Məhkəmə qərarları › İş №e-2(037)-853/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-853/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-853/2024 19.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yanında saxlanılması və sabit pul məbləğində aliment tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında 17 dekabr 2010-cu il tarixdə Ağdam rayon Novruzlu kənd İƏD üzrə nümayəndəliyində 33 nömrə ilə qeydə alınmış nikahın pozulması, 31 mart 2011-ci il tarixdə doğulmuş X2 və 07 avqust 2016-cı il tarixdə doğulmuş X1 yanında saxlanılması, uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, ərizə ünvanlayaraq övladı İbrahimin “Uşaq serebral iflic, tez-tez epileptik qıcolma tutmaları” diaqnozu ilə İ qrup əlil olması, evdə tək qalmasının mümkün olmaması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə işə iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 17 dekabr 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 31 mart 2011-ci il tarixdə X2 və 07 avqust 2016-cı il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə xasiyyətlərinin düz gəlməməsi münasibətlərinin pozulmasına səbəb olmuşdur. Ailə münasibətlərinin bərpa edilməsi mümkün deyildir. Ona görə də cavabdehlə aralarında 17 dekabr 2010-cu il tarixdə bağlanmış nikahın pozulması, İbrahim və Səxavət adlı uşaqların yanında saxlanılması, uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq nikahın pozulmasına dair iddianı qəbul etiyini, üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə işə iştirak olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçınını iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ 601730 saylı xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər nikahlarını 17 dekabr 2010-cu il tarixdə Ağdam rayon Novruzlu kənd İƏD üzrə nümayəndəliyində 33 nömrə ilə qeyd etdirərək rəsmləşdirmişlər. İş materiallarına əlavə edilmiş AZ-İİ 704245 nömrəli xx.xx.2011-cİ il tarixli və ******* npmrəli doğum haqqında şəhadətnamənin surətilərndən müəyyən edilir ki, tərəflərin 31 mart 2011-ci il tarixdə X2 və 07 avqust 2016-cı il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞM/MT031-00311 nörməli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 65 nömrəli rəydə boşanmadan sonra 31 mart 2011-ci il tarixdə İbrahim Fərzalıyev və 07 avqust 2016-cı il tarixdə Səxavət Fərzalyevin anasının yanında saxlanılması uşaqların mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər faktiki olaraq ayrı yaşadıqlarına, bundan sonra da onların barışıb ailəni bərpa edəcəkləri ehtimalı olmadığına, iddiaçı nikahın pozulmasını tələb etdiyinə, cavabdeh isə nikahın pozulmasına razı olduğuna görə tərəflər arasında 17 dekabr 2010-cu il tarixdə Ağdam rayon Novruzlu kənd İƏD üzrə nümayəndəliyində 33 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə uşaqların azyaşlı olmaqla ana qayğısına daha çox ehtiyacı olmalarını, uzun müddətdir ananın yanında qalmaqla ona olan bağlılıqlarını, iddiaçının uşaqların yanında qalmasını tələb etməsini, cavabdehin uşaqların ananınn yanında qalmasına etiraz etməməsini, uşaqların ananın yanında saxlanmasının uşaqların mənafeyinə uyğun olması ilə bağlı Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq uşaqların maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə 31 mart 2011-ci il tarixdə doğulmuş İbrahim Fərzalıyevin və 07 avqust 2016-cı il tarixdə doğulmuş Səxavət Fərzalyevin boşanmadan sonra ananınn yanında qalmalarını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyindən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, uşaqlar ananın yanında qalırlar. İddiaçı uşaqların maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat məbləöində alimentin tutiularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə məhkəməyə ünvanladığı ərizəsində iddianın təmin edilməsini xahiş etmişdir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda uşaqların maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) sabit pul məbləğində aliment tutularaq 31 mart 2011-ci il tarixdə doğulmuş İbrahim Fərzalıyev və 07 avqust 2016-cı il tarixdə doğulmuş Səxavət Fərzalyevin yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, aliemntin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 12 iyun 2024-cü il tarixdən başlayaraq hesablanmalı, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmi Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Ona görə də məhkəmə hazırki mülki iş üzrə tərəflərə əmlak mübahisələri olacağı təqdirdə yuxarıda göstərilənləri nəzərə almalarını tövsiyyə edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2010-cu il tarixdə Ağdam rayon Novruzlu kənd İƏD üzrə nümayəndəliyində 33 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulsun. 31 mart 2011-ci il təvəllüdlü X2 və 07 avqust 2016-cı il təvəllüdlü X3 (anası) İddiaçı yanında saxlanılsınlar. 12 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq 31 mart 2011-ci il təvəllüdlü X2 və 07 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar