Məhkəmə qərarları › İş №e-2(037)-335/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-335/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-335/2025 18.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X8 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlə 10 iyul 2017-ci il tarixdə nikahlarını rəsmləşdirmişlər. 26 fevral 2015-ci il tarixdə X6 və 18 oktyabr 2017-ci il tarixdə X4 adlı iki övladları doğulmuşdur. Anar doğularkən aralarında rəsmi nikah olmadığından və cavabdeh atalığının müəyyən edilməsi üçün müvafiq orqana ərizə vermədiyindən uşağa öz soyadı ilə doğum haqqında şəhadətnamə almışdır. Bir müddət birgə yaşadıqdan sonra cavabdeh onu və uşaqlarını ataraq xarici dövlətdə dövlətdə işləmək adı ilə getmiş, sonra isə qayıtmamışdır. Həmin vaxtdan cavabdeh ailəsi və uşaqları ilə maraqlanmır və maddi köməklik göstərmir. Heç yerdə işləmədiyindən iki uşağın saxlanmasında çətinlik çəkir. Ona görə də 18 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh oğlunun faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə İsmayıllı rayon Qoşakənd kəndinə məlumat göndərmişdir. İsmayıllı RİHB-nın Qoşakənd kənd İƏD üzrə nümayəndəliyinin cavabdehin hazırda ərazidə yaşamaması barədə bildirişi məhkəmə daxil olmuşdur. Məhkəmə Aazərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddaçının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. AZ-İİİ 675112 nömrəli 27 dekabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçının 26 fevral 2015-ci ildə Xırdalan şəhərində Anar adlı uşağı anadan olmuş, uşağa iddiaçının soyadına uyğun olaraq “Həşimov” soyadı ilə doğum haqqında şəhadətnamə verilmiş, ana qrafasında anası İddiaçı Etubar qızı, ata qrafasında atası X1 qeyd edilmişdir **********4 nömrəli 10 may 2017-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflər arasında 10 may 2017-ci il tarixdə bağlanmış nikah Gürcüstan DSİA Marneuli VR xidmətində **********35 nömrə ilə qeydə alınmışdır. **********10 nömrəli 23 oktyabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, tərəflərin 18 oktyabr 2017-ci il tarixdə X4 adlı bir övladı doğulmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MTO18/24-007 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı iddia ərizəsində hər ay 246 manat aliment təyin edilməsini tələb edir. Cavabdehin iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Uşaq iddiaçının yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının uşağın maddi təminatının ödənilməsində çətinlik çəkdiyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 18 oktyabr 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 30 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 30 yanvar 2025-ci il tarixdən başlayaraq 18 oktyabr 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə diar hissəsi dərhal icra olunsun. Cavabdeh oğlundan 46 (qırx altı) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar