yetirdiyini qeyd edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı alimentə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh hazırda həbsdə olduğundan və heç bir gəliri olmadığından aliment tələb etmir. Cavabdeh azadlığa çıxdıqdan sonra yenidən aliment tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh ünvanlanmış və zərf geri qayıtdığından məhkəmə bildirişi aidiyyəti üzrə İsmayıllı rayon Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, Əhən İƏD-dən məhkəməyə ünvanlanan cavab məktubunda vətəndaşın hazırda həmin ərazidə yaşamadığı və arvadı İddiaçı bıçaqla xəsarət göstərdiyinə görə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyindən məktubun cavabdehin qardaşına təqdim olunduğu bildirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Cavabdeh hazırda olduğu Azərbaycan Respublikası Ədliyyə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına məktub ünvanlanaraq cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə bildirişinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından 23 yanvar 2026-cı il tarixdə məhkəməyə hazırda təcridxanada saxlanılan Cavabdeh ərizəsində boşanmağa razı omadığını, həbsdən çıxdıqdan sonra ailəsinin yanına qayıtmaq istədiyini, törətdiyi əməldən peşman olduğunu, ailəsi ilə barışmaq istədiyini qeyd edir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nikahın pozulmasına dair iddia tələbini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan və məhkəmə prosesi zamanı tədqiq edilən sənədlər İsmayıllı rayon İHB-nın Əhən İƏB tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 169501 saylı nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikahlarını xx.xx.2005ci ildə İsmayıllı rayon İHB-nın Əhən İƏB-sı üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. “İlkin Mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə” MŞB/6-01296 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər X1 iştirak etsələr də mediasiya sessiyasının davam etdirilməsindən imtina etmişdirlər. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 08 yanvar 2026-cı il tarixli 5-54/2-16/2026 nömrəli rəydə boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı Nazı̇ m qızının yanında qalması uşağın mənafeyinə uyğun hesab edilmişdir. 26 iyul 2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 50,60 manat dövlət rüsumu ödənilmişdir. 23 yanvar 2026-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məktubundan və məktuba əlavə olunmuş ərizədən müəyyən edilir ki, hazırda təcridxanada saxlanılan Cavabdeh ərizəsində boşanmağa razı omadığı, həbsdən çıxdıqdan sonra ailəsinin yanına qayıtmaq istədiyi, törətdiyi əməldən peşman olduğu, ailəsi ilə barışmaq istədiyi qeyd edir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20.1 Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Maddə 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; Maddə 36.9 Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 60.3. uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu” Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında bərabər hüquqlara malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

6. Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu barədə çıxarılan qərardad məhkəmə iclas protokoluna yazılır. 6.1. Nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə gələcəkdə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nikahın pozulmasına dair iddia tələbini, cavabdehin iddia tələbi ilə bağlı lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaya münasibət bildirməməsini (3 ay vaxt verilməklə) və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, nikahın pozulması tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu norma isə mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, mülki hüquq subyektlərinin azad iradə ifadəsi ilə müəyyən edilir. Göründüyü kimi, dispozitivlik prinsipi ilk növbədə tərəflərin öz maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə müyyən edir ki, tərəflərin faktiki olaraq ər-arvad münasibətlərində olmamağı, bundan sonra da onların barışıb ailəni bərpa edəcəkləri ehtimalı olmadığına, barışıq üçün verilən 3 ay vaxtda barışmadıqlarına, iddiaçı nikahın pozulmasını təkidlə tələb etdiyinə görə onlar arasında 08 sentyabr 2005-ci ildə İsmayıllı rayon Əhən Kənd İcra Nümayəndəliyində 08 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Məhkəmə boşanmadan sonra valideynlərdən hansının yanında qalmasına münasibət bildirərək qeyd edir ki, uşaqlar yetkinlik yaşına çatmamışlar və ana qayğısına ehtiyacları vardır. İddiaçı hər iki uşağın hazırda anasının yanında olduğunu, boşanmadan sonra da övladlarının yanında qalmasını tələb etdiyini qeyd edir. Həmçinin qəyyumluq və himayəçilik komissiyası uşaqların ananın yanında qalmasının uşaqların mənafeyinə uyğun hesab etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, 23 may 2009cu il tarixdə doğulmuş X4 və 24 iyun 2013-cü il tarixdə doğulmuş X5 anası Şərı̇ fova Hı̇ cran Nazı̇ m qızının yanında saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. İddiaçı Nazı̇ m qızı ilə Cavabdeh arasında 08 sentyabr 2005-ci ildə İsmayıllı rayon Əhən Kənd İcra Nümayəndəliyində 08 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 23 may 2009-cu il tarixdə doğulmuş X4 və 24 iyun 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək anası Şərı̇ fova Hı̇ cran Nazı̇ m qızının yanında saxlanılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar