Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-761/2025 24.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq görə minimum əmək haqqının 0,7 misli miqdarında alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1767/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi tam təmin edilmişdir. Bundan əlavə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 535/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 200 manat məbləğində alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Buna səbəb xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən (X2) nikahın pozulmasından sonra xx.xx.2017-ci il təvəllüdlü X3 anası X6 ilə, xx.xx.2019-cu il təvəllüdlü X4 atası İddiaçı ilə birlikdə qalması müəyyən edilmişdir. Göründüyü kimi qüvvədə olan barışıq sazişi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 atası İddiaçı yanında qalması müəyyən olunmuşdur. Bundan sonra o Yardımlı rayon Məhkəməsinə 2(038)-626/2025 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 ona verilməsi qət edilmiş və bu qətnamə Göygöl rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Hal-hazırda hər 2 övladı onun yanındadır. Cavabdehdən alimentin alınması ilə bağlı Masallı rayon 2 saylı Mediasiya şurasına müraciət etsə də cavbdeh gəlmədiyinə görə xx.xx.2025-ci il tarixdə arayış təqdim edilmişdir. Hal-hazır ki, müddətə qədər cavabdehin onlarla heç bir ünsiyyəti yoxdur, övladlarını tək böyüdür. İddiaçı məhkəmə hazırlıq və baxışı iclasında iddia ərizəsini müdafiə edib iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Qızının cavabdehdə, oğlunun onda qalması barədə Mediasiya Təşkilatında cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Cavabdeh uşağı ataraq xarici ölkəyə getmişdi və uşaqlarda nənəsinin yanında qalmışdı. Bundan sonra da o uşağları götürüb öz yanına aparmışdır. Cavabdeh xarici ölkədən qayıtdıqdan sonra onun tələbi ilə mübahisələri məhkəmədə baxılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə uşaqlar onun himayəsinə verilmişdir. Hazırda uşaqlar onun himayəsindədirlər. Bu barədə məhkəmələrin qətnamə və qərardadlarını iddia ərizəsinə əlavə etmişdir. Odur ki, hər uşaq üçün hər ay cavabdehdən minimum əmək haqqının 0,7 misli miqdarında aliment tələb edir. Cavabdehin maddi imkanı barədə sübutu yoxdur. Uşaqlar hazırda xəstədirlər, onların hər ay 260 manat müalicə xərcidir. Bu barədə resept təqdim edir. Cavabdehlə aralarında olan münasibət uşaqlara psixoloji təsir göstərib və bu səbəbdən də müalicə olunurlar. İşə dair əlavəsi və vəsatəti yoxdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə hazırlıq və baxışı iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, uşaqlardan biri cavabdeh anada və digəri iddiaçı atada qalıb. Qızı cavabdehə deyib ki, əyər başqa qadınla evlənəcəyi halda uşağı ona qaytarsın. Sonra da məhkəmənin qətnaməsi ilə uşaqlar anaya verilmiş və uşaqların saxlanması üçün aliment təyin edilmişdir. İddiaçı alimenti tam ödəmirdi, onun indi də aliment borcu qalmışdır. Uşaqlara o baxmış, maddi təminatlarını özü qarşılamışdır. Ayrıldıqdan sonra Saray qəsəbəsində qonşuluqda yaşayırmışlar, ataları onları məktəbə gedib-gəldikə öyrədərək, təsir göstərirmiş. Uşaqlar hazırda iddiaçı atalarının yanındadırlar. Cavabdeh işləmir, hər hansı bir gəliri yoxdur. Onun qazancı ilə dolanırlar. O, məhkəməyə göndərdiyi iddiaya qarşı etirazında fikrini bildirib. İşləməməsi barədə arayış təqdim edib. Hesab edir ki, aşağı həddə aliment təyin olunmalıdır ki, ödəyə bilsin və onu da qeyd etmişdir ki, hər uşaq üçün hər ay 50 manat aliment verə bilərlər. İşə dair əlavəsi və vəsatəti yoxdur. Cavabdehin işləmədiyini və gəliri olmadığını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında nümayəndə ilə təmsil olunmasını nəzərə alıb, məhkəmə baxışı iclasının cavabdehin özünün şəxsən iştirakı olmadan keçirilməsini mümkün hesab edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-535/2025 saylı qərardadından görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin, Cavabdeh iddia tələbindən qismən imtina barədə ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2017-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalması və onun saxlanılması üçün sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1767/2023 saylı qətnaməsndən görünür ki, iddia ərizəsi təmin edilmiş. X6 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Sumqayıt Regional «Asan xidmət» Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 1947 nömrəli akt qeydli nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-635/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanılmış, xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-585/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında medasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-535/2025 saylı qərardadından görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi xx.xx.2019cu il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 200 manat məbləğində alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1767/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-635/2024 saylı qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş uşaqlar anaları Cavabdeh yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat alınaraqCavabdeh verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-535/2025 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2017-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalması və onun saxlanılması üçün sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatlardan görünür ki, uşaqlar hal hazırda ataları İddiaçı yanında qalırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını, iddiaçının işləməsini, cavabdehin isə heç bir əmək fəaliyyətinin olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər uşağa görə (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,3 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №e-2(038)-761/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-761/2025
24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver