Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-414/2023 05.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 05 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “BMW 316” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1161 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia ərizəsinə əlavə edilmiş ərizədə bütün məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 29 aprel 2021-ci il tarixdə “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Yol-nəqliyyat hadisəsi zamanı cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən ona qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1161 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 096499 saylı sığorta aktına əsasən iddiaçı dəymiş ziyanı aradan qaldıraraq “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1161 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 29 aprel 2021-ci tarixli yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli olması İsmayıllı Rayon Məhkəməsinin qərarında öz əksini tapmışdır. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən ödənilmiş 1161 manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1161 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. AD №966182 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən edilir ki, 29 aprel 2021-ci il tarixdə, saat 23:06 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh “Opel Vectra” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə olmadan idarə etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 3(037)-169/2021 nömrəli qərarın surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarət etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında inzibati cərimə edilmişdir. 25 may 2021-ci il tarixli, №106185721 (4075) nömrəli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21052021-ci il tarixli 096499 saylı sığorta aktına əsasən 1161 manat sığorta ödənişi məbləği X2 hesabına ödənilmişdir. 21 iyun 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən müəyyən edilir ki, “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin məbləği 1161 manat həcmində olması müəyyən edilmişdir. 17 avqust 2021-ci il tarixli, №096499 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 08 may 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1161 manat müəyyən edilmişdir. 29 avqust 2021-ci il tarixli O-AP-2021 3798 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1161 manat sığorta məbləği subroqasiya qaydasında Cavabdeh tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 27 fevral 2023-cü il tarixli ********** və 28 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərinin surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 31,70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdeh 29 aprel 2021-ci il tarixdə “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh “Opel Vectra” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə olmadan idarə etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 3(037)-169/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarət etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 700 manat miqdarında inzibati cərimə edilmişdir. 17 avqust 2021-ci il tarixli, №096499 nömrəli sığorta aktına əsasən nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1161 manat müəyyən edilmişdir. 25 may 2021-ci il tarixli, №106185721 (4075) nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 1161 manat sığorta ödənişi məbləği X2 hesabına ödənilmişdir. 29 avqust 2021-ci il tarixli O-AP-2021 3798 nömrəli pretenziya məktubu ilə iddiaçı tərəfindən 1161 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1161 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, 29 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1161 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “BMW 316” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1161 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu – cəmi 1191 (bir min bir yüz doxsan bir) manat 40 (qırx) qəpik tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-414/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-414/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver