Məhkəmə qərarları › İş №e-2(040)-260/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-260/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-260/2025 01.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “övladının onun himayəsinə verilməsi və həmin uşağın saxlanması üçün məhkəmə qətnaməsi əsasında üzərinə qoyulmuş aliment öhdəliyinə xitam verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan 30 noyabr 2012-ci ildə doğulmuş X3 onun (atanın) himayəsinə verilməsi və uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(040)-497/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh X11 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 25 iyul 2011-ci ildə X5 və 30 noyabr 2012-ci ildə X8 adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar ananın yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan alimentin tutularaq cavabdehin xeyrinə ödənilməsi qət olunmuşdur. Uşaqları analarının yanında saxlanılsa da, onlar ayrılan vaxtdan oğlu Ömər onun yanında olub və bugün də onun yanındadır. Övladı Ömər anası ilə birlikdə qalmaq istəmir, cavabdeh dəfələrlə Öməri aparsa da qaçıb onun yanına gəlir və hazırda onun yanında məktəbə gedir. O da bir ata kimi oğlunun onun himayəsində qalmasını istəyir. Odur ki, rəsmi qaydada oğlu Ömərin onun himayəsinə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin hazırlıq iclası 30 yanvar 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 03 mart 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 01 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin tutularaq cavabdehin xeyrinə ödənilməsi qət olunmuşdur. Lakin 30 noyabr 2012-ci il təvəllüdlü X8 atasının yanında yaşayır, iddiaçı da bir ata kimi övladının qayğısına qalır, onun bütün xərclərini İddiaçı çəkir. Bununla yanaşı o aliment də ödəyir. 30 noyabr 2012-ci il təvəllüdlü X3 rəsmi olaraq atasının himayəsinə verilməsini istəyir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında fikri soruşulan 30 noyabr 2012-ci il təvəllüdlü X8 1 il olar ki, atası ilə qaldığını, anasının Türkiyədə olduğunu, atasının yanında Kəlbəcər rayon 9 saylı tam orta məktəbin 5-ci sinfində oxuduğunu, atası ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 yanvar 2013-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- İddiaçı, anası-X2r. Bu barədə 29 yanvar 2013-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 51 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 fevral 2018ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah 23 fevral 2018-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 fevral 2018-ci il tarixli 11 nömrə ilə qeyd edilmişdir; nikah pozulduqdan sonra kişiyə- “Məhərrəmov”, qadına- “-” soyadları verilmişdir. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatının mediatoru X9 tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli MŞG/1/2024-00040 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, X11 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat (altmış) mediasiya xərci ödənilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 12 mart 2012-ci il tarixdə 85 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 25 iyul 2011-ci ildə doğulmuş X5 və 30 noyabr 2012-ci ildə doğulmuş X8 nikahın pozulmasından (boşanmadan) sonra anası (iddiaçı) X1 yanında saxlanılması, 25 iyul 2011-ci ildə doğulmuş X5 və 30 noyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 21 avqust 2017-ci il tarixdən hesablanmaqla, cavabdeh İddiaçı hər ay bir uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(040)-497/2023 saylı qətnaməsinin surətindən görünür ki, 25 iyul 2011-ci ildə doğulmuş X5 və 30 noyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 100 (yüz) manat tutulan alimentin miqdarının artırılması, 25 iyul 2011-ci ildə doğulmuş X5 və 30 noyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə aylıq 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, uşağın istəyini və yazılı izahatını nəzərə alaraq, uşağın gələcək həyatının formalaşması, onların hüquq və mənafelərinin qorunması naminə 30 noyabr 2012-ci ildə doğulmuş X3 ata- İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin: -49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. -51.1-ci maddəsinə əsasən, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. -51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. -51.7-ci maddəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. -52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. -60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. -60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. -113.2 və 113.2.3-cü maddələrinin müddəalarından görünür ki, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -5-ci maddəsindən görünür ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. -9-cu maddəsinin 1-ci hissəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyanın: -3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. -9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “İnsan Hüquqları üzrə Avropa Konvensiyası”nın 8ci maddəsi və həmin Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyindən görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa, dövlət uşaqların maraqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Avropa Məhkəməsi həmçinin: “Gaskinin işi üzrə” qərarında qeyd etmişdir ki, “belə məsələlərdə ümumi maraqla ayrıca şəxsin maraqları arasında ədalətli tarazlıq nəzərə alınmalıdır” (Gaskin, 42); “Elsholzun işi üzrə” qərarında qeyd etmişdir ki, uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir, çünki uşağın maraqları öz təbiətinə görə valideynlərin maraqlarından üstündür (Elsholz, 50); “Brondanın işi üzrə” qərarında qeyd etmişdir ki, “şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həllədici rol oynamalıdır” (Bronda, 59). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Мülki Prosessual Мəcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin hallarına, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyinə və tədqiq olunmuş digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə, 30 noyabr 2012-ci ildə doğulmuş X3 hazırki qətnamə əsasında iddiaçının himayəsində saxlanmasını qanunvericiliyə, həmçinin uşağın maraq və mənafeyinə tam uyğun hesab edir. Bundan başqa, 30 noyabr 2012-ci ildə doğulmuş X3 iddiaçının yanında saxlanılması iddiaçının həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edilməsinə əsas verir. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 və 20 iyun 2023-cü il tarixli 2(040)-497/2023 saylı qətnamələrinə əsasən 30 noyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün valideyn olaraq İddiaçı üzərinə qoyulmuş aliment öhdəliyinə 01 aprel 2025-ci il tarixdən xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X6 birgə nikahından 30 noyabr 2012-ci ildə doğulmuş və Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 saylı qətnaməsi əsasında anası-bu mülki iş üzrə cavabdeh X6 yanında saxlanmış X8 atası- İddiaçı yanında saxlansın. 30 noyabr 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(040)-2226/2017 və 20 iyun 2023-cü il tarixli 2(040)-497/2023 saylı qətnamələri ilə bu mülki iş üzrə İddiaçı bu mülki iş üzrə cavabdeh X6 xeyrinə tutulmalı olan aliment öhdəliyinə 01 aprel 2025-ci il tarixdən xitam verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar