Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № e-2(038)-635/2025 19.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 sədrliyi, İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh whatcap vasitəsi ilə göndərilmiş ifadələrin, şərəf və ləyaqətini alçaldan və böhtan xarakterli olmasının tanınması və dəymiş mənəvi zərərə görə 3000 manat təzminatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməmiş İddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 19 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumun geri qaytarılması barədə ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat iddiaçıya geri qaytarılsın. Qərardadın ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsində icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 10(on) gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(038)-635/2025
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(038)-635/2025
19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver