Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1517/2024 24.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsində saxlanılması və aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında 05 noyabr 2012-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 320 nömrə ilə qeyd etdirərək bağlanmış nikahın pozulması, 15 aprel 2013-cü il tarixdə doğulmuş X3 və 24 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yanında saxlanılması, uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək tələbin 15 aprel 2013-cü il tarixdə doğulmuş X3 və 04 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi hissəsinin azaldılaraq cavabdehlə aralarında bağlanmış nikahın pozulması, 15 aprel 2013-cü il tarixdə doğulmuş X3 və 04 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə 05 noyabr 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 15 aprel 2013-cü il tarixdə X3 və 04 sentyabr 2014-cü il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da son vaxtlar münasibətləri pozulduğu üçün müəyyən müddətdir ki, faktiki olaraq ayrı yaşayırlar. Bundan sonra ailənin bərpası mümkün olmadığından nikahın pozulmasını tələb edir. Ayrı yaşadıqları vaxtdan uşaqlar yanında qalır. Boşanmadan sonra da uşaqların yanında qalması ilə bağlı cavabdeehlə razılığa gəlmişlər. İddia ərizəsində nikahın pozulması, uşaqların yanında saxlanması ilə yanaşı, uşaqların maddi təminatı üçün aliment təyin edilməsini, tərəfindən ödənilmiş müdiasiya xərci və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etsə də hazırda yalnız nikahın pozulmasını və uşaqlarının yanında saxlanmasını tələb edir. Ona görə də nikahın pozulması, uşaqların yanında saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, cavabdeh nikahın pozulmasına, 15 aprel 2013-cü il təvəllüdlü X3 və 04 sentyabr 2014-cü il təvəllüdlü X1 atanın yanında saxlanmasına razıdır. Bu barədə iddiaçı ilə aralarında ümumi razılıq vardır. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia tələbinə münasibətini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ 103751 nömrəli xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikahlarını 05 noyabr 2012-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 320 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İİİ 691624 nömrəli xx.xx.2019-cu il tarixli və AZ-İİİ 415816 nömrəli xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 15 aprel 2013-cü il tarixdə X3 və 04 sentyabr 2014-cü il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarına əlavəedilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT-035-2024-843 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər faktiki olaraq ayrı yaşadıqlarına, bundan sonra da onların barışıb ailəni bərpa edəcəkləri ehtimalı olmadığına, iddiaçı nikahın pozulmasını tələb etdiyinə, cavabdeh isə nikahın pozulmasına razı olduğuna görə tərəflər arasında 05 noyabr 2012-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 320 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə uşaqların müəyyən müddətdir atanın yanında qalmaqla ona olan bağlılığını, iddiaçının boşanmadan sonra da uşaqların yanında saxlanmasını tələb etməsini, cavabdehin uşaqların atanın yanında qalmasına etiraz etməməsini nəzərə alaraq uşağın maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə 15 aprel 2013-cü il təvəllüdlü Zinət Abdullayeva və 04 sentyabr 2014-cü il təvəllüdlü Dövran Abdullayevin boşanmadan sonra iddiaçının yanında qalmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı hazırda yanında qalan uşaqların saxlanması üçün cavadehdən aliment və ya maddi xarakterli digər yardım tələb etmədiyinə görə Zinət Abdullayeva və Dövran Abdullayevin saxlanması üçün alimentin tutulması məsələsinə baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı X2 özünə aid edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 noyabr 2012-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 320 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulsun. 15 aprel 2013-cü il tarixdə doğulmuş X3 və 24 sentyabr 2014-cü il tarixdə doğulmuş X4 (atası) İddiaçı yanında saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1517/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1517/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver