Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1962/2025 08.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X14 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair işə 08 sentyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 600 (altı yüz) manat olmaqla, cəmi 1200 (bir min iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsini qəbul edir. Belə ki, artıq boşanma üçün vəkilə müraciət etmişdir və sənədlərini toplayır. Uşaqları onun üçün hamıdan önəmlidir. Uşaqlar bir az böyük olan kimi məhkəmə yolu ilə uşaqları götürmək üçün mütləq qanuni addımlar atacaq. İddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “mygov” tətbiqindən çıxarılmış övladlarının şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “mygov” tətbiqindən çıxarılmış İddiaçı ailə tərkibi haqqında məlumatın surətindən görünür ki, ailə üzvləri atası X1, anası X4, həyat yoldaşı Cavabdeh qızı, övladı X11, övladı X10r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “mygov” tətbiqindən çıxarılmış övladlarının şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “mygov” tətbiqindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarının surətindən görünür ki, İddiaçı xx.xx.1990-cu il tarixində Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “mygov” tətbiqindən çıxarılmış nikah haqqında şəhadətnamə məlumatlarının surətindən görünür ki, X2 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax 1 X3 03 may 2025-ci il tarixli MŞY/MT034/2024-000157 nömrəli arayışından məlum olur ki, İddiaçı sabit pul məbləğində aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən məlum olur ki, Yevlax 1 X9 50.00 manat dövlət rüsumu ödənilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 saylı qərarına əsasən 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 1-8-16-1/2- 57/2025 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Plenum qərarına edilən dəyişiklərin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: Aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə yaşayışlarından iki uşaqları olmuşdur. Hazırda ayrı yaşayırlar və uşaqlar ananın himayəsindədir. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 600 manat, cəmi 1200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 08 iyul 2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 18 yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 08 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 qızının 18 yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-1962/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1962/2025
08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver