Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № e-2(039)-2281/2020 26.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, ünvan 1 E ünvanda yaşayan kreditor Tələbkar Borclu qarşı pul tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor Tələbkar Borclu kreditorun xeyrinə 1149,70 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1169,70 manat məbləğində pulun tutulması haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, Borclu xx.xx.2018-ci il tarixli, 12267 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics” mağazasından dəyəri 388,70 manat məbləğində olan məişət avadanlığı kreditlə, aylar üzrə 32 manat məbləğ ödəmək şərtləri ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, 12528 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən kreditlə 362,70 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 30 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi, xx.xx.2018-ci il tarixli, 13687 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən 453,70 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 38 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi, xx.xx.2018-ci il tarixli, 13713 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən 492,70 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 41 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi, xx.xx.2019-cu il tarixli, 14511 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən 408,80 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 30 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətinə ödəməyi, xx.xx.2019-cu il tarixli, 15118 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən 119 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 20 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətinə ödəməyi, xx.xx.2019-cu il tarixli, 15250 saylı müqaviləyə əsasən borclu “ERA Electronics” dən kreditlə 850,80 manat məbləğində məişət avadanlığı kreditlə, aylar üzrə 71 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”lə bağlamış olduğu xx.xx.2018-ci il tarixli 12267 saylı, xx.xx.2018-ci il tarixli 12528 saylı, xx.xx.2018-ci il tarixli 13687 saylı, xx.xx.2018-ci il tarixli 13713 saylı, xx.xx.2019-cu il tarixli 14511 saylı, xx.xx.2019-cu il tarixli 15118 saylı və xx.xx.2019-cu il tarixli 15250 saylı müqavilə tələblərini pozaraq üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”ə olan borcunun ödənilməsi barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu “ERA Electronics”ə olan borcunu ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş olaraq 71 manat ödəniş etsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək ödənişləri tam həyata keçirməmişdir. Hazırda müqavilə üzrə “ERA Electronics”ə olan əsas borcu müvafiq olaraq 147 manat, 92,70 manat, 219,70 manat, 369,70 manat, 60,80 manat, 119 manat və 148,80 manat olmaqla, ümumilikdə 1149,70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq məhkəmə əmr etdi: xx.xx.1993-cü ildə Yevlax rayonu Qaramanlı kəndində doğulmuş və Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan Borclu ünvan 1 E ünvanda yaşayan kreditor Tələbkar hesabına 1149,70 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 1169 (bir min yüz altmiş doqquz) manat 70 (yetmiş) qəpik pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verilmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-2281/2020
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(039)-2281/2020
26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver