Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-39/2024 06.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğluna qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr tələbinə dair mülki işə 06 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğlundan zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat məbləğində vəsaitin, 120,48 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 may 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** LV *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TA *** dövlət qeydiyyat nişanlı BMW 5201M markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** TA *** dövlət qeydiyyat nişanlı B MW 5201M markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** TA *** dövlət qeydiyyat nişanlı B MW 5201M markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 15161,25 manat (on beş min bir yüz altmış bir manat, 25 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 15161,25 manat (on beş min bir yüz altmış bir manat, 25 qəpik) məbləğində sığorta ödənişi (12848,52 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 2312,73 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı cavabdehdən zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat məbləğində vəsaitin, 120,48 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq maddi imkanı və səhhətti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi məbləğin ** TA *** dövlət qeydiyyat nişanlı B MW 5201M markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərdən dəfələrlə artıq olduğunu qeyd etmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş, müstəqil qiymətləndiricidən dəymiş ziyanla bağlı rəy gətirmiş, yenidən ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılması qərara almışdır. İş materiallarına əlavə olunmuş 03 may 2019-cu il tarixdə verilmiş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Astra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğluna məxsusdur. 08 oktyabr 2021-ci il tarixli, ƏN-V 796895 nömrəli icbari sığorta müqaviləsinin surətindən müəyyən edilir ki, “Opel Astra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. İV X10 xidmətinin ispektoru X4 trəfindən 22 may 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və TP ******* nömrəli qərarının surətlərindən müəyyən edilir ki, Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğlu barəsində İXM-nin 327.1-i maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Əhlı̇ man Əzı̇ mov İXM-nin 327.1-cı maddəsinə əsasən 40 manat cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş 22 may 2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən 22 may 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zədələnmiş 77 BMW 520 1M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin məbləği 15161,43 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı Cavabdeh məktub ünvanlayaraq 77 BMW 520 1M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirak etməsi bildirilmişdir. "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hesab-fakturanın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı 77 BMW 520 1M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələri və xidmət haqqı ilə birlikdə 15161,25 manat məbləğ lazım olduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 148115 nömrəli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən 22 may 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı 77 BMW 5201M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X2 15161,43 manat məbləğində Sığorta ödənişi edilmişdir. İddia ərizəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən daxil olduğundan xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 120,48 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 9/9190 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 77 BMW 5201M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 15161,43 manat məbləğində zərər dəymişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Müstəqil X1 15 mart 2024-cü il tarixli, 140301ADS nömrəli ekspert rəyindən müəyyən edilir ki, 77 BMW 5201M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 7740 manat məbləğində zərər dəymişdir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil etmiş və həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli, 9/2823-8/1126 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 77 BMW 5201M markalı TA 777 dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 15678,86 manat məbləğində zərər dəymişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 22 may 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** LV *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış, ** TA *** dövlət qeydiyyat nişanlı BMW 5201M markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Zərərçəkən ** TA *** dövlət qeydiyyat nişanlı B MW 5201M markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. ** TA *** dövlət qeydiyyat nişanlı B MW 5201M markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirililərək 15161,25 manat (on beş min bir yüz altmış bir manat, 25 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən 15161,25 manat (on beş min bir yüz altmış bir manat, 25 qəpik) məbləğində sığorta ödənişi (12848,52 nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 2312,73 manat ƏDV olmaqla) nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən "xxxx" ASCyə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. İddiaçı 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat məbləğində sığorta ödənişini 120,48 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci olmaqla, cəmi 10.282,13 (on min iki yüz səksən iki manat on üç qəpik) manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini qismən qəbul etdiyini, BMW 5201M markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə 15161,25 manat (on beş min bir yüz altmış bir manat, 25 qəpik) manat zərər məbləğinin yüksək hesablandığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş üzrə göründüyü kimi cavabdeh iddiaçı tərəfindən tələb olunan dəymiş ziyan məbləği ilə razılaşmayaraq həmin məbləğin yüksək olduğunu qeyd etdiyindən onun vəsatətlərinə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, 30 dekabr 2023-cü il tarixli, 9/9190 nömrəli ekspert rəyi ilə BMW 5201 M markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə 15195 manat, 10 sentyabr 2024-cü il tarixli, 9/2823-8/1126 nömrəli ekspert rəyi ilə isə 15196 manat məbləğinə ziyan dəydiyi müəyyən olunmuş, cavabdeh isə məhkəmə prosesinin gedişi zamanı dəymiş ziyan məbləğinin yüksək olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, 22 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol nəqliyyat hadisəsi nəticəsində BMW 5201 M markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 120,48 (bir yüz iyirmi manat, qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə 30 dekabr 2023-cü il tarixli, 9/9190 nömrəli ekspertiza xərci 50 manat və 10 sentyabr 2024-cü il tarixli, 9/2823-8/1126 nömrəli ekspertiza xərci 100 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat məbləği cavabdeh Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Müstəqil X3 tərəfindən 15 mart 2024-cü il tarixdə qeyd olunan avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı aparılmış tədqiqatın cavabdeh tərəfindən ödənilmiş 200 (iki yüz) manat dəyəri cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğlundan zərər çəmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 10161,25 (on min bir yüz altmış bir manat, iyirmi beş qəpik) manat məbləğində vəsait, 120,48 (bir yüz iyirmi manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci olmaqla cəmi 10.282,13 (on min iki yüz səksən iki manat on üç qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Cavabdeh Əzı̇ mov Əhlı̇ man Ərzı̇ man oğlundan ümumilikdə 150 (bir yüz əlli) manat ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-39/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-39/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver