Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1334/2025 13.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2025-ci il tarixdən başlayaraq başlayaraq 09 iyul 2009-cu il tarixdə doğulmuş X4, 14 oktyabr 2012-ci il tarixdə doğulmuş X3 və 14 fevral 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-799/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Mediasiya sesiyasında xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yanında saxlanılması, uşaqların maddi təminatı üçün aliment ödənilməsi ilə bağlı razılığa gəldiklərinə və bu barədə aralarında barışıq sazişi bağlandığına görə məhkəmə qətnaməsi ilə aliment təyin olunmamışdır. Mediasiya sessiyasında o, cavabdehin maddi vəziyyətini nəzərə alaraq üç uşağın saxlanması üçün az miqdarda aliment ödənilməsinə razılıq gəlsə də nikah pozulduqdan sonra cavabdeh alimenti ödəməmişdir. Cavabdeh fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Buna baxmayaraq cavabdeh uşaqları ilə maraqlanmır, tərbiyə və təhsilləri ilə məşğul olmur. Bundan başqa o, məhkəməyə mürciaət etmək üçün mediasiya xərci ödəmişdir. Həmin xərcin də cavabdehdən alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİİ 300313 nömrəli xx.xx.2009-cu il tarixli, AZ-İİ 983776 nömrəli xx.xx.2013-cü il tarixli və AZ-İV 341510 nömrəli xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin xx.xx.2009-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə X2 adlı üç uşaqları anadan olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-799 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 114 sayla qeyd edilərək bağlanmış nikah pozulmuşdur. Mediasiya sessiyasında tərəflər yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəvllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 ananın yanında qalması, uşaqların saxlanması üçün alimentin ödənilməsi, uşaqlarla ünsiyyət saxlamasına şərait yaradılması və digər tələlərlə bağlı razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. “İlkin mediasiya sessiyasından sonra prosesin davam edirilə bilməməsi barədə” MŞİ/MT-0042-2025-00216 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, tərəflər tam mediasya sessiyasının keçirilməsinə etiraz etmişlər. İddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-799 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında 26 avqust 2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Həmin vaxt tərəflər mediasiya sessiyasında yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəvllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 ananın yanında qalmasına, uşaqların saxlanması üçün aliment ödəməyə razılığa gəlmişlər və bu barədə barışıq sazişi imzalamışlar. Lakin cavabdeh razılaşdıqları məbləği iddiaçıya ödəməmişdir. İddiaçı alimentin təyin edilməsi ilə bağlı yenidən mediasiyaya, hazırda isə məhkəməyə müracət etməli olmuşdur. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı iddia ərizəsində 16 sentyabr 2025-ci il tarixdən başlayaraq başlayaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin aınaraq ona ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin uşaqların maddi təminatının ödənilməsində iştirak etmədiyini nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 09 iyul 2009-cu il tarixdə doğulmuş X4, 14 oktyabr 2012-ci il tarixdə doğulmuş X3 və 14 fevral 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 17 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam edirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışa əsasən tərəflər prosesin davam etdirilməsini tələb etməmişlər. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, cavabdehdən ödənilmiş mediasiya xərcinin yarısı, yəni 30 manatı alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, bir il ərzində ödəmənin məcmusu 5040 manat təşkil edir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin məbləğə görə cəmi 70.40 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 30 manat mediasiya xərci məbləğinin onun alimentə görə ödəməli olduğu 70.40 manat dövlət rüsumunu əhatə etmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 17 sentyabr 2025-ci il tarixdən başlayaraq 09 iyul 2009-cu il tarixdə doğulmuş X4, 14 oktyabr 2012-ci il tarixdə doğulmuş X3 və 14 fevral 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1334/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1334/2025
13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver