Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-933/2021 10.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlu Kreditor Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 315,45 manat borc, 8,14 manat cərimə olmaqla, 323,59 manat borcun və 20 manat dövlət rüsumunun məbləğin borcludan alınaraq kreditora ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284.1-ci maddəsinə əsasən məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Belə ki, ərizənin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, eyni tərəflər arasında eyni predmet üzrə 14.04.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli əmri mövcuddur, hazırda həmin əmr qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-933/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-933/2021
10.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver