Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-571/2025 21.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 21 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyun 2011-ci il təvəllüdlü X2,30 iyun 2014-cü il təvəllüdlü X3 və 16 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sonrakı artımları nəzərə alınmaqla, cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-51/2025 saylı qətnaməsi ilə cavabdehlə aralarında 13 oktyabr 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, 26 iyun 2011-ci il təvəllüdlü X2, 30 iyun 2014-cü il təvəllüdlü X3 və 16 yanvar 2018-ci il təvəllüdlü X4 yanında saxlanılmışdır. Həmin vaxt cavabdehin ailəsi ona və uşaqlarına evdə yaşamağa razılıq verdiklərinə görə uşaqların saxlanması üçün cavabdehdən aliment tələb etməmişdir. Lakin boşanmadan bir müddət sonra cavabdehin ailəsi ondan evi tərk etməyi tələb etmişdir. Yaşadığı evi tərk edəcəyi halda kirayə evdə yaşayıb kirayə haqqı ödəməyə imkan olmadığından hazırda aliment tələb edir. O, "xxxx" market MMC-də inzibatçı işləyir və 500 manata yaxın əmək haqqı alır. Cavabdeh isə İİİ qrup əlil kimi pensiya almaqla yanaşı fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Uşaqlar isə məktəblidirlər. Cavabdeh ona uşaqları ilə evdə yaşamağa imkan vermir, nə də uşaqların xərclərinin ödənilməsinə köməklik göstərmir. Bundan başqa o məhkəməyə müraciət etmək üçün mediasiya xərci ödəmişdir. Həmin xərclərin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra iddiaçı evə ayrı-ayrı avtomobillərlə və gecə saat 02 radələrində gəldiyindən bundan sonra onlarla bir evdə yaşaması məqsədəuyğun deyildir. İddiaçı özü işləyir. Onun isə rəsmi iş yeri yoxdur. Arada fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Əsəb xəstəliyindən əziyyət çəkdiyinə görə İİİ qrup əlil kimi 150 manat pensiya alır. Buna baxmayaraq uşaqlarının saxlanması üçün hər ay hər uşağa 50 manat məbləğində aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 692178 nömrəli xx.xx.2011-ci il tarixli, AZ-İİİ 325733 nömrəli xx.xx.2014-cü il tarixli və AZ-İV 016269 nömrəli xx.xx.2018-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin 26 iyun 2011-ci il tarixdə doğulmuş X2, 30 iyun 2014-cü il tarixdə doğulmuş X3 və 16 yanvar 2018-ci il tarixdə doğulmuş X4 adlı üç uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-51/2025 saylı qətnamədən müəyyən edilir ki, tərəflər arasında 13 oktyabr 2010-cu il tarixdə İsmayıllı RİHB-nın Mican kənd İƏD üzrə nümayəndəliyində 35 sayla qeyd edilərək bağlanmış nikah pozulmuş, 26 iyun 2011-ci il təvəllüdlü X2, 30 iyun 2014-cü il təvəllüdlü X3 və 16 yanvar 2018-ci il təvəllüdlü X4 anasının yanında saxlanılmışdır. Uşaqların maddi təminatı üçün aliment təyin edilməmişdir. ”İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MT-0042-2025-0045 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərci ödəmişdir. Elektron sorğu sisteminin çıxarışından müəyyən edilir ki, cavabdeh İİİ qrup əlil kimi 150 manat pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İİİ qrup əlil kimi 150 manat pensiya alır. Cavabdehin rəsmi iş yeri və digər aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı özünün "xxxx" marketdə inzibatçı işləməklə ayda 500 manata yaxın əmək haqqı alıdığını, cavabdehin uşaqların maddi təminatının ödənilməsinə köməklik etmədiyini qeyd edərək uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün sonrakı artımları nəzərə alınmaqla, cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Cavabdeh heç yerdə işləmədiyini, arada fərdi əməklə məşğul olduğunu, İİİ qrup əlil kimi ayda 150 manat pensiya aldığını qeyd edərək uşaqların saxlanması üçün hər uşağa 50 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin hər birinin gəlirlərini və maddi vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 26 iyun 2011-ci il təvəllüdlü X2, 30 iyun 2014-cü il təvəllüdlü X3 və 16 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan 03 aprel 2025-ci il tarixdən hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışa əsasən cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiyada iştirak edərək 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən cavabdehdən ödənilmiş 60 manat mediasiya xərci alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, bir il ərzində ödəmənin məcmusu 4320 manat təşkil edir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin məbləğə görə cəmi 63.20 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 60 manat mediasiya xərci məbləğinin onun alimentə görə ödəməli olduğu 63.20 manat dövlət rüsumunu əhatə etmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq 3 (üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 03 aprel 2025-ci il tarixdən başlayaraq 26 iyun 2011-ci il təvəllüdlü X2,30 iyun 2014-cü il təvəllüdlü X3 və 16 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 3 (üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-571/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-571/2025
21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver