Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1074/2023 25.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X4 qarşı borcun tutulması tələbinə dair iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 1976.35 manat məbləğində sığorta ödənişi, 39.76 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus olan və "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış “VAZ 2102 minik” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X1 məxsus olan “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir və onun barəsində AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. Yolnəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən edilmişdir. “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən 2160 manat məbləğində qiymətləndirilmiş və həmin işlə bağlı ASC tərəfindən "xxxx" ASC-nin hesabına 1976.35 manat məbləğində sığorta ödənişi geri ödənilmişdir ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PBA********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2102 minik” markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İş materiallarından olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 2160 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 2160 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən görünür olunur ki, vurulmuş zərərə görə loto üsüulu ilə müəyyən edilmiş 1976.35 manat məbləğində pulun ödənilməsi tələbi xx.xx.2023-cü il tarixdə zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüş və həmin məbləğ ASC-nin öhdəliklərində nəzərə alınaraq hesablaşma aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində “Hyundai Azera” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə görə Cəmiyyət tərəfindən "xxxx" ASC-yə ödənilmiş pulun Cəmiyyətə ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Hər iki cavabdeh məhkəmə bildirişini müvafiq poçt qəbzlərinə əsasən alsalar da, məhkəməyə hər hansı bir dəlil və etiraz təqdim etməmişdirlər. Göründüyü kimi, cavabdehlərin vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 1976.35 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən 0.40 qəpik xidmət haqqının və ödənilmiş 39,76 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada 1976 (bir min doqquz yüz yetmiş altı) manat 35 (otuz beş) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39.76 manat, 0,40 manat bank xidməti xərcinin Cavabdeh2 və X2 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(039)-1074/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1074/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver