Məhkəmə qərarları › İş №e-2(039)-1794/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1794/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1794/2024 28.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21800 (iyirmi bir min səkkiz yüz) manat borcun, vəkilə hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manatın, sənədin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 3.40 (üç manat qırx qəpik) manatın, etibarnamə üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manatın və 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonunun Nərimanabad kəndində yaşayır və kiçik ticarətlə məşğul olmuşdur. Cavabdeh xeyli müddətdir ki, tanıyır və cavabdehin dediyinə görə o (cavabdeh) alverlə məşğul olmuşdur. Cavabdeh ona əlində nəğd pul az olduğu üçün alver edə bilmədiyini və ona maddi köməklik etməyini istəmiş və mal alıb bir yerdə alver edəcəklərini demişdir. O isə Türkanəyə yalnız ona əlində olan alver pulları ilə köməklik edə biləcəyini demişdir. Bununla da aralarında borc haqq hesabları yaranmışdır. O (iddiaçı) müxtəlif vaxtlarda Cavabdeh borc pul vermiş, cavabdeh isə həmin pulları vaxtında qaytarmışdır. Beləliklə, aralarında münasibətlər daha da yaxşılaşmışdır. Münasibətləri dərinləşdikdən sonra Cavabdeh ondan iri məbləğdə pullar istəməyə başlamışdır. Həmin vaxt atası (iddiaçının) maşını satmış, o da atasından pul alıb Cavabdeh vermişdir. O, Türkanəyə borc vermiş, Türkanə borcundan bir hissə qaytarır, lakin borcunu tam qaytarmamış yenidən ondan borc almışdır. Aralarında sözlü mübahisə yaranmış və Türkanə borcunu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehə məlumat vermişdir ki, bu pullar onun deyil başqa adamdan almış və ona (cavabdehə) borc pul vermişdir. Həmin pulların bir hissəsini lombarddan kredit götürmüşdür. O, Cavabdeh pulu qaytarmasını, daha sonra işlərinə davam edəcəklərini bildirmişdir. Cavabdeh borcunu qaytarmaq əvəzinə ondan Yevlax rayon Polis Şöbəsinə şikayət etmiş və şikayətində guya ona (iddiaçıya) 13800 manat borcunun qaldığını göstərmişdir. Halbuki, Cavabdeh ona (iddiaçıya) 21800 (iyirmi bir min səkkiz yüz) manat borcu olmuş, həmin pulları Türkanəyə kart vasitəsi ilə və nəğd qaydada vermişdir. Bir dəfə də Türkanə əri ilə onun yaşadığı ünvana gələrək ondan (iddiaçıdan) 8000 manat borc pul istəmişdir. O da əlində yalnız 7300 manat pul olduğunu bildirmişdir. Cavabdeh isə 8000 manat pulu vacib olaraq ona çatdırmasını xahiş etmişdir. Həmin günü evində usta işləyən həmkəndlisi Ruslan Rzazadədən 700 manat borc almış, 7300 manatın üstünə qoyub Cavabdeh vermişdir. Ümumilikdə Cavabdeh ona (iddiaçıya) 21800 manat borcu vardır. Dəfələrlə borcun qaytarılmasını desə də Türkanə müəyyən bahənalərlə pulu qaytarmaqdan imtina etmişdir. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh karta göndərilmədən başqa borcu olmasını etiraf etməsi ilə bağlı telefonda çəkilişi də vardır. Məhkəməyə müraciət etmək üçün, vəkilə hüquqi xidmət üçün 400 (dörd yüz) manat, etibarnamə vermək üçün 17.25 manat, şəxsiyyət vəsiqəsinin notarial təsdiqi üçün 3.40 manat ödəmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739 və 1096.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, iddianın təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı təxminən dörd ildir ki, tanıyır. İddiaçı müxtəlif vaxtlarda faizə 13800 (on üç min səkkiz yüz) manat pul almış və aldığı əsas məbləği faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatət əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun (şahidin) dayısının qızıdır. Ruslan adlı tanışı ilə birlikdə iddiaçıya məxsus evdə usta işləmişdir. İddiaçının evində usta işlədiyi dəqiq tarixi xatırlamadığı vaxt cavabdeh həyat yoldaşı ilə birlikdə iddiaçının yaşadığı evə gəlmiş və Cavabdeh iddiaçıdan pul istəmişdir. İddiaçı da onun yanında onunla (şahidlə) birlikdə iddiaçının evində usta işləyən Ruslan adlı şəxsdən 700 (yeddi yüz) manat alaraq cavabdehə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndli və qohumdurlar. İddiaçının evində usta işləyən zaman cavabdeh Türkan Cəfərova həmin evə gəlmiş və iddiaçıdan 8000 (səkkiz min) manat pul istəmişdir. İddiaçı da ondan (şahiddən) 700 (yeddi yüz) manat almış və onun yanında cəmi 8000 (səkkiz min) manatı cavabdehə vermişdir. Beş gündən sonra iddiaçı aldığı 700 (yeddi yüz) manatı ona (şahidə) qaytarmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 2000 (iki min) manat və 2500 (iki min beş yüz) manat aldığını bildirmişdir. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******7698 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 250 (iki yüz əlli) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******7698 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 1250 (bir min iki yüz əlli) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 1075 (bir min yetmiş beş) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******4800 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 50 (əlli) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******4800 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 450 (dörd yüz əlli) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******0920 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 10 (on) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 416973******6123 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******4800 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 125 (bir yüz iyirmi beş) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******4800 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 250 (iki yüz əlli) manat köçürülmüşdür. İşdə olan ABB kartına köçürmə haqqında sənəddən körünür ki, cavabdehə məxsus 523915******4800 saylı kart hesabından İddiaçı məxsus olan 552209******9518 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 400 (dörd yüz) manat köçürülmüşdür. İşdə olan iddiçının nümayəndəsi tərəfindən təqdim edilmiş İddiaçı məxsus LEOBANK-a aid kart hesabına köçürmələr haqqında çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 225 (iki yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə isə 15 (on beş) manat köçürülmüşdür. İşdə olan Cavabdeh tərəfindən sübut olaraq təqdim edilmiş əri (cavabdehin) İlkin Cəfərov ilə İddiaçı arasında olan Vatsap yazışmalarından (səsli mesajlar və yazılar) müəyyən edilir ki, tərəflər arasında cavabdeh X2 İddiaçı olan borc haqqında danışıqlar və yazışmalar olmuş, cavabdehin əri həmin yazışmalarda arvadı Cavabdeh iddaçıya 16 000 (on altı min) manat borcunun qaldığını, iddiaçı isə həmin borcun 15 700 (on beş min yeddi yüz) manat olduğunu bildirmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi üçün Vəkil Haı oğlunun hesabına 400 (dörd yüz) manat ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən notariat əməlliyyatının aparılması üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən notariat əməlliyyatının aparılması üçün 3 (üç) manat və xidmət haqqı olaraq 0.40 (qırx qəpik) manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X4 İddiaçı qaytarmaq şərti ilə müəyyən məbləğdə pul almış, həmin pulun bir hissəsini qaytarmış, qalan 15 700 (on beş min yeddi yüz) manatı isə qaytarmamışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan vəsati qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya qaytarılmış yuxarıda qeyd edilən cəmi məbləğin (qəbzlərə və kart hesabından çıxarışa əsasən) cavabdehin əri İlkin Cəfərovla İddiaçı arasında olan yazışmalardan sonra ödənildiyi öz təsdiqini tapmamış və həmin xüsusatla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübüt təqdim edilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş kart hesabına dair çıxarışlardan cavabdehin hesabından silinmiş vəsaitlərin iddiaçının hesabına köçürülməsi öz təsdiqini tapmamışdır. Həmin çıxarışlardan qeyd edilən halın müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı pulu faizlə aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmin xüsusatla bağlı iddiaçının nümayəndəsi cavabdeh tərəfindən pul qaytarılmadığına görə iddiaçı tərəfindən cavabdehə təsir vasitəsi olaraq pulun başqa şəxsdən faizlə alındığını dedyini göstərmişdir ki, məhkəmə həmin xüsusatla bağlı iddiaçının nümayəndəsinin izahatını daha inandırıcı və səmimi hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 700 (on beş min yeddi yüz) manat pul, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat, sənədin notarial qaydada təsdiq edilməsi üçün 3 (üç) manat notariat rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat rüsümü və 155 (bir yüz əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar