Məhkəmə qərarları › İş №e-2(039)-832/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-832/2021

18.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-832/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi R.Ə.Əlizadə Kreditor ASC-nin borclu X2 qarşı «məhkəmə əmrinin çıxarılmasına» dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : Kreditor ASC borclu X2 qarşı «məhkəmə əmrinin çıxarılmasına» dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu il 01 iyun tarixli 02/00024081 nömrəli operativ lizinq müqaviləsinə əsasən 5300 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun cəmi 5320 manat məbləğin X1 tutularaq Kreditor ASC-yə (Aqrolizinq ASC-yə) ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 276.1-ci maddəsində göstərilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.1, 279.2 və 279.2.3-cü maddələrinin tələbinə görə, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda və ya ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, ərizənin qəbul olunmasından imtina edir. Kreditorun borcunu və ödənilmiş dövlət rüsumunu tələb etməsi, göstərilən tələblər borcluların mübahisə edilən hüquq və vəzifələrinə aid olduğundan, eləcə də, kreditor və borclunun qanun və məhkəmə qarşısında hüquq bərabərliyinin təmin olunması üçün Kreditor ASC-nin əmr verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 279.3-cü maddəsində göstərilir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-in 279.4-cü maddəsində göstərilir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 276.1, 279.1, 279.2, 279.2.3, 279.3.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : Kreditor ASC-nin borclu X2 qarşı «məhkəmə əmrinin çıxarılmasına» dair ərizənin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar