Məhkəmə qərarları › İş №e-2(039)-2165/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-2165/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-2165/2025 07.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlunun, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı uşaq tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlu Cavabdeh qarşı himayəçiliyin bərabər şəkildə həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 dekabr 2013-cü il tarixdə, Yevlax rayon Ərəş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Həsən və Hüseyn adlı əkiz övladlarımız dünyaya gəlmişdir. On illik evlilik dövründə Cavabdeh anası Fürurə Həsənova durmadan onların ailə münasibətlərinə müdaxilə etmiş, tez-tez evlərinə mübahisə salmışdır. Ancaq o (iddiaçı) uşaqlarının ailə mühitində böyüməsini istədiyi üçün yoldaşını daha fərqli mədəni mühitə çıxarmağa çalışmışdır. Bu məqsədlə Bakı şəhərində fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində onun işə başlamasını təmin etmişdir. Düşünmüşdür ki, mədəni bir kollektiv mühitinə uyğunlaşsa tədricən anasının təsirindən uzaqlaşar və normal mədəni ailələr kimi həyatlarını yaşayar və övladlarının tərbiyəsi ilə məşğul olarlar. Təəssüf ki, bu belə olmamış və sonuncu dəfə yoldaşı Kaspi liseyində daha yüksək məvaciblə işə başlamasına dəstək olmuş və bu Fürurə Həsənovanı ailəsini (iddiiaçının) dağıtmaq üçün daha da cəsarətləndirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə nikahın pozulması və aliment tələbi ilə bağlı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və onların nikahına xx.xx.2024-cü ildə aidiyyatı üzrə xitam verilmişdir. Yevlax Rayon Məhkəməsinin qərarı ilə övladları Cavadov Həsən və Cavadov Hüseynin anasının himayəsində qalması təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən o (iddiaçı) hər ay Cavabdeh hesabına sabit, 400 manat məbləğdə aliment ödəyir. Ancaq cavabdeh uşaqların ehtiyaclarını qarşılamır və ona da bu ehtiyacların qarşılanmasına şərait yaratmır. Övladlarının hər ikisi talassemiya daşıyıcısıdır və o (iddiaçı) hər 6 ayda bir onların müayinə və müalicəsini təmin etmişdir. Onların faktiki olaraq ayrıldıqları gündən bu yana bu müayinə və müalicələr aparılmamışdır. Oğlu Hüseyndə yastıpəncəlik var və bu onun onurğa sütununun əyilməsinə səbəb olmuşdur. Müayinə etdirmiş, amma müalicəsi üçün ona şərait yaradılmamışdır. Uşaqların hər ikisi istedadlı uşaqlardır, onların təhsili ilə onun (iddiaçı) məşğul olduğu dövrdə ciddi təhsil nailiyyətləri olmuşdur. İndi isə uşaq sinfi keçdiyinə sevinir. Yaşadıqları evdə uşaqları uzunmüddətli tək, açıq internet altında, əlində telefon qoyub işə gedir, məktəbdən yayındırır. Bütün bunlar uşaqların sağlamlığına, təhsilinə, mənəvi və psixoloji inkişafına mənfi təsir edir. Onun (iddaçının) uşaqların üzərində heç bir söz haqqı yoxdur. Heç bir bayramda, xüsusi günlərdə, tətil günlərində övladları ilə uzunmüddətli vaxt keçirə bilmir. Bayram günlərində o da bir ata kimi övladları ilə birgə süfrə qurub evinə şənlik qatmaq istəyir. Tətil günlərində övladları ilə bir neçə günlük gəzintiyə çıxmaq istəyir. Hərdən gətirib heç olmasa bir günlük evində saxlamaq istəyir, ancaq qarşı tərəf heç vaxt buna şərait yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ , həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar haqqında bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, övladlar xx.xx.2014-cü il təvəllüdlü Cavadov Həsən İddiaçı və Cavadov Hüseyn İddiaçı himayəçiliyinin Cavabdeh ilə birgə, bərabər şəkildə onun da himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlu ərizə (iddianın predmetinin və əsasının dəyişdirilməsi) verərək, övladları xx.xx.2014-cü il təvəllüdlü Cavadov Həsən İddiaçı və Cavadov Hüseyno İddiaçı Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin ilkin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icrata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, komissiya xx.xx.2014-cü il təvəllüdlü Cavadov Hüseyn İddiaçı və Cavadov həsən İddiaçı anaları Cavabdeh yanında qalmalarını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11/368 saylı rəyin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Cavadov Hüseyn İddiaçı və Cavadov Həsən İddiaçı əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərin görə fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabilyyətinə malikdirlər. Uşaqların hazırda hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik uşaqların emosional-iradi sferasına və ataları Cavadov İddiaçı Məhəmməd oğluna qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. Uşaqların hazırda anaları Cavabdeh və ataları Cavadov İddiaçı Məhəmməd oğluna bağlılıqları müəyyən olunmaqla, anaları Cavabdeh bağlılıqları daha çoxdur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqları Cavadov Hüseyn İddiaçı və Cavadov Həsən İddiaçı emosional-iradi sferasına neqativ təəsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-276/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmn edilərək, Cavadova (Həsənova) Xalidə Mirvahid qızı ilə Cavadov İddiaçı Məhəmməd oğlu arasında Yevlax rayonu Ərəş kənd İƏD üzrə nümayəndəlikdə 2013-cü ilin dekabr ayının 11-ci jünündə akt qeydləri kitabında 13 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2014-cü il təvəllüdlü Cavadov Hüseyn İddiaçı və Cavadov Həsən İddiaçı anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavadov İddiaçı Məhəmməd oğlundan hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 7.8-ci bəndində göstərilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-276/2024 saylı qətnaməsi ilə Cavadova (Həsənova) Xalidə Mirvahid qızı ilə Cavadov İddiaçı Məhəmməd oğlu arasında Yevlax rayonu Ərəş kənd İƏD üzrə nümayəndəlikdə 2013-cü ilin dekabr ayının 11-ci jünündə akt qeydləri kitabında 13 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2014-cü il təvəllüdlü Cavadov Hüseyn İddiaçı və Cavadov Həsən İddiaçı anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlu Cavabdeh qarşı himayəçiliyin bərabər şəkildə həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan ərizə (iddianın predmetinin və əsasının dəyişdirilməsi) verərək, övladları xx.xx.2014-cü il təvəllüdlü Cavadov Həsən İddiaçı və Cavadov Hüseyno İddiaçı Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş ərizədən, həmçinin tərəflərin məhkəmə iclasında ilkin izahatları dinlənilən zaman iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün yeni əsasların yarandığı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməli və iddiaçıya yeni əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəfləri arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 50.6 (əlli manat altmış qəpik) manat dövlət rüsumu tam şəkildə iddiaçı Cavadov İddiaçı Məhəmməd oğluna qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavadov İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı uşaq tələbinə dair mülki iş üzrə icraata xitam verisin. İddiaçıya yeni əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 50.6 (əlli manat altmış qəpik) manat dövlət rüsumu tam şəkildə iddiaçı Cavadov İddiaçı Məhəmməd oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar