Məhkəmə qərarları › İş №e-2(040)-1046/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1046/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1046/2025 24.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı ilə 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə ödənilməli olan aylıq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində alimentin azaldılaraq hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,40 (sıfır tam yüzdə qırx) misli, iki uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin cəmi 0,80 (sıfır tam yüzdə səksən) misli həddində həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 19 dekabr 2007-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə rəsmi nikahdan 03 yanvar 2009-cu il təvəllüdlü X5 və 02 may 2015-ci il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsi ilə Zamanova (Əhmədova) Gülnarə İman qızının iddia tələbi qismən təmin edilmiş, Zamanova (Əhmədova) Gülnarə İman qızı ilə aralarında olan nikahın pozulması, 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X7 adlı iki uşaqlarının Zamanova (Əhmədova) Gülnarə İman qızının yanında qalması, iddia tələbinin alimentin tutulmasına dair hissəsinin qismən təmin edilməsi və 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X11 adlı uşaqlarının yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün ondan hər ay hər uşağa görə 100 (bir yüz) manat- iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zamanova (Əhmədova) Gülnarə İman qızına verilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsi ilə 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində indeksasiya edilmiş, 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan ərizəçi 2(040)-1600/2016 saylı mülki iş üzrə iddiaçı Cavabdeh xeyrinə 01 may 2025-ci il tarixdən hesablanılmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qeyd etmək istəyir ki, Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsi qəbul edildikdən sonra nikahları rəsmi şəkildə pozulmuş olsa da, cavabdehlə faktiki olaraq barışıb ünvan ünvanında yerləşən evdə ər-arvad qaydasında birgə yaşamışlar. Ümumi təsərrüfatı birgə idarə etmişlər. Aralarında narazılıq olduğuna, həmçinin rəsmi nikahları hələ 2016-cı il tarixdə pozularkən aliment müəyyən edildiyindən Cavabdeh 01 may 2025-ci il tarixdə məhkəməyə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsini tələb etmişdir. O, hazırda Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı əsasında hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində aliment ödəməlidir. Qeyd edilən məbləğ həddindən artıq çox olmaqla həm onun aylıq qazancından, həm də ölkə üzrə hazırda yeni boşananlar üçün müəyyən edilən aliment məbləğlərindən dəfələrlə çox olmaqla, ödənilməsi onun imkanı xaricindədir. Qeyd etmək istəyir ki, 2016-cı ildə aliment müəyyən edilərkən ölkədə müəyyən edilən minimum əmək haqqı 105 (bir yüz beş) manat, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu isə 117 (bir yüz on yeddi) manat idi. Hazırda ölkədə müəyyən edilən minimum əmək haqqı 400 (dörd yüz) manat, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu isə 246 (iki yüz qırx altı) manatdır. Keçən doqquz il ərzində ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 2,1 (210 %) dəfə artmış olduğu halda, ölkə üzrə minimum əmək haqqı 3,81 (381%) dəfə artmışdır. Hazırda onun aylıq gəliri təyin edilmiş hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində alimenti ödəməyə imkan vermir. Onun gəlirləri ilə iki uşağa görə ödəməli olduğu aliment məbləği arasında kəskin təzad mövcuddur. O, 60 (altmış) manat mediasiya xərci və 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Cavabdeh 20 avqust 2025-ci il tarixdə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı alimentin azaldılmasını onunla əsaslandırıb ki, Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsi qəbul edildikdən sonra nikahları rəsmi şəkildə pozulmuş olsa da, onunla faktiki olaraq barışıb ünvan ünvanında yerləşən evdə ər-arvad qaydasında birgə yaşamaqları, ümumi təsərrüfatı birgə idarə etməkləri, aralarında narazılıq olduğunu, həmçinin rəsmi nikahlarının hələ 2016-cı il tarixdə pozularkən aliment müəyyən edildiyindən onun 01 may 2025-ci il tarixdə məhkəməyə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-c il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsini tələb etməsi, hazırda Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı əsasında hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylq əmək haqqı məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində aliment ödəməsini, qeyd edilən məbləğin həddindən artıq çox olmaqla aylıq qazancının və ölkə üzrə hazırda yeni boşananlar üçün müəyyən edilən aliment məbləğlərindən dəfələrlə çox olmaqla ödənilməsi onun imkanı xaricindədir. Lakin bütün bunlar alimentin azaldılması üçün əsas ola bilməz, belə olan halda alimentin azaldılması qəbul olunmazdır. Məhkəmənin diqqətinə çatdırır ki, o, onkoloji xəstədir, ikinci dərəcəli əlildir, heç bir yerdə işləmir, müalicələrinə yaxın qohumları kömək edir, hazırki vəziyyətdə uşaqlarına əlavə maddi yardım edilməsinə daha çox ehtiyacı var, uşaqları böyüyür və onların təminatları da artır, uşaqlarının normal yaşamaları üçün həyat şəraitləri, qidaları və bu kimi digər xərcləri vardır ki, bunları o, təkbaşına edə bilməz. Hazırda hər şeyin qiyməti üç-dörd dəfə artdığı bir dövrdə bütün bunları təmin etmək çox çətindir. İddiaçı indeksasiyadan əvvəl müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəməyib, xeyli aliment borcu yığılmışdır, o, borca düşərək uşaqlarının təminatını çətinliklə də olsa təmin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə “Elektron məhkəmə” insformasiya sistemi vasitəsilə ərizə göndərərək, məhkəmə baxışı iclasını onun və iddiaçının iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, özü onkoloji xəstədir, dərmanları çox bahadır, uşaqlar məktəbə gedir, onların məktəb xərcləri var. Odur ki, alimentin miqdarının azaldılmamasını, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və sabit pul məbləğində aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 19 dekabr 2007-ci il tarixdə Oğuz rayon Bucaq kənd İcra nümayəndəliyi tərəfindən 24 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 03 yanvar 2009-cu il tarixdə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 anaları – iddiaçı X1 yanında saxlanılmaları, tərəflərin birgə nikahından 03 yanvar 2009-cu il tarixdə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X1 xeyrinə verilməsi, alimentin tutulmasının 27 iyul 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadının surətindən görünür ki, Ərizəçi Cavabdeh “uşaqların saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsinin təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi ilə 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan aylıq 100 (bir yüz) manat sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində indeksasiya edilməsi, 03 yanvar 2009-cu ildə doğulmuş X5 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün maraqlı şəxs- 2(040)- 1600/2016 saylı mülki iş üzrə cavabdeh İddiaçı ərizəçi- 2(040)-1600/2016 saylı mülki iş üzrə iddiaçı Cavabdeh xeyrinə 01 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,96 (sıfır tam yüzdə doxsan altı) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqın məbləğinin 1,92 (bir tam yüzdə doxsan iki) misli həddində sabit pul məbləğində aylıq alimentin tutulması, qərardad dərhal icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00185) X6 tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli MŞG/1-MT007/2025-00947 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ının surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh işləmir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, Cavabdeh “C50.4 sol süd vəzsinin Cr-i T2N2M0. İİİA mərhələ. NPKTdan sonakı vəziyyət” son klinik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)- 1600/2016 saylı qətnaməsinin qəbul edildiyi ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 105 (bir yüz beş) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 117 (bir yüz on yeddi) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən, Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilərək, iki uşağa görə cəmi 768 (yeddi yüz altmış səkkiz) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) aylıq qazancı və digər gəlirləri nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb olur. Belə olan halda 03 yanvar 2009-cu ildə doğulmuş X2 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadla cavabdeh (hazırki mülki iş üzrə iddiaçı) İddiaçı (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, 03 yanvar 2009-cu ildə doğulmuş X2 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədəbu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 03 yanvar 2009-cu ildə doğulmuş X2 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli 2(040)-1600/2016 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadla cavabdeh (hazırki mülki iş üzrə iddiaçı) İddiaçı (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın. 03 yanvar 2009-cu ildə doğulmuş X2 və 02 may 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar