Məhkəmə qərarları › İş №e-2(040)-85/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-85/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-85/2025 03.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1205,0 (min iki yüz beş) manat məbləğində pul vəsaitinin, 32,05 manat (otuz iki manat 05 qəpik) dövlət rüsumunun əvəzinin alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E220” markalı, 32BG925 dövlət qeydiyyat nişanlı avtomobil 30 dekabr 2021-ci il tarixli PSS**********-1 №li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. Cavabdeh 09 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində həmin avtomobili Yevlax-Bərdə-Laçın yolunun 1-ci km ərazisində idarə edərkən “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xİİİ Tağımın “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Xİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı Elxan Əhmədovun 09 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, 2022-ci ilin aprel ayının 09-u saat 18:00 dəqiqədə Yevlax- Bərdə-Laçın yolunun 1-ci km ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz E190” markal, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 11 aprel 2022-ci il tarixli qüsur aktına əsasən qiymətləndirilərək 1205 (bir min iki yüz beş) manat məbləğində müəyyən edilmişdir. 14 aprel 2022-ci il tarixli İ-733/22 saylı sığorta ödəniş aktına və 19 aprel 2022-ci il tarixli 19042022-9300-384 saylı ödəniş tapşırığına əsasən 1205 (bir min iki yüz beş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 1205 (bir min iki yüz beş) manat məbləği cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə 02 avqust 2024-cü il tarixli, 24/391 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 25 dekabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 aprel 2022-ci il tarixli İ- 733/22 saylı “Sığorta ödənişi aktı”nın surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəymiş ziyanın ümumi məbləği 1205 (min iki yüz beş) manat hesablanmış, Babayeva Nəzamət Həsən qızına sığorta ödənişi olaraq 1205 (min iki yüz beş) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 19 aprel 2022-ci il tarixli elektron qəbzdən (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən X2 1410 (min dörd yüz on) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: 30 iyun 2022-ci il tarixli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən X1 1205 (min iki yüz beş) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" ASC tərəfindən təsdiq edilmiş yekun aktdan görünür ki, “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir prosesində əvəz olunmalı hissələr 655 manat, təmir-bərpa işləri 550 manat olmaqla, cəmi 1205 (min iki yüz beş) manat ziyan dəymişdir. İş materiallarında olan: Yol-nəqliyyat hadisəsinə dair Raportun surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 09 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Yevlax-Bərdə-Laçın yolunun 1-ci km ərazisində “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmişdir. İş materiallarında olan: Xİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş 09 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 09 aprel 2022-ci ildə Yevlax-Bərdə- Laçın yolunun 17-ci km ərazisində avtomobili sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.2ci maddələrinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, “Mercedes Benz E220” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh avtomobili 09 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Yevlax-Bərdə-Laçın yolunun 1-ci km ərazisində idarə edərkən “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh avtomobili sərxoş halda idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 1205,0 (min iki yüz beş) manat sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Mercedes Benz E220” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E190” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İddiaçı zərərçəkənə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1205,0 (min iki yüz beş) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 32,05 manat (otuz iki manat 05 qəpik) dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 1205,0 AZN (bir min iki yüz beş manat) məbləğində pul vəsaiti, həmçinin, ödənilmiş 32,05 manat (otuz iki manat 05 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 1237,05 manat (bir min iki yüz otuz yeddi manat 05 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar