Məhkəmə qərarları › İş №e-2(037)-492/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-492/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-492/2025 11.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21074” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1321 manat pulun və 33,21 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 21061” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 21061” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 təqsirli olmuş və İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehin idarə etdiyi “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1321 AZN ziyan dəymişdir. 29 iyun 2022-ci il tarixli “Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya (ZBT qaydaları) əsasən, iddiaçı sığorta şirkəti icbari sığorta üzrə mülki məsuliyyətin sığortaladığı “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməlidir. Belə ki, bu qaydalara əsasən, İcbari sığorta şirkəti məsuliyyətini sığortaladığı zərərçəkənə dəymiş zərəri ödəyir, daha sonra isə həmin məbləği zərərvuran nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış digər sığortaçıdan tələb edir. Lakin, Atəşgah Sığorta Şirkəti tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin sahibi Cavabdeh hesabına 2 dəfə 1321 manat olmaqla, cəmi 2642 AZN sığorta ödənişi ödənilmişdir. Beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmiş, cavabdeh pulu artıq xərclədiyini verməyəcəyini bildirmişdir. Hazırkı vəziyyətdə Cavabdeh əsassız varlanan şəxsdir və öhdəlikdən kənar olaraq ödənilmiş 1321 manat pul ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə 10 mart 2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -PAT********** nömrəli şəhadətnamənin surətindən görünür ki, “VAZ 21074” markalı, ** TJ *** dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən 31 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinə qədər PAT********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. -24 oktyabr 2024-cü il tarixli CLM**********61 nömrəli sığorta aktının surətindən görünür ki, “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil 31 may 2024cü il tarixdən 31 may 2025-ci il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 24 sentyabr 2024-cü il tarixdə baş vermis yol nəqliyyat hadisəsində zərərçəkmiş Cavabdeh 1321 manat maddi ziyan ödənilmişdir. - 07 noyabr 2024-cü il tarixli **********9/890138483 nömrəli və **********0/890117691 çıxarışların surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə hər dəfə 1321 manat olmaqla iki dəfəyə cəmi 2642 manat sığorta ödənişi olunmuşdur. - 25 noyabr 2024-cü il tarixli O-AS-2024-2446 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən səhvə əlavə olaraq həyata keçirilən 1321 manat sığorta ödənişinin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -05 mart 2025-ci il tarixli 73251410 nömrəli mədaxil qəbzinin surətindən göünür ki, iddiaçı tərəfindən 05 mart 2025-ci il tarixdə 33,21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 24 may 2024cü il tarixdə Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 21061” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdehin idarə etdiyi “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. “VAZ 21074” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1321 AZN ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin sahibi Cavabdeh bank hesabına 07 noyabr 2024-cü il tarixdə iki ayrı-ayrı nömrə ilə hər dəfə 1321 manat olmaqla, cəmi 2642 AZN sığorta ödənişi ödənilmişdir. Beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq artıq ödənilmiş 1321 manat pul geri qaytarılmamışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh artıq ödənilmiş 1321 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “VAZ 21074” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1321 manat pul və 33,21 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “VAZ 21074” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1321 manat sığorta ödənişi və 33,21 manat dövlət rüsumu olmaqla, cəmi 1354 (bir min üç yüz əlli dörd) manat 21 (iyirmi bir) qəpik məbləği İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar