Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-37/2025 16.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 11 avqust 2021-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 22 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması, birgə nikah dövründə 26 mart 2024-cü il tarixdə əldə olunaraq Cavabdeh adına rəsmiləşdirilmiş ** NP *** dövlət qeydiyyat nişanlı qara metal rəngli Hyunday Accent minik markalı, buraxılış ili 2011-ci il olan avtomaşına 1/2 (ikidə bir) payının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nikahın pozulmasına razı olmadığına görə məhkəmə tərəflərin barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə salmışdır. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi /vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq tərəflər arasında 11 avqust 2021-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 22 nömrə ilə qeyd edilərək bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində qeydə alınaraq xx.xx.2019-cu il tarixli, AZ-İ№ 020917, nömrəli şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdeh ilə xasiyyətinin düz gəlməməsi nəticəsində bir yerdə yaşamaları mümkün olmamışdır və aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. İddiaçı nümayəndəsi / vəkil Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, ərizə ünvanlayaraq Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclasda iştirak etməsi ilə bağlı hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarında iştirak etməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, nikahın pozulmasına razı deyildir. Hazırda xx.xx.2022-ci il tarixdə doğulmuş övladı Raul Məmmədov yanında qalır. Boşanacaqları halda da övladının yanında qalmasını istəyir və uşağın maddi təminatı üçün ayda 300 manat aliment təyin edilməsini tələb edir. Məhkəmə baxış iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara almışdır. Məhkəmə iddiaçının iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini araşdırıb və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 284284 saylı xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər nikahlarını 11 avqust 2021-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 22 nömrə ilə qeyd etdirərək bağlamışlar. Xİ-MO 820808 saylı xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 17 yanvar 2022-ci il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT-035/2024-664 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilməsinə razılığa gəlməmişlər. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli 86 nömrəli rəydə boşanmadan sonra xx.xx.2024-cü il təvəllüdlü X1 azyaşlı olmaqla ana qayğısına ehtiyacı olduğunu nəzərə alaraq anası Cavabdeh yanında qalması uşağın mənafeyinə uyğun hesab edilmişdir. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 11 avqust 2021-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. xx.xx.2022-ci il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulduğundan aralarında ər-arvad münasibətlərinə son qoyulmuşdur, hazırda ümumi təsərrüfat aparmırlar. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh isə nikahın pozulmasına razı deyildir. Bundan sonra ailənin saxlanması mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər faktiki olaraq ayrı yaşadıqlarına, barışıq üçün verilən üç ay vaxtda barışmadıqlarına, cavabdeh nikahın pozulmasına razı olmasa da, iddiaçı inikahın pozulmasını tələb etdiyinə, bundan sonra barışıb ailəni bərpa edəcəkləri ehtimalı olmadığına görə aralarında 11 avqust 2021ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 22 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Məhkəmə azyaşlı uşağın boşanmadan sonra valideynlərdən hansının yanında qalmasına münasibət bildirərək qeyd edir ki, cavabdeh boşanacaqları halda uşağın yanında saxlanmasını tələb edir. İddiaçı uşağın ananın yanında qalmasına etiraz etmir. Qəyyumluq və Himayəçilik Komissiyası Raul Məmmədovun boşanmadan sonra anasının yanında qalmasını uşağın mənafeyinə uyğun hesab etmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X2 anasının yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 maddəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İddiaçının rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. Cavabdeh uşağın saxlanması üçün ayda 300 manat aliment təyin olunmasını tələb edir. Uşaq cavabdehin yanında olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə işin hallarını, cavabdehin sabit pul məbləği ilə aliment tələbini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması cavabdehin aliment tələbi ilə bağlı məhkəməyə müraciət edildiyi vaxtdan yəni 29 oktyabr 2024-cü il tarixdən başlayaraq hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddiaçı iddia ərizəsində nikahın pozulması ilə yanaşı birgə nikah dövründə əldə olunmuş avtomaşına payının tanınmasını tələb etsə də sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək təkcə nikahın pozulmasını tələb etdiyindən onların əmlakının bölgüsü aparılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 11 avqust 2021-ci il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 22 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulsun. 17 yanvar 2022-ci il tarixdə doğulmuş X2 (anası) Cavabdeh yanında saxlanılsın. 29 oktyabr 2024-cü il tarixdən başlayaraq 17 yanvar 2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-37/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-37/2025
16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver