Məhkəmə qərarları › İş №e-2(037)-456/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-456/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-456/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, iddiaçı X2 cavabdeh X3 qarşı nikahın pozulması, aliment və əmlak tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X4 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2005-ci il tarixdə İsmayıllı RİHB-nın Qubaxəlilli İƏB üzrə nümayəndəliyində bağlanmış və 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan övladlarımız xx.xx.2006-cı il təvəllüdlü Şahnaz və xx.xx.2011-ci il təvəllüdlü Nərminin yanında qalması, X1 uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat aliment tututlması, bir dəst komplekt – üzük və sırğalar və ya dəyəri 1700 manat, bir ədəd sep qolbaq və ya dəyəri 2800 manat, 1 ədəd tək qırmızı qaşlı üzük və ya dəyəri 300 manat, bir dəst yaşıl (firuzəyi) komplekt – üzük və sırğalar və ya dəyəri 1200 manat, bir dəst brilyant komplekt – boyunbağı qolbaq və ya dəyəri 3600 manat, bir ədəd platin üzlü üzük və ya dəyəri 220 manat, bir ədəd üzük və ya dəyəri 180 manat, iki ədəd brilyant nişan üzüyü və ya dəyəri 3000 manat olmaqla cəmi 13.000 (on üç min) manat cavabdehdən alınaraq mənə verilməsi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi, 7-ci km ünvanında yerləşən ünvan 2RTRA markalı ** NN *** qetdiyyat nişanlı, 1198-ci il buraxılışı olan avtomobil üzərində 2/3 hissədə mənim cavabdehin paylarının müəyyən edilməsi, cavabdehdən atamın elektrik avadanlıqları – kombi yumaq üçün aparat, qaynaq aparatı alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı nikahın pozulması və aliment tələbi ilə yanaşı həmçinin, cavabdehdən əmlaklar tələb etmiş, lakin tələb etdiyi hər bir əmlakın ayrıayrılıqda dəyərini göstərməmiş və həmin əmlakların dəyərinə müvafiq olaraq dövlət rüsumu ödəməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsi üçün ödədiyi 50 manat dövlət rüsumu qəbzini də səhvən İsmayıllı Rayon Məhkəməsində baxılacaq iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair sənəd təqdim etməmişdir. İddiaçının tələb etdiyi mənzilin və avtomaşının kimə məxsus olması ilə bağlı sənəd əlavə edilmədiyindən həmin əmlakların kimlərə məxsus olması müəyyən deyidlir. Bu hal da gələcəkdə üçüncü şəxsin mənafeyinə toxunması ehtimalını yaradır. Məhkəmə iddiaçının nikahın pozulması, aliment və əmlak tələblərini eyni iddia ərizəsində birləşdirməsinə münasibət bildirirək qeyd edir ki, nikahın pozulması qiymətləndirilməyən, əmlak tələbi isə qiymətləndirilən iddialar kateqoriyasına aid olduğu üçün həmin tələblərin bir icraatda birləşdirilməsi qanunla müəyyən olunmuş məbəğdə dövlət rüsumunun ödənilməsinə təsir etdiyindən, həmin tələblərin bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiq deyil. Azərbaycan Respublikası MPM-nin: 112.1 və 112.1.2-ci maddələrinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda-tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.4-cü maddəsinə görə iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 112.5-ci maddəsinə görə iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən xx.xx.3023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh X3 qarşı nikahın pozulması, aliment və əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarlsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən xx.xx.3023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsi üçün ödənilmiş ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar