Məhkəmə qərarları › İş №e-2(039)-3175/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-3175/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-3175/2023 27.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 182 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 05 aprel 2021-ci il tarixli MAS-2249 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə MAS-2249 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(039)- 1939/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1335.79 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli BNA 2309047saylı protokola görə 18 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat, xx.xx.2021-ci il tarixli BNA 1908029saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat, ümumilikdə 182 manat məbləğində pul vəsaiti qanunvericiliye əsasən cərimələr ödənilmədiyi təqdirdə nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına qoyulmaması üçün İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan) arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini X1 və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 13300 manatdır. X3 (öhdəlikləri ötürən), X4 (öhdəlikləri qəbul edən) və İddiaçı MMC arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X4 11 mart 2021-ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X4 (öhdəlikləri ötürən), Cavabdeh (öhdəlikləri qəbul edən) və İddiaçı MMC arasında 04 mart 2020-ci il tarixdə bağlanmış MAS-2249 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh 05 aprel 2021ci il tarixdə bağlanmış MAS-2249 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Yevlax Rayon Məhkəməsinin 2(039)-1939/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 650.28 manat gecikdirilmiş əsas borc, 223.75 manat gecikdirilmiş mükafat və 11.76 manat dəbbə pulu və 450 manat dəymiş zərər olmaqla, ümumilikdə 1335.79 manat borc və 36.66 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət etmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat, ümumilikdə 182 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21.1-ci (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1-ci Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Məhkəmə bildirişi cavabdehə çatdırmaq üçün Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bildirilmişdir ki, halhazırda ünvan 1 ünvanda Cavabdeh adlı vətəndaş yaşamadığına görə məhkəmə birdirişini ona çatdırmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdehin törətdiyi inzibati xətalara görə tətbiq olunmuş inzibati cərimələr ümmumilikdə 182 manat məbləğində olmaqla iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır buna görə də 182 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 182 manat məbləğində pulun ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelİyasiya şikayəti vermək olar. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar