Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-756/2020 24.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Kreditor Borclu qarşı “borc” tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı “borc” tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu Xocalı şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində yaşayır. Göründüyü kimi borclunun qeydiyyat ünvanı Xocalışəhəri qeyd edilmişdir. Kreditorun hazırkı iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edimiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Kreditor Borclu qarşı “borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №e-2(039)-756/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-756/2020
24.02.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver