Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1354/2023 28.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1215 manat pulun və 32,55 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 oktyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1350 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh 1350 manat borcun 135 manat hissəsini ödəmiş, 1215 manat isə ödənilməmiş qalmışdır. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə 22 noyabr 2023-cü il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini 07 dekabr 2023-cü il tarixdə almışdır. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AD seriyalı 017006 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. -AD seriyalı 774451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” minik markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. -İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, “VAZ 21074” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. -Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş ziyan 470 manat, görüləcək işlər üçün 880 manat olmaqla cəmi 1350 manat müəyyən olunmuşdur. -İsmayıllı rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 3(037)-467 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. -03 dekabr 2022-ci il tarixli 116816 nömrəli sığorta aktının surətindən görünür ki, “VAZ 21074” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil 02 sentyabr 2022-ci il tarixdən 02 sentyabr 2023-cü il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 23 oktyabr 2022-ci il tarixdə baş vermis yol nəqliyyat hadisəsində zərərçəkmiş X1 1350 manat maddi ziyan ödənilmişdir. - 06 dekabr 2022-ci il tarixli 7962 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 116816 saylı akta əsasən X1 1350 manat sığorta ödənişi olunmuşdur. - 26 yanvar 2023-cü il tarixli O-AP-2023-0212 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1350 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -21 noyabr 2023-cü il tarixli ********** nömrəli rüsum qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 32,55 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23 oktyabr 2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, İsmayıllı rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1350 manat məbləğində sığorta ödənişi aparılmışdır. Cavabdeh 1350 manat sığorta ödənişindən 135 manat ödəmiş, 1215 manat isə ödənilməmiş qalmışdır. Sığorta şirkətinin ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1215 manat borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyi üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Toyota Corolla” markalı ** ZN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1215 manat sığorta ödənişi və 32,55 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh nəqliyyat vasitəsinə görə ödənilmiş 1215 manat sığorta ödənişi və 32,55 manat dövlət rüsumu olmaqla, cəmi 1247 (bir min iki yüz qırx yeddi) manat 55 (əlli beş) qəpik məbləği İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1354/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1354/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver