Məhkəmə qərarları › İş №e-2(040)-975/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-975/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-975/2025 19.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh faktiki birgə yaşadıqları dövrdə doğulmuş 02 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimentin və mediasiya keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun cavabdehlə qeyri-rəsmi nikahlarından 02 dekabr 2014-cü il tarixdə X7 adlı övladları doğulmuşdur. Övladı X4 atasının Cavabdeh olması barədə 16 dekabr 2014-cü il tarixli İ-ГР № 537557 nömrəli “Atalığın müəyyən olunması haqqında şəhadətnamə” alınmış və həmin şəhadətnamə əsasında 16 dekabr 2014-cü il tarixli İ-ГР № 840915 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Hazırda cavadehlə ayrı yaşayırlar. Övladı X4 saxlanmasında maddi çətinliklər çəkir. Belə ki, Cavabdeh 02 dekabr 2014-cü il tarixdə doğulmuş övladları X4 saxlanması üçün maddi kömək göstərmir və onun qayğısına qalmır. Hal-hazırda cavabdehin maddi gəliri çox yaxşıdır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin qarşı tərəf mediasiya prosesində iştirak etsə də, barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh 07 avqust 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz göndərərək iddia tələbini qismən qəbul etdiyini, birgə faktiki nikahlarından doğulmuş 02 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat aliment ödəyə biləcəyini, hazırda işsiz olduğunu, işsiz olduğundan hər ay 300 (üç yüz) manat ödəmək iqtidarında olmadığını, həmçinin qanunun tələbinə görə uşağı saxlamağın hər iki valideynin borcu olduğunu bildirmiş, 02 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 (sıfır tam onda üç) misli həddində, yəni 120 (bir yüz iyirmi) manat alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər; iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmuş, cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin- iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: MYİ serialı ******* nömrəli Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, İddiaçı 22 avqust 1990-cı ildə Rusiya Federasiyasında doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan: 16 dekabr 2014-cü il tarixli İ-ГР 840915 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və təsdiqlənmiş surətindən görünür ki, X7 02 dekabr 2014-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətinin Nekrasovski rayonunda doğulmuş, atası-Cavabdeh, anası-X1. İş materiallarında olan: 16 dekabr 2014-cü il tarixli İ-ГР 537557 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş və təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh X2 02 dekabr 2014-cü il tarixdə Rusiya Federasiyasının Yaroslavl vilayətinin Nekrasovski rayonunda doğulmuş X3 atası hesab edilir. Uşağa “Mamedova” soyadı, “Milana” adı, “Cahidovna” ata adı verilib. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00562) X6 tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli MŞG/1/MT007/2025-00945 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nıftalıeva Elmira ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat və poçt xərcinə görə 5 (beş) manat məbləğində xərci tam ödəmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 02 dekabr 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı müvafiq dövrdə ölkə üzrə üzrə aylıq minimum əməkhaqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində müəyyən edilməlidir. İddia qalan hissədə - hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddindən artıq olan aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 25 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 (əlli beş) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı Niftalıyeva Elvıranın xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahından 02 dekabr 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, 25 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 55 (əlli beş) manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentin tutulması ilə bağlı qət edilmiş hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar