Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-984/2024 03.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh– Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız ödənilmiş sığorta vəsaitinin geri qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Kia Sportage” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 1900 AZN (min doqquz yüz manat) pulun və bu iddianın qaldırılması üçün ödənilmiş 39 AZN (otuz doqquz manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Sportage” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,“Toyota Hilux” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol- nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində iş materiallarına da əlavə edilmiş İXP seriyalı ******* nömrəli protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, “Toyota Hilux” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəqliyyat hadisəsi zamanı zərərçəkən “Kia Sportage” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********838 nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər İddiaçı SŞ ASC-də nəqliyyat vasitələrinin könüllü (kasko) sığortası üzrə sığortalı olmuşdur. Sığorta müqaviləsi isə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan cavabdeh ilə bağlanmışdır. Kəlbəcər rayon İcra Hakimiyyətinin məktubuna əsasən, Cavabdeh məcburi köçkün kimi hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Zərərvuran “Toyota Hilux” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta bürosundan (isb) çıxarışdan göründüyü kimi hadisə zamanı "xxxx" ASC-də icbari qaydada sığortalı olmuşdur. Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Kia Sportage” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 2500 AZN (iki min beş yüz manat) məbləğində dəyərləndirilmişdir. İddiaçı SŞ baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi kimi tanımış və könüllü sığortalı Cavabdeh xx.xx.2024-cü il tarixli, 1732 nömrəli ödəniş tapşırığına əsasən, 600 manat azadolma məbləği çıxılmaqla 1900 AZN (min doqquz yüz manat) sığorta ödənişi ödəmişdir. Sonradan məlum olmuşdur ki, zərərçəkən “Kia Sportage” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh həmçinin zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC-dən də ayrıca 3311 AZN (üç min üç yüz on bir manat) sığorta ödənişi almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İB**********_000097_240209 nömrəli ödəniş tapşırığı bunu təsdiq edir. Həmçinin, sığorta şirkəti zərərçəkənə zərərin məbləğini ödədiyi üçün subroqasiya qaydasında həmin ödənişi zərərvuranın icbari sığorta şirkəti- “Meqa” SŞ-dan tələb etdikdə onlar tərəfindən ünvanlanan məktubla sığorta ödənişinin artıq zərərçəkən Cavabdeh özünə ödənildiyi məlum olmuşdur. Göründüyü kimi, Cavabdeh həm zərərvuranın icbari sığortasından, həm də öz könüllü (kasko) sığortasından ödəniş almışdır. Sığorta ödənişi zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən kifayət qədər böyük məbləğdə (3311,02 manat) tam şəkildə ödənildiyindən könüllü sığorta müqaviləsi bağlamış sığortaçının öhdəliyi qalmır və ikinci dəfə Cavabdeh ödənilmiş 1900 AZN (min doqquz yüz manat) pul ödənişi öhdəlikdən kənar ödənmişdir və əsassızdır. Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Hazırki situasiyada Cavabdeh əsassız varlanan şəxsdir və artıq ödənilmiş 1900 AZN (min doqquz yüz manat) pul ondan tutulmalıdır. İş üzrə məhkəmə hazırlıq iclası 05 noyabr 2024-cü il tarixə təyin edilmiş, məhkəmə baxışı iclası 03 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi X1 Rayon Məhkəməsinə ünvanladığı 03 dekabr 2024-cü il tarixli ərizədə məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixində onun təqsiri olmadan yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan “Kia Sportage” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilinə 6433 (altı min dörd yüz otuz üç) manat ziyan dəymişdir. Qəza zəncirvari olduğu üçün qarşı tərəfin icbari sığortası digər ziyan dəyən avtomobillər arasında bölündüyündən avtomobilinə dəyən ziyan qismən qarşılanmışdır. Həmin ziyanla bağlı ona ziyan vuran tərəfin icbari sığortası “Mega Sığorta” tərəfindən 3311 (üç min üç yüz on bir) manat ödənilmişdir. Ona dəyən ziyan tam ödənmədiyindən İddiaçı Sığorta Şirkətindən könüllü sığortası olduğu üçün bu təşkilata müraciət etmiş, İddiaçı Sığorta Şirkəti ona 1900 (min doqquz yüz) manat sığorta ödənişi etmişdir. Əslində isə onun avtomobilinə dəymiş ziyan tam ödənilməmişdir. Hazırda İddiaçı Sığorta Şirkətinin ona ödənilən 1900 (min doqquz yüz) manat sığorta ödənişinin geri tələb edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Gəncə şəhər DYPŞ-nin polis kapitanı X6 tərəfindən tərtib olunmuş 17 yanvar 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota Hilux minik” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan: "xxxx" ASC-nin İdarə heyətinin sədr müavini tərəfindən təsdiq edilmiş 23 yanvar 2024-cü il tarixli “Kia Sportage” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə Qüsur aktının surətindən görünür ki, 17 yanvar 2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi zamanı “Kia Sportage” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilə cəmi 6430 (altı min dörd yüz otuz) manat ziyan dəymişdir. İş materiallarında olan: "xxxx" ASC-nin İdarə heyətinin sədr müavini tərəfindən təsdiq edilmiş 09 fevral 2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, 17 yanvar 2024-cü il tarixdə X5 idarə etdiyi “Toyota Hilux” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 6430 (altı min dörd yüz otuz) manat zərərə görə Cavabdeh 3311,02 manat (üç min üç yüz on bir manat 02 qəpik) sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, “Meqa Sığorta ASC tərəfindən Cavabdeh hesabına 3311,02 manat (üç min üç yüz on bir manat 02 qəpik) məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" Şirkəti ASC tərəfindən təsdiq edilmiş “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 29 yanvar 2024-cü il tarixli hesabatdan görünür ki, “Kia Sportage” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 2500 (iki min beş yüz) manat hesablanmışdır. İş materiallarında olan: "xxxx" Şirkəti ASC tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli 128255 nömrəli sığorta aktından görünür ki, 17 yanvar 2024-cü il tarixdə “Toyota Hilux” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" Şirkəti ASC-də sığortalanmış “Kia Sportage” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə bağlı maddi ziyanın ümumi məbləği 2500,0 manat olmuşdur. Zərərin məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 600 manat azadolma məbləği çıxılmaqla 1900 (min doqquz yüz) manat sığorta ödənişinin Cavabdeh hesabına köçürülməsi qərara alınmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən, könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yüzü təkzib edənin deyil, iddia edənin uzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bır-birinə uyğun qənaətlərin həm mövcudluğundan, hənrçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı zərərçəkmişə ödənilən sığorta ödənişi məbləğini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində nəzərdə tutulan “əsassız varlanma” kimi qiymətləndirərək həmin ödənişin geri qaytarılmasını tələb etmişdir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 17 yanvar 2024-cü il tarixində Gəncə şəhəri, Nizami prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Hilux” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi "Kia Sportage minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində Cavabdeh mülkiyyətində olan "Kia Sportage minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 6430 (altı min dörd yüz otuz) manat məbləğində ziyan dəymişdir. Zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən "Kia Sportage minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh 3311,02 manat (üç min üç yüz on bir manat 02 qəpik) sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı SŞ ASC-də nəqliyyat vasitələrinin könüllü (kasko) sığortası üzrə sığortalanmış "Kia Sportage minik" markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği isə 2500 (iki min beş yüz) manat hesablanaraq, 600 (altı yüz) manat azadolma məbləği çıxılmaqla 1900 (min doqquz yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi Cavabdeh hüquqi əsas olmadan əsassız varlanması öz təsdiqini tapmamışdır. Belə olan halda, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız ödənilmiş sığorta vəsaitinin geri qaytarılması tələbinə dair” iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-984/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-984/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver