Məhkəmə qərarları › İş №e-2(039)-1658/2021

Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(039)-1658/2021

26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № e-2(039)-1658/2021 26.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Bakı şəhəri Yasamal rayonu X1 Naxçıvani küçəsi ev 22, mənzil 16 AZ1065 ünvanda yerləşən Kreditor Borclu qarşı pul tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor Borclu 688,80 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Kreditor MMC-nin hesabına tutulması haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 21.01.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən kreditor borcluya ümumi qiyməti 796,65 manat dəyərində olan “Samsung Galaxy A51” markalı mobil telefon satmışdır. Borclu alğı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 796,65 manatdan 107,85 manat ödəniş etmişdir. Borclu malın dəyərini hissə-hissə 9 aya, hər ay üçün 76,54 manat ödəmək şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək götürdüyü kreditin əsas məbləği olan 688,80 manat borcundan hər-hansı bir ödəniş etməmiş, bununla da alğı-satıq müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərizində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx.xx.1987-ci ildə Yevlax rayonu Xaldan kəndində doğulmuş və Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayonu, X1 ünvan 2 ünvanda yerləşən Kreditor MMC-nin hesabına 680 (altı yüz səksən) manat 80 (səksən) qəpik pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar