Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-562/2025 14.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 manat və ödənilmiş 210 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Qəbələ rayon, Nohurqışlaq kəndində mülkiyyətində olan torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikintisi məqsədi ilə “ZEYNALOĞLU GROUP” tikinti şirkətinin rəhbəri Cavabdeh ilə aralarında tikinti podrat müqaviləsi bağlamışlar. Müqaviləyə əlavəyə əsasən tikinti işlərinin aparılması 80000 manat olmaqla bu məbləğin 40000 manatı müqavilə bağlanan tarixdə, tikinti işlərinin əsas hissəsi bitdikdə 30000 manat, yekunlaşdıqda isə 10000 manat ödəniləcəkdir. xx.xx.2024-cü il tarixdə cavabdehə 40000 manat məbləğində pul vermişdir. Hal-hazıra kimi cavabdeh tərəfindən sözügedən müqavilə üzrə heç bir iş görülməmişdir. Halbuki, tikinti işləri müqavilənin müvafiq bəndinə əsasən altı ay müddətinə cavabdeh tərəfindən yekunlaşmalı idi. Bundan sonra dəfələrlə cavabdehlə görüşmüş hər dəfə müxtəlif (əsassız) bahanələrlə nə müqavilə öhdəliyini icra edir, nə də ondan aldığı 40000 manat məbləğində pul qaytarır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bununla bağlı 26 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1, tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 noyabr 2024-cü il tarixli qərarı ilə tərəfindən verilmiş müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin qərarda yaranmış mübahisənin mülkimühakimə icraatı qaydasında həlledilməsi olması göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində aralarında olan mübahisə araşdırılarkən, ona olan borcunu yaxın zamanda qaytaracağına cavabdeh söz versə də bu günədək həmin pul məbləğini ona qaytarmamışdır. O da bu pulun cavabdeh tərəfindən ödəniləcəyinə artıq inamı qalmamışdır. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 07 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən tolanmış materialda hər hansı cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. 11 may 2024-cü il tarixli Tikinti Podrat Müqaviləsi və ona Əlavədən görünür ki, İddiaçı və “ZEYNALOĞLU GROUP” tikinti şirkətinin rəhbəri Ağayev X2 rayonu Nohurqışlaq kəndində tikiləcək fərdi yaşayış evinin tikintisi və təmiri ilə bağlı aralarında müqavilə bağlamışlar. Müqaviləyə əsasən, Tikinti və təmir işinin ümumi məbləği 80000 manat olmaqla bu məbləğin 40000 manatı müqavilə bağlanan tarixdə, 30000 manatı tikinti işlərinin əsas hissəsi bitdikdə, 10000 manatı isə tikinti və təmir işləri yekunlaşdıqda iddiaçı tərəfindən ödənilməlidir. Müqavilədə təhvil müddəti 6 ay olaraq göstərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməklə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 755 Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və “ZEYNALOĞLU GROUP” tikinti şirkətinin rəhbəri Ağayev X2 rayonu Nohurqışlaq kəndində tikiləcək fərdi yaşayış evinin tikintisi və təmiri ilə bağlı aralarında tikinti podrat müqaviləsi bağlamışlar. Müqaviləyə əlavəyə əsasən tikinti işlərinin aparılması 80000 manat olmaqla bu məbləğin 40000 manatı müqavilə bağlanan tarixdə, 30000 manatı tikinti işlərinin əsas hissəsi bitdikdə, 10000 manatı isə tikinti və təmir işləri yekunlaşdıqda ödənilməli və müqavilənin müvafiq bəndində təhvil müddəti 6 ay olaraq göstərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə 40000 manat məbləğində pul vermişdir. Cavabdeh tərəfindən sözügedən müqavilə üzrə heç bir iş görülməmiş və iddiaçıdan aldığı 40000 manat pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olubolmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasını, müavilə üzrə ödənişlərin edilməsini sübut etmək iddiaçının (sifarişçinin) müqavilədə nəzərdə tutulmuş işlərin görülməsini sübut etmək isə cavabdehin (podratçının) vəzifəsidir. Qeyd olunan müqavilədən görünür ki, iddiaçı podrat müqaviləsi üzrə razılaşdırılmış ilkin məbləği cavabdehə ödəmiş, lakin cavabdeh isə podratçı olaraq hər hansı iş görməmiş, müqavilə üzrə görülməli olan şləri görməsi barədə isə məhkəməyə gəlməməklə yanaşı, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
NƏTİCƏ HİSSƏSİ:
Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilmiş 40000 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 210 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilmiş 40000 manat və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 210 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
X5