Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-70/2024 15.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında 02 oktyabr 2022-ci ildə 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 26 avqust 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, uşağın üç yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat pulun, ödənilmiş 50 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2021-ci ilin yanvar ayında faktiki ailə quraraq evlənmiş, nikahlarını 02 oktyabr 2022-ci ildə 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Birgə nikahlarından 26 sentyabr 2021-cı ildə X3 adında bir uşaqları doğulmuşdur. Cavabdeh taksilik edib işləməsinə və hər ay 1500-1800 manat qazanc əldə etməsinə baxmayaraq ailəsinə və uşağına baxmadığına görə və aralarında olan narazılığa əsasən küsüb atası evinə gəlmişdir. O, azyaşlı uşağına baxdığına görə işləyə bilmir. Buna görə də məcbur olub məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 15 noyabr 2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” məhkəməyə ərizə təqdim edərək, iddiaçı ilə Cavabdeh arasında qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 26 sentyabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2020-ci ildə faktiki olaraq ailə qurmuş, nikahlarını isə 02 oktyabr 2022-ci ildə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeydiyyatından keçirməklə rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 sentyabr 2021-ci ildə X3 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə birgə yaşamaları qeyri-mümkün olmuşdur.Ailənin qorunub saxlanması mümkün deyildir. Aralarında ər-arvad münasibətləri tamamilə pozulmuş, nikahları formal xarakter daşıyır. Birgə nikahdan doğulan övladı hazırda onun himayəsində yaşayır. O, özü işləmir, övladına baxmaq imkanı yoxdur. Nikahın pozulmasında israrlıdır. Övladının onun yanında saxlanmasını və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat aliment tutulmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, nikahın pozulmasına və uşağın anasının himayəsində saxlanmasına razıdır. Övladına görə hər ay 130 (yüz otuz) manat aliment ödəməyə razıdır (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 02 oktyabr 2022-ci ildə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 02 oktyabr 2022-ci il tarixdə 1726-cı nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadları verilmişdir. İş materiallarında olan: 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 10 oktyabr 2022-ci ildə verilmiş AZ-İV № 798556 saylı “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 26 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının 07 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunu və uşağın yaşının az olması ilə əlaqədar ana qayğısına daha çox ehtiyacı olduğunu nəzərə alaraq, uşağın gələcək həyatının formalaşması, onun qanuni hüquq və mənafelərinin qorunması naminə 26 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 ana (iddiaçı) İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00216) X4 tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli MŞG/MT007/2023-02494 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarından görünür ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını;22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu mütləq müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən - nikahın pozulması, uşağın anada qalması və uşağa görə 200 (iki yüz) manat aliment tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, ailənin saxlanması mümkün olmadığından, yəni tərəflər faktiki olaraq ayrı yaşadıqlarından və barışmaları mümkün olmadığından, İddiaçı ilə Cavabdeh arasında 02 oktyabr 2022-ci il tarixdə 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1726 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 26 sentyabr 2021-ci il tarixdə doğulmuş X3 qəyyumluq və himayə orqanının müvafiq rəyi, uşağın mənafeyi nəzərə alınmaqla, ana-İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların ananın üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 26 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə - uşağa görə aylıq 200 (iki yüz) manatdan artıq olan 20 (iyirmi) manat hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə uşağın saxlanması üçün alimentin tutulmasının başlanğıc tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı alimentin tutulmasına dair ərizə ilə 16 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərə əlavə olaraq izah edilir ki: -Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 (üç) illik iddia müddəti tətbiq olunur; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarının nəticə hissəsinin: 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 (üç) illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın; 2-ci bəndində qeyd edilir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 02 oktyabr 2022-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1726 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 26 sentyabr 2021-ci il tarixdə doğulmuş X3 anası (iddiaçı) İddiaçı yanında saxlanılsın. 16 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 26 sentyabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin yarısı olan 25 (iyirmi beş) manat, cəmi 75 (yetmiş beş) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayətinin verilməsi alimentin tutulması hissəsində onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-70/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-70/2024
15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver