Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-761/2024 19.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların onun yanında saxlanması, aliment və əlavə xərclərin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 19 mart 2022-ci ildə 399 nömrə ilə Bərdə Regional “ASAN xidmət” X9ndə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X7 iddiaçının yanında saxlanılması, 2022-ci il təvəllüdlü X3 və 2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, eyni zamanda, uşaqların 3 yaşına çatanadək əlavə xərc kimi hər ay cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat xərcin, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 345 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 19 mart 2022-ci ildə 399 nömrə ilə Bərdə Regional “ASAN xidmət” X9ndə nikahlarını qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahdan 2 övladları anadan olmuşdur. Nikahdan sonra bir müddət münasibətləri normal olsa da, daha sonra münasibətləri pisləşməyə başlamış və 2023-cü ilin sentyabrın 26-sı tarixindən faktiki olaraq ayrı yaşamağa başlamışlar, cavabdeh ailəyə biganə yanaşmışdır. Həmin tarixdən ata evinə gəlmişdir. Nikahın pozulmasını istəyir, fikri qətidir. Cavabdeh mediasiya sessiyasında da iştirak etməmişdir. Bundan başqa birgə nikahdan doğulmuş 2022-ci il təvəllüdlü X3, 2024-cü il təvəllüdlü X7 nikahın pozulmasından sonra onun yanında saxlanılmalarını istəyir. Eyni zamanda, uşaqların saxlanılması üçün ərizənin məhkəməyə verildiyi gündən cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 250 manat məbləğində alimentin, ümumilikdə 500 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi uşaqların saxlanılması üçün vacibdir. Həmçinin uşaqların 3 yaşına çatanadək əlavə xərc kimi hər ay cavabdehdən hər uşağa görə 100 manat, cəmi 200 manat xərcin tutulmasını istəyir. Kəlbəcər Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2(040)-761/2024 saylı qərardadı ilə tərəflərə barışıq üçün 3 (üç) ay müddətində vaxt verilməklə, mülki işə baxılmasının 19 dekabr 2024-cü il tarixə təxirə salınması, tərəflərin birgə nikahından 04 aprel 2022-ci ildə doğulmuş X5 və 04 mart 2024-cü ildə doğulmuş X1 üçün, 19 sentyabr 2024-cü il tarixdən hesablanmaqla və hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, tərəflərin arasında olan nikah münasibətləri artıq pozulmuş, faktiki olaraq ayrılmışlar. Barışıq yoxdur. Bundan sonra onların birgə yaşamaları qeyri-mümkündür. Uşaqları iddiaçının (ananın) himayəsindədir. İddiaçı ilkin olaraq Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı aralarındakı nikahın pozulması üçün məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda nikahın pozulmasında fikri qətidir. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir, cavabdehin qazancı yaxşı olsa da uşaqlarına heç bir maddi köməklik etmir. Həmçinin, cavabdeh müvəqqəti təyin edilmiş alimenti də ödəmir. Hesab edir ki, cavabdeh də bir valideyn kimi övladlarını saxlamaqda iştirak etməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Bərdə regional “ASAN xidmət” X9 tərəfindən 19 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ № 480398 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 19 mart 2022-ci il tarixdə 399 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadları verilmişdir. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş AZ-İV № 731566 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 aprel 2024cü il tarixdə verilmiş AZ-İV № 975715 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00456) X4 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli MŞG/MT007/2024-01025 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 06 iyun 2024-cü il tarixli EM-2351VK- 1717/24 nömrəli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 345 (üç yüz qırx beş) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 3-cü hissəsində bəyan edilir ki, nikah və ailə dövlətin himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir; uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 20.1ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarından görünür ki, bu Məcəllənin 22.1ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını;uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən,uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ailənin saxlanması mümkün olmadığından, yəni tərəflər faktiki olaraq ayrı yaşadıqlarından və barışmaları mümkün olmadığından, aralarındakı nikah pozulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin yenidən barışıb birlikdə yaşamaları mümkün deyildir. Belə olan halda, İddiaçı ilə Cavabdeh arasında 19 mart 2022-ci il tarixdə Bərdə Regional “ASAN xidmət” X9 tərəfindən 399 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 04 aprel 2022-cı ildə doğulmuş X5 və 04 mart 2024-cü ildə doğulmuş X10 uşaqların mənafeyi nəzərə alınmaqla anaları (iddiaçı) İddiaçı yanında saxlanılmalıdırlar. Məhkəmə tərəflərin maraqlarına uyğun olaraq, onların yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə - hər uşağa görə aylıq 200 (iki yüz) manatdan artıq olan 50 (əlli) manat, uşaqların üç yaşına çatanadək saxlanması üçün hər uşaq üçün aylıq 100 (yüz) manat əlavə xərcin tutulması hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir Məhkəmə həmçinin hesab edir ki, alimentin hesablanmasının başlanğıc tarixi iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 14 iyun 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, müvəqqəti alimentlə bağlı icra edilmiş ödənişlər hazırki qətnamə üzrə ödənişlərin hesablanmasında nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərə hüquqları olaraq izah edilir ki: -Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 (üç) illik iddia müddəti tətbiq olunur; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarının nəticə hissəsinin: 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 (üç) illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın; 2-ci bəndində qeyd edilir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 19 mart 2022-ci il tarixdə Bərdə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 399 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 04 aprel 2022-cı ildə doğulmuş X5 və 04 mart 2024-cü ildə doğulmuş X10 nikahın pozulmasından (boşanmadan) sonra anaları-İddiaçı yanında saxlansınlar. 04 aprel 2022-cı ildə doğulmuş X5 və 04 mart 2024-cü ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 14 iyun 2024-cü il tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla iki uşağa görə aylıq cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh həmçinin: iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 345 (üç yüz qırx beş) manat xərcin əvəzi olaraq, cəmi 400 (dörd yüz) manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Kəlbəcər Rayon Məhkəməsinin bu mülki iş üzrə 19 sentyabr 2024-cü il tarixli e-2(040)- 761/2024 saylı qərardadı ilə təyin edilmiş müvəqqəti alimentlə bağlı icra edilmiş ödənişlər bu qətnamənin icrasında hesaba alınsın və həmin qərardadın müvəqqəti aliment müəyyən edilməsi ilə bağlı müddəaları dərhal ləğv edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-761/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-761/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver