Məhkəmə qərarları › İş №e-2(039)-509/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-509/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-509/2023 27.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 15 aprel 2022-ci il təvəllüdlü adsız oğlan uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin 193 (yüz doxsan üç) manatdan az olmamaqla 1/4 hissəsində alimentin tutulması haqqında; uşaq 3 (üç) yaşına çatana qədər iddiaçıya ayda 50 (əlli) manat miqdarında alimentin 15 aprel 2022-ci il tarixindən hesablanmaqla tutulması haqqında; ilkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, birgə nikahdan doğulmuş 15 aprel 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin 220 manatdan az olmamaqla 1/4 hissəsində alimentin tutulması; birgə nikahdan doğulmuş 15 aprel 2022-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana qədər iddiaçıya ayda 50 (əlli) manat miqdarında alimentin 15 aprel 2022-ci il tarixindən hesablanmaqla tutulması; ilkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2021-ci il tarixində cavabdehlə iddiaçının 1 saylı Bakı şəhər ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikahları qeydə alınıb və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2169 №-li qeyd edilmişdir. Birgə nikahdan 15 aprel 2022-ci il təvəllüdlü oğlan uşağı doğulmuşdur. Hazırda cavabdehdən ayrı yaşayır və uşaq onun yanındadır. Cavabdeh bilərəkdən uşağa doğum haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat şöbəsinə getmir və bunu aliment ödəməkdən yayınmaq üçün edir. Hesab edir ki, uşağın doğum haqqında şəhadətnaməsinin olmaması alimentin cavabdehdən tutulmasına mane olmur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirimişdir ki, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmir. Məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsinə və alimentin təyin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 sentyabr 2021-ci il tarixli AZ-ll 457510 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X3 10 sentyabr 2021-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 noyabr 2022-ci il tarixli MŞB/3-01830 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 yanvar 2023-cü il tarixli AZ-lV 818045 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 19 yanvar 2023-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət 10 saylı cəzaçəkmə müəssisəsinin arayışdan məlum olur ki, Cavabdeh 16 yanvar 2020-ci il tarixdən 10 saylı cəzaçəkmə müəssisəsində xidmət edir. Tutumlar tutulduqdan sonra ələ çatacaq əmək haqqı məbləği 865.24 manat təşkil edir. Ərzaq payı əvəzinə verilən pul kompansasiyası və yol xərci 70.30 manat ələ çatacaq əmək haqqı məbləğinə daxildir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayri yaşayırlar, uşaq hazırda anasının himayəsindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay cavabdehin əmək haqqısının 1/4 hissəsində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə qərardadı ilə müvəqqəti aliment müəyyən edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 26 yanvar 2023-cü il tarixli e-16(039)-2/2023 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınaraq 28 dekabr 2022-ci il tarixdən başlayaraq 19 yanvar 2023-cü il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin 1\4 hissəsində 220 manatdan az olmayaraq aliment və uşağın 3 yaşı tamam olan günədək hər ay 50 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İlkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 26 yanvar 2023-cü il tarixli e-16(039)-2/2023 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınaraq 28 dekabr 2022-ci il tarixdən başlayaraq 19 yanvar 2023-cü il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin 1\4 hissəsində 220 manatdan az olmayaraq aliment və uşağın 3 yaşı tamam olan günədək hər ay 50 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya sessiyasına görə ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar