Məhkəmə qərarları › İş №e-2(037)-779/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-779/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-779/2025 03.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X10 oğlunun katibliyi İddiaçı X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında 03 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-ci il təvəllüdlü X3 Cavabdeh himayəsindən alınıb onun himayəsinə verilməsi, xx.xx.2010-ci il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-997/2023 saylı qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2010-ci il təvəllüdlü X5 anası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X9 isə onun himayəsində saxlanılması qət edilmişdir. X4 çox bağlı olduğu üçün 2023-cü ilin noyabr ayından öz istəyi ilə yanına qayıdıb gəlmiş və hazırda da yanında yaşayır. Hazırda hər iki uşaq yanında qalır, onların tərbiyə və təhsilləri ilə özü məşğul olur. Uşaqlar ona və bir-birlərinə bağlanmışlar. Uşaqların normal saxlanması, tərbiyə və təhsili üçün onun hər cür şəraiti vardır. Cavabdeh isə ayrı yaşadıqları müddətdə övladları ilə maraqlanmamış və onlara hər-hansı köməklik etməmişdir. Ona görə də X8in cavabdehin himayəsindən alınıb onun himayəsinə verilməsi, X5 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. X1 iştirakı ilə dindirilmiş xx.xx.2010-ci il təvəllüdlü X5 hazırda atasının yanında qaldığını, atasının ona yaxşı baxdığın, bundan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: AZ-İİ 485437 nömrəli xx.xx.2010-cu il tarixli və AZ-İİİ 041535 nömrəli xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin 17 iyul 2010-ci il tarixdə X5 və 03 aprel 2012-ci il tarixdə X9 adlı iki uşaqları doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-997/2023 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2010-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2010-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X6 isə atası İddiaçı yanında qalması qət edilmişdir; “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞİ/MT0042-2024-0011 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 59 nömrəli 19 sentyabr 2025-ci il tarixli rəyindən müəyyən edilir ki, komissiya tərəflərin yaşayış şəraitini müayinə etmişdir. Uşağın fikri nəzərə alınaraq xx.xx.2010-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı yanında saxlanılması uşağın mənafeyinə uyğun hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını və uşağın fikrini dinləyib, İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hisəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onlarına qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. BMT-nin Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyamnaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. BMT-nin 12.11. 1989-cu il tarixli “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Həmin konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünü fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımı həyat səviyyəsi hüququna malikdir. Lazımı həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Avropa dəyərləri müstəvisində uşağın saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranarsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Elsholzun” işi ilə bağlı qərarında qeyd edilmişdir ki, uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından daha üstündür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-997/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2010-ci il təvəllüdlü X5 anası Cavabdeh, xx.xx.2012-ci il təvəllüdlü X9 isə İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə Məhəmməd Ağayev ananın yanında saxlanılsa da sonradan Məhəmməd adlı uşaq öz istəyi ilə atanın yanına gəlmişdir. Həmin vaxtdan Məhəmməd adlı uşaq atanın və digər qardaşı Sənanın yanıda yaşayır. Uşaqlarıın tərbiyə və təhsili üçün iddiaçının normal şəraiti vardır. Uşaq ataya meyl salaraq bağlanmışdır. İddiaçı Məhəmməd və Sənan adlı uşaqların yanında olduğunu bundan sonra da Məhəmmədin öz yanında qalmasını istədiyini, uşağın normal saxlanması tərbiyə və təhsili üçün onun maddi imkanının və normal şəraitinin olduğunu, ayrı yaşadıqarı müddətdə cavabdehin uşaqları ilə maraqlanmadığını, maddi köməklik etmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş Məhəmməd adlı uşaq hazırda atasının yanında yaşadığını, bundan sonra da atasının yanında qalmaq istədiyini bildirdi. İsmayıllı rayon Qəyyumluq və Himayəçilik Komissiyası Məhəmməd adlı uşağın atasının yanında qalmasını uşağın mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə Məhəmməd adlı uşağın öz fikrini, uzun müddətdir atanın və qardaşı Sənanın yanında yanında olmaqla ataya və qardaşa olan bağlılığını, atanın uşağın yanında saxlanmasını tələb etdiyini, ata tərəfindən uşağın tərbiyə və təhsili, mənəvi inkişafı, fiziki və psixi sağlamlığının üçün normal şəraitinin yaradıldığını, uşağın atanın yanında saxlanmasının uşağın mənafeyinə uyğun olması ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2010-ci il tarixdə doğulmuş X5 (atası) İddiaçı yanında saxlanılmlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan aliomentin indeksasiyası aliment tutan təşkilatın müdriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütanasib olaraq müyyən edilir. Aliemntin indeksasiyası məqsədi üçün məhkəmə tərtəfindən müəyyən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 maddəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı uşaqların saxlanması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh alimentə münasibət bildirməmişdir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarını, iddiaçının aliment tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə xx.xx.2010-ci il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulması məhkəməyə müraicət edildiyi vaxtdan, yəni 05 may 2025-ci il tarixdən başlayaraq tutulması, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2010-ci il təvəllüdlü X5 (atası) İddiaçı yanında saxlanılsın. 05 may 2025-ci il tarixdən başlayaraq xx.xx.2010-ci il tarixdə doğulmuş X5 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar